Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel döyüşlərinin iştirakçıları ilə görüş olub - Qaradağda

Aprelin 3-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirilib


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikasının Milli Qəhramanı Samid İmanovun həyat  yoldaşı Badam İmanova, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 
      
Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 
        
Qaradağ rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov  görüş zamanı Aprel döyüşləri  barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək. Sonda cənab başçı bildirdi ki, Aprel döyüşləri şanlı qələbəmizdir,  xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
       
 Sonra çıxış edən Badam İmanova bildirdi ki, həyat yoldaşı Samid İmanovun həlak olması ailəni nə qədər kədərləndirsə də, onun Vətən uğrunda qəhrəmanlıq  göstərməsi bir o qədər də sevindirdi:  “Biz övladlarımızı böyüdürük ki, Vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisinin ana sevgisi ilə eyni tutulması o deməkdir ki, Vətən torpağı ana qədər əzizdir”. 
        
Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra  da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda Aprel döyüşçüləri ilə xatirə şəkli çəkdirildi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar