Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apelyasiya məhkəməsi Taleh Xasməmmədovla bağlı qərarı dəyişmədi


Şəki Apellyasiya Məhkəməsində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovun apellyasiya şikayətinə baxılıb


Hakim Rafael Əliyevin sədrliyi ilə keçən məhkəmədə T. Xasməmmədovun özü də iştirak edib və son söz söyləyib. 

O çıxışında həbsinin siyasi motivlərlə bağlı olduğunu və  hüquq müdafiə fəaliyyəti ilə məşğul olduğuna görə həyata keçirildiyini bildirib. O məhkəmədən prosesin uzanmamasını, onsuz da hər hansı müsbət qərar gözləmədiyini və səhətində problem olduğuna görə etap olunmasından əziyyət çəkdiyini bildirərək tez qərar verilməsini istəyib.

Məhkəmədə hüquq müdafiəçisinin çox saylı vəsatətlərindən heç biri qəbul olunmayıb. Məhkəmə hadisənin əsas şahidlərindən olan onun anası Gülbuta Xasməmmədovanı dinləməkdən və hadisə yerinə quraşdırılmış video görüntülərə baxış keçiməkdən imtina edib.

Məhkəmədə Göyçay rayon polis şöbəsinin rəis müavini Faiq İlyasov başda olmaqla 4 əməkdaşı iştirak edib və onların hamısı T. Xasməmmədovdan şikayətçi olduqlarını bildiriblər. Polislər  məhkəmədə ifadə verərək bildiriblər ki, Xasməmmədov onları təhqi edib, döyüb və paqonlarını söküb yerə atıb. Nəticədə polis əməkdaşları xəsarət alıb. Polis əməkdaşlarından bədən və cüssəcə xeyli zəif olan Taleh Xasməmmədovun 4 polis əməkdaşını eyni vaxtda döyməsindən təəccüblənən hakim hüquq müdafiəçisnə maraqlı sual verib; “Siz karate üzrə qara kəmər sahibsinizmi?” Xasməmmədov isə hakimə cavabında idmançı olmadığını, polislərin onu şərlədiklərini və sifarişlə ona böhtan atdıqlarını bildirib.

Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb.

Taleh Xasməmmədovun yaxın günlərdə Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına etap olunacağı və ordan da Cəza Çəkmə Müəsisəsinə göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, T. Xasməmmədov bu ilin 24 fevralında Göyçayda ailə üzvləri ilə mebel salonundan çıxarkən şərlənərk həbs olunub. Onun səhətində ciddi problemlər mövcuddur və  müalicə olunmasına ehtiyac var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar