Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiböhran təkliflərinə laqeydlik müxalifəti qəzəbləndirib


Mirmahmud Mirəlioğlu: “Əslində populizmlə bu hökumətdəkilər məşğuldurlar ki, Azərbaycanı indiki duruma gətirib çıxardılar”; Pənah Hüseyn: “Əvvəl-axır dialoq istiqamətində addımlar atılacaq, artıq qüvvələr nisbəti də dəyişib və bu heç də iqtidarın xeyrinə deyil”


Manatın ikinci devalvasiyasından sonra müxalif partiyalar və təşkilatlar tərəfindən çoxsaylı təkliflər ictimaiyyətə açıqlanır. 

Bütün irəli sürülən sənədlərdə iqtisadi böhrandan çıxmaq istiqamətində müəyyən təkliflər irəli sürülür. 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə musavat.com-a açıqlamasında deyib ki, nə Prezident Administrasiyasına, nə Nazirlər Kabinetinə, nə hakim partiya olan Yeni Azərbaycan Partiyasına bu təkliflərdən biri də rəsmi şəkildə daxil olmayıb. Ona görə də müxalifət təşkilatlarının təkliflər məsələsində mövqeyini sadəcə populist mövqe adlandırmaq olar. Çünki onlar doğrudan da hansısa bir təklifin praktikliyində maraqlıdırlarsa, həmin təklifi yazılı rəsmi şəkildə müvafiq rəsmi orqanlara təqdim etməlidirlər, həmin təkliflərlə bağlı görüş istəyib bunları müzakirə etməkdə maraqlı olmalıdırlar.

Bəs müxalifət düşərgəsi antiböhran təkliflərini rəsmi şəkildə hakimiyyətə təqdim etməyi, görüş və müzakirələr üçün müraciət etməyi planlaşdırırmı? 



KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, irəli sürdükləri təkliflər müvafiq ünvana göndərilib və onlara yetişib. Amma sadəcə olaraq, bəlkə də baş nazirin hələ işlərdən başı ayazımır ki, təkliflərə baxılsın: “Müxalifətin təkliflərinin siyasi populizm olduğu haqda deyilənlərə gəldikdə, ola bilər ki, göndərilən təkliflərin içində kiminsə təklifi populizmdir. Ancaq əslində populizmlə bu hökumətdəkilər məşğuldurlar ki, Azərbaycanı indiki duruma gətirib çıxardılar. Artıq bütün məsələlər bitib. Bir-birinə böhtan atmaq, şantaj eləmək, populizmdən filandan danışmaq lazım deyil. Müxalifətin irəli sürdüyü təkliflər populizmlə məşğul olmaqdırsa, onda nazirlərin həftənin beşinci günü rayonlara gedib əhali ilə görüşlər keçirməsi də populizmdir?!   

Müxalifətdən verilən təkliflərə hakimiyyətin necə münasibət göstərdiyini bir faktla ifadə edim vəziyyətin necə olduğunu görəcəksiniz. İlham Əliyev iki il öncə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində keçirilməsi barədə fərman verəndə, Nazirlər Kabinetinə bunun üçün tapşırıq verəndə şəxsən partiyamızın Ali Məclisinin 16 bənddən ibarət təkliflərini hökumətə rəsmi şəkildə təqdim elədim. Nazirlər Kabineti təkliflərimizi Milli Elmlər Akademiyasına, Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Mədəniyyət və Turizm Nazirliyi isə bizə cavab verdi ki... Bilirsiz nə cavab verdi? Daha ardını demirəm. Bax, indi də böhrandan çıxış yolları üçün irəli sürülən təkliflərə təxminən bu cür münasibət sərgilənir. Azərbaycan iqtidarının nümayəndələri Allahın onlara verdiyi ağıldan istifadə etmir, bizim təkliflərimizdən necə istifadə edəcəklər?! Mən çox istərdim ki, hər kəs öz ağlından istifadə eləsin. Təkliflərin YAP-a göndərilmədiyi barədə deyilənlərə gəlincə, YAP ölkədə qeydiyyata alınan 55 partiyadan biridir. Heç bir partiya başqa bir partiyaya böhranla və digər bu kimi məsələ ilə bağlı təklif verməz. Ona görə də biz təkliflər təbii ki, YAP-a verilməyib".

“2015-ci ilin əvvəlində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyalar arasında keçirilən görüş tipli görüş və müzakirələrin yenidən bərpa olunması üçün müraciət etməniz gözlənilirmi” sualına M.Mirəlioğlu belə cavab verdi: “Hakimiyyət ölkədə 2016-cı ili Multikulturalizm ili elan edib. Heç olmasa elan olunmuş ilə uyğun da hərəkət eləmirlər. Azərbaycandakı siyasi partiyaların dediklərinə hələlik bir dəqiqə belə vaxt ayırmır. Xatırlatdığınız görüşlərə biz bilə-bilə öz nüfuzumuzun əleyhinə gedərək qatılırdıq. Biz öncədən də bilirdik ki, heç nə olmayacaq. Sadəcə, xalqın, dövlətin maraqları naminə buna gedirdik. İndi də dövlətin, xalqın maraqları naminə müzakirələrə hazırıq. Məncə, hələ hakimiyyət bu görüşlərdə maraqlı deyil”. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Aydın Mirzəzadə YAP-ın şöbə müdiri və deputatı olsa da, hakimiyyətin siyasətinin müəyyən olunmasında həlledici rola malik deyil. Ona görə də onun fikirləri də xeyli dərəcədə subyektiv xarakter daşıyır. Müxalifət düşərgəsi indi yaranmış vəziyyətlə bağlı irəli sürdüyü təkliflərin əsas ünvanı kimi cəmiyyəti nəzərdə tutur: “Cəmiyyətin bir hissəsi də iqtidardır. Prinsip etibarilə hansısa məqamda rəsmən Azərbaycan iqtidarına, hökumətə həmin təkliflərin göndərilməsi istisna deyil. İndiki məqamda isə təkliflər xeyli dərəcədə siyasi xarakterli və cəmiyyətə ünvanlanmış təkliflərdir. Partiyaların, partiyaların birliklərinin ölkədə yaranmış vəziyyətlə bağlı mövqelərini ifadə edir. 

Təkliflərə hansı münasibətin göstərilməsi də iqtidar və onun siyasi təsisatlarından asılıdır. Görünən budur ki, hələlik iqtidar bu təklifləri ciddi bir şəkildə dəyərləndirib müzakirə etməyə hazır görünmür. Amma prosesin müəyyən bir məqamında əlbəttə ki, müxalifət düşərgəsindən irəli sürülən təkliflərin birbaşa iqtidara ünvanlanması istisna deyil". 
Antböhran təklifləri ilə bağlı müzakirələr aparmaq üçün hakimiyyətlə görüşmək təşəbbüsünün, bununla bağlı müraciətlərin olub-olmayacağına gəlincə, P.Hüseyn dedi ki, ola bilər hansısa məqamda bu addımlar atılsın. Lakin iqtidarın hazır görünməməsi səbəbindən bu məsələ hələ gündəmə gəlməyib.

2015-ci ilin əvvəlində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyalar arasında keçirilən görüş tipli görüş və müzakirələrin yenidən bərpa olunması üçün təşəbbüslərin olub-olmayacağı haqda isə AXP sədri bunları dedi: “Həmin prosesin nəticəsiz qalması, uğur qazanmaması əlbəttə ki, bu tipli proseslər üçün də ciddi problem yaratdı. Ona görə artıq bu cür məsələlərə ehtiyatlı yanaşma olacaq. Nəzərə alınmalıdır ki, indiki vəziyyət 2015-ci ilin əvvəlki dövünrdəkindən əhəmiyyətli dərəcədə fərqlidir. O baxımdan da mənə elə gəlir ki, əvvəl-axır dialoq istiqamətində müəyyən addımlar atılacaq. Artıq qüvvələr nisbəti də dəyişib və bu heç də iqtidarın xeyrinə dəyişməyib. İndi daha fərqli proseslər baş verir və ictimai şüur keyfiyyətcə daha fərqli problemlərlə məşğuldur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar