Anqola ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində iştirak edən diplomatı və buna icazə verən bölgə direktorunu vəzifədən kənarlaşdırıb
Bu barədə Anqolanın dövlət agentliyi informasiya yayıb.
Məlumata görə, açılışda iştirak edən Anqola səfirinin müşaviri Joao Dieqo Fortunao və ona icazə verən Afrika və Yaxın Şərq bölgəsi direktoru Xuakin Espirito Santonu Anqolanın Xarici İşlər naziri Manuel Auqusto vəzifədən uzaqlaşdırıb.
Nazirlik diplomatların vəzifədən kənarlaşdırılmasına səbəb kimi ölkənin daxili qərarlarına riayət edilməməsini və ölkənin müsbət imicinə zərər verilməsini göstərib.
pia.az