Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankaranın tikdiyi bəndlər İraqda su çatışmazlığı doğurub -Təhlil


Diliman Əbdülqadir

“Defence Post”


İllər boyu davam edən etnik-məzhəbçi qarşıdurma ilə tənəzzülə uğramış İraq son onillikdə su çatışmazlığına məruz qalıb.

Kürdüstan bölgəsi də daxil olmaqla, bütün İraq içmək, sulama və sanitariya üçün ehtiyaclarının 98%-ini Fərat və Dəclə çayları ilə təmin edir. Ölkə əhalisinin əksəriyyəti mənbəyini Türkiyədən götürən iki tarixi çay boyu məskunlaşıb. Türkiyə kürd əhalisinin kompakt yaşadığı bölgədə Cənub-Şərqi Anadolu Projesi (GAP) vasitəsilə 22 bənd və 19 hidroelektrik stansiyası tikib.

Türkiyə daxilində karbohidrogen ehtiyatlarının yoxluğu ucbatından Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hökumət neftin deyil, suyun son silah olması qənaətinə gəlib. Əslində, bu işin təməli müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk tərəfindən “Şərq Anadolunun Türkiyənin qalan hissəsinə inteqrasiya olunması və suvarma layihələri ilə iqtisadi inkişaf yaratmaq” məqsədi ilə milli bir layihə olaraq qoyulub. Ancaq hazırda şahid olduğumuz İraq xalqına dağıdıcı təsir edir.

Ankara Kürdüstan İşçi Partiyasına (PKK) qarşı mübarizədən əziyyət çəkən yoxsulları daha yaxşı həyat tərzi ilə təmin etmək üçün cənub-şərqdəki layihələrin sayını artırmağa çalışır. Mərkəzi İraq hökuməti və yarımuxtar Kürdüstan bölgəsi rəhbərliyinin yanlış idarəçiliyi ilə yanaşı, su çətinliyinin kökü Türkiyədə yerləşir. İraqın su ehtiyatları naziri Həsən əl-Cənabinin sözlərinə görə, son bir neçə il ərzində ölkə ərazisindən keçən çaylarda suyun səviyyəsi 40% azalıb. GAP, yalnız Türkiyə əhalisinə deyil, kürd və ərəb qonşularına da sabitlik gətirməyib.

Ən mübahisəli layihə adını İlisu kəndindən götürmüş Türkiyənin İlisu bəndidir. Layihənin təməli 2006-cı ildə qoyulub. Su anbarı Dəclə çayı üzərindəki tarixi şəhər olan Hasankeyfi də təhdid edir.

Hasankeyf dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılır. Hazırda o, təxminən 78 min nəfərin məskunlaşdığı şəhərdir və İlisu bəndinə görə “batmış xəzinə”dir. Türkiyə Konstitusiya Məhkəməsi qədim şəhərin məhv edilməsini “dövlətin iradəsi” adlandırıb.

Tikinti tamamlandıqdan sonra Hasankeyfdə Dəclənin səviyyəsini 60 metrədək artırmaq nəzərdə tutulur, beləliklə, şəhərin 80%-i və ətraf kəndlər su altında qalacaq.

Bəndin tikintisi 2016-cı ildən bəri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Cənubi İraqın bataqlıqlarına su axınını azaldıb. Səddam Hüseynin hakimiyyəti dövründə hökumət yerli şiə üsyançıları oradan çıxarmaq üçün həmin bataqlıqları qurudurdu. Türkiyənin son hərəkətləri bənzər bir nəticəyə gətirib çıxarıb. Halbuki bataqlıq ərazidə ərzaq istehsal edilir və o, yerli fermerlərin heyvanları üçün su təminatı məkanıdır. Ancaq İlisu bəndi İraqa su axınını 56% azaldıb və bu, qonşu İrana da təsir edəcək.

İraqın Türkiyəyə etiraz gücü zəifdir. İran kimi, Türkiyə də İraqın suverenliyini pozub. Şimali İraqda Ankara təxminən 20 hərbi baza inşa edib. Türkiyə PKK-nın aradan qaldırılması üçün Məsud Bərzaninin başçılıq etdiyi Kürdüstan Demokratik Partiyası ilə işləyir.

İraq parlamenti xarici əlaqələr komitəsinin üzvü Əhməd əl-Caburinin sözlərinə görə, “Fərat və Dəclə çaylarında su çatışmazlığı Türkiyənin qurduğu bəndlər ucbatından İraqın qarşılaşdığı ən təhlükəli tarixi problemdir”.

Türkiyə İraqda davam edən xaos və qeyri-sabitlikdən faydalanıb. İraq 2003-cü ildəki müharibədən hələ özünə gəlməmiş İŞİD-lə mübarizəyə başlayıb. ABŞ NATO tərəfdaşına xəbərdarlıq etməyincə, Türkiyənin məqbul davranmasını tələb etməkdə Bağdadın biləyi zəifdir. Bu yaxınlarda İraq baş naziri Heydər İbadi bildirib: “Ankara siyasi və seçki məqsədləri üçün məsələni istismar etməkdə bilərəkdən bu vaxtı seçib”.

Bununla belə, ən pis ssenarisi silahlı qarşıdurmadır. İranın İraqda dəstək verdiyi silahlı qüvvələri (“Haşdi-Şəabi”) ilə toqquşma halında, Ankara su axınını daha da azaldacaq.

Son İraq seçkilərinin qalibi olan “Sairun” blokunun lideri Müqtəda Sədr deyib ki, “hökumətə su və elektrik məsələsini nəzərdən keçirmək və hüquqlarımızı bərpa etmək üçün möhlət vermişik”. Sədr millətçidir və təşəbbüsü əlinə ala, Kərkükdən Türkiyəyə neft axınının qarşısını ala bilər.

Nə qədər ki, Bağdad parçalanmış və İranın nüfuzu zəifləməmiş haldadır, Türkiyə İraqın suya nəzarət edəcək. Bu, Türkiyəyə İrana – regional rəqibinə və PKK-ya qarşı mübarizə imkanı verəcək.

Tehran 2003-cü ildən etibarən hərbi və siyasi sektorlara hökmranlıq edərək, çəkisini artırıb, Bağdaddakı şiə hökumətə təsir göstərir. Obama administrasiyası 2011-ci ildə ABŞ qüvvələrinin sayını azaldandan sonra İranın İraqdakı iştirakı artıb.

İraq regional güclərin öz sərhədlərindən kənarda təsirlərini artırdığı məkana çevrilib. Amma BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı təmsilçisi Fazil Əl Zubinin dediyi kimi, “hesabı ödəyən həmişə çayın bitdiyi ölkə olur və indiki halda, bu, İraqdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar