Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada müalicə olunan əsgərimiz “Elçibəy palatası“na köçürülüb


Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan Azərbaycan Milli Ordusunun üç yaralı əsgərindən biri – Ədalət Məmmədovun palatası dəyişdirilib və o, VİP palataya keçirilib.


Modern.az saytının xəbərinə görə, Ədalət Məmmədovun hazırda yatdığı palata Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vaxtilə müalicə aldığı və sonradan onun adı verilən palatadır.

Xəstəxanadan verilən məlumata görə, yaralı əsgərimiz əvvəlcə özəl palatada yatırmış, sonra VİP palataya kecirilib, burada məqsəd ona daha yüksək tibbi xidmət göstərilməsidir. Qeyd edək ki, cəbhədə yaralanmış əsgər Ədalət Məmmədovun bir gözü amputasiya olunub.

Onunla birlikdə digər iki hərbçimiz Elvin Əsgərov və Sərxan Tahirzadə də avqustun 9-dan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə müalicə üçün Türkiyəyə aparılıb. Sərxan Tahirzadə hər iki qıçını itirib, Elvin Əsgərov isə qarın nahiyəsindən ağır güllə yarası alıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar