Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anjey Kasprşik Xankəndinə niyə və hansı yolla gedib?


ATƏT-in Qarabağdakı “ömürlük canişini”nin separatçılarla görüşünə sərt təpki; hərbi ekspert: “Onu tez bir zamanda ”persona non qrat" elan etmək lazımdır"


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. İlkin məlumata görə, Xankəndi də keçirilən görüşdə ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində mövcud olan vəziyyət müzakirə olunub.

Ancaq Kasprşikin Xankəndi şəhərinə hansı marşrutla getdiyi açıqlanmayıb. Qeyd edək ki, artıq 20 ildən çoxdur bu postu tutan ATƏT nümayəndəsi dəfələrlə Dağlıq Qarabağdakı separatçı rejimlə görüşlər keçirib, ancaq işğal zonasına o, Azərbaycan tərəfdən deyil, Ermənistan yolu ilə gəlməyə üstünlük verib. A.Kasprşikin bu hərəkəti bir çox hallarda etirazlar doğurub və onun Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi tələb olunub. ATƏT sədrinin şəxsi nümayəndəsi Xankəndinə Azərbaycan tərəfdən getmək istəsə, ona hər iki tərəf sözsüz ki, şərait yaradar və təhlükəsizliyini təmin edər. Elə isə həmsədrlər kimi, Kasprşik də niyə bu cür sayğısız yanaşır? Hələ ki bu suala cavab yoxdur. Azərbaycanın rəsmi qurumlarından da məsələyə reaksiya verilməyib.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsi Anjey Kasprşikdən heç bir fərqləri yoxdur: “Anjey Kasprşikin fəaliyyəti nədən ibarətdir? O, bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparır ki, atəşkəsə riayət olunsun. Yeri gəlmişkən, o bu vəzifədə qocaldı, hamı getsə də, 20 ildən çoxdur ki, buralardadır. Bir xeyri də yoxdur, çünki atəşkəsə riayət edən yoxdur. Həmsədrlər də son illər eyni işi görürlər, Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə, tərəfləri atəşkəsə riayət etməyə çağırırlar. Hər dəfə gəlməyə nə ehtiyac var ki, bu işi onsuz da Kasprşik görür. Həmsədrlər əvvəlcə aprelin əvvəlində gəldilər ki, 4 günlük müharibə bir il sonra təkrarlanmasın, indi də iyul ayında gəlməyi planlaşdırırlar ki, yay aylarında toqquşma ehtimalı yüksək olduğundan bunun qarşısını alsınlar. Digər vəzifələri AzərbaycanErmənistan prezidentlərini yaxın müddətdə görüşdürməkdir. Ancaq həmsədrlər nə atəşkəsin qorunmasına nail olur, nə də prezidentləri görüşdürə bilirlər. Çünki özlərinə bilavasitə aid olan işlə məşğul deyillər”.

E.Şahinoğlu bu arada müzakirə olunan separatçıların “paytaxtı” Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq bağçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə necə mane olmaq mümkündür, suallarına da cavab tapılmasını zəruri sayır: “Rəsmi Bakı separatçıların Xankəndində təmir etdiyi hava limanının istifadəsinə necə əngəl oldusa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan ŞuşaKəlbəcərlə bağlı da istifadə etmək lazımdır. Necə oldu ki, separatçılar 20 ildə işğal altındakı torpaqlarda heç bir fəaliyyət göstərmədilər və qəfil həmin torpaqlarda tikinti işlərinə başladılar? Kim onlara bu təxribatlarına görə təhlükəsizlik zəmanəti verdi? Dərhal Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətirəcəyindən xəbərdar edilməlidirlər. Ümumiyyətlə, elan edilməlidir ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq. Bu gedişatla Ermənistana ultimatum verilməlidir: ”3 və ya 5 aya torpaqları boşaltmasan, bunun nəticəsi ilə hesablaşmaq məcburiyyətində qalacaqsan!" Ancaq bundan əvvəl nəticəsiz danışıqların imitativ xarakter daşıdığı, real nəticəyə hesablanmadığı və bunun da status-kvonun uzanmasına gətirib çıxardığı bəyan edilməlidir. Əgər bu bəyanatı verməyə hazırıqsa, onda Ermənistan hakimiyyətinə ultimatim verilməsi mümkündür. Yox, əgər nəticəsiz danışıqlarda əvvəlkitək iştirak edəcəyiksə, işğal da davam edəcək".

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun dediyinə görə, yəqin ki, ölkəmizdə siyasi proseslərlə, Qarabağ məsələləri ilə yaxından maraqlanan həmvətənlərimiz polşalı diplomat Anjey Kaspşiklə bağlı kifayət qədər məlumata malikdirlər: “Onunla bir neçə il bundan əvvəl Ermənistana, oradan da Azərbaycanın işğal altında olan Şuşa, Xankəndi və digər ərazilərinə birgə səfərimiz zamanı hiss etmişdim ki, bu adam özünü xüsusən Ermənistan tərəfdə ”balıq suda hiss edən kimi" rahat hiss edir. Ermənilər üçün son dərəcə mehriban və son dərəcə doğma adam təsiri bağışlayan cənab Kasprşik həm məndə, həm də səfər yoldaşlarım olan Azərbaycanın çoxsaylı jurnalist və ictimai fəalları üçün qəribə təsir bağışlayırdı. Üstündən illər keçəndən sonra mən bir məsələdə əmin olmuşam ki, təxminlərim özünü doğruldur. Əvvəla, bu adam haqqında doğulduğu və vətəndaşı olduğu Polşada artıq unudublar. 20 ildən artıqdır ki, öz postundadır. Çox maraqlı bir paralel aparım. 20 ildən artıqdır ki, Qarabağ məsələsini həll etməyən beynəlxalq mafiya babaları məhz bu illər ərzində Kasprşikdən savayı heç kimi bu məsələdə yaxına buraxmırlar. Sual olunur, xeyr ola, bu illər ərzində bu və bunun kimi bivec diplomatlar Qarabağla bağlı hansı uğura imza atıblar ki, bundan bərk-bərk yapışıblar? Yaxud xaricdə bir enerjili və bacarıqlı diplomat-səfir tapmırlar ki, bu məsələdə çevik və operativ hərəkət etsin? Əlbəttə ki, məqsəd və məram aydındır. Bu adam sırf erməni-rus maraqlarını təmin etdiyinə görə bunu dəyişmirlər. Və belə gedişlə heç ömrünün sonuna kimi dəyişməyəcəklər. Yəqin ki, bunu “yük 200"lə Varşavaya yola salacaqlarını düşünürlər”.

Hərbi ekspert şübhələrini açıqladı: “Əslində cənab Anjey Kasprşik sırf ermənilərə xidmət edir və bunu mən dəfələrlə faktlarla sübut etmişəm. 2014-cü ildə erməni hərbçilər mövqelərimiz üzərində döyüş helikopterində uçuş edəndə bizim qəhrəman əsgərimiz onları məhv edəndən sonra bu Kasprşik az qala gecə-gündüz yatmadı və işğalçıların meyitlərinin qalıqlarını İrəvana çatdırmaq üçün hansı oyunlardan çıxdı. Amma bizim 3 cəsur pilotumuz 2016-cı ilin aprel hadisələri zamanı vurulanda bu adamın heç səsi çıxmadı. Yüzlərlə təkzibolunmaz fakt sizə deyə bilərəm ki, bu şəxs sırf erməni-rus maraqlarına xidmət edir. Baxsanız, ona həm İrəvanda, həm də Qarabağda super şəraiti olan ofis və qərargah yaradıblar. Bu adam erməni konyakı və şərablarının təsiri altında ancaq və ancaq erməniləri razı salan bəyanatlar səsləndirir. Özü də tez-tez Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərlər edir və separatçı rejimin həm əvvəlki başçıları Arkadiy Qukasyanla, həm də indiki yaramaz Bako Saakyanla tez-tez görüşür. Və maraqlıdır ki, bu qeyri-qanuni adamlarla nəyi müzakirə edir? Sözsüz ki, onları məlumatlandırır və onların maraqlarını təmin etmək üçün müzakirələr edir. Buna yolunu və yerini göstərməyin zamanı çoxdan çatıb. O, əsl casus və diplomatik etikaya sığmayan fəaliyyətlə məşğul olan personadır. Onu tez bir zamanda ”persona non qrat" elan etmək lazımdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ən çox oxunanalar