Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anası iki övladını qaçırıb İŞİD-ə qoşuldu - Video

"Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb öpmək istəyirəm. Ancaq birdən bura bomba atsalar səni bir də görə bilməyəcəm"


Bu ifadələr anası tərəfindən Suriyaya qaçırılan 5 yaşlı qızcığazın atasına göndərdiyi mesajdandır. Hadisənin təfərrüatları eşidənləri dəhşətə salır. Bunun qurbanları isə günahsız iki azyaşlı qızcığaz və çarəsiz bir atadır.

PİA.AZ xezerxeber.com-a istinadən bildirir ki,  5 yaşlı Lalə Yusifova vatsap vasitəsilə belə bir videonu atasına Suriyadan göndərib. Söhbət Abşeron rayonu Xırdalan şəhərində yaşayan 39 yaşlı İlqar Yusifovun başına gələn dəhşətli hadisədən gedir.

İlqar Yusifovun sözlərinə görə, əslində ailəsi üçün həyat normal axarında davam edirmiş. Ta ki, həyat yoldaşı Pərvanə Əhmədova  qonşuluqda yaşayan özünü dindar bir insan kimi tanıdan qadınla yaxınlıq edənə kimi. Məhz bundan sonra ailələrində problemlər yaşanıb və bu, 2014cü ildə ailənin dağılması ilə nəticələnib.

Boşandıqdan bir neçə ay sonra isə Prəvanə Əhmədova 2 övladı 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çııxb.

İlqar Yusifov deyir ki, heç bir sənədi olmayan keçmiş həyat yoldaşı və uşaqları ölkədən qaçaq yolla çıxarılıb. Ata iki qızından ən son xəbəri isə 3 ay öncə  alıb.

Uşaqların İŞİD silahlılarına məxsus silah-sursatlarla çəkdirdikləri şəkillər övladlarından xəbərsiz atanın nigaranlığını daha da artırır. Çarəsiz qalan İlqar Yusifov övladlarını necə geri qaytaracağını da bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar