Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anası erməni olan məmurun himayəçiləri açıqlandı - Siyahı

Hazırda istintaqı davam edən Bayraq Meydanı İdarəsinin sabiq rəisi, “Azimport” şirkətinin və bir çox digər biznes obyektlərinin sahibi Rəşad Məmmədov barəsində hər gün yeni faktlar üzə çıxmaqdadır


H. Rəşad Məmmədov və bacısının əri Azər Əsgərov (“Azimport” şirkətinin faktiki rəhbəri) istintaqa təzyiq etmək üçün bütün vasitələrlə hərəkətə keçiblər. Bunun üçün hətta bir sıra aparıcı media qurumlarının da dəstəyindən istifadə edirlər.

Qaynar.info saytını məlumatlandıran mənbə bildirir ki, Rəşad Məmmədov həbs olunarkən, onunla birlikdə saxlanılan Azər Əsgərov hansısa yolla az sonra sərbəst buraxılıb və bundan istifadə edərək, milyonlarla pulun və bir çox sənədlərin ölkədən çıxarılmasına nail olublar. Hətta şirkətin Avropa ölkələrinin birində törəmə şirkət vasitəsi ilə tenderə qatılaraq, milyonlarla dollarlıq layihəni udduqları bildirilir. Xaricə çıxarılan sənədlər və faktlar üzərindən isə keçmişdə işbirliklərində olduqları bir çox məmurlara təzyiq edərək, onlardan Rəşad Məmmədovun azadlığa buraxılması üçün dəstək istəyirlər.

Mənbə Rəşad Məmmədovun “yüngül” cəza ilə bir müddət həbsdə qalmağa, ya da şərti həbs cəzası ilə azadlığa çıxmağa çalışdığını deyir. Bunun üçün isə o, bəzi “köhnə dost”larından kömək istəyib. Bu “köhnə dostlar”ın arasında Kərəm Həsənovun, Etibar Pirverdiyevin, Hacıbala Abutalıbovun və deputat Ağalar Vəliyevin adları çəkilir. Rəşad Məmmədov əvvəllər “Azimport” vasitəsilə Kərəm Həsənova bağlı “Azinko”, eləcə də Etibar Pirverdiyevə bağlı “Azenco” şirkətləri ilə biznes maxinasiyaları həyata keçirib.

Bundan başqa, Məmmədovun “Azəraqrartikinti” ASC-nin təsisçisi, deputat Ağalar Vəliyevlə də işbirliyində olduğu, indi isə onlardan kömək gözlədiyi deyilir. Hacıbala Abutalıbova gəlincə, R.Məmmədovun, az qala Bakının yarısını “dövlət sifarişi” adı ilə sökən zaman, merlə razılıq içində olması istisna edilmir.

Amma Rəşad Məmmədovun əsas himayəçisi qismində isə Əli Əsədovun adı çəkilir.

images

Ötən ilin noyabr ayında “Xural” saytında dərc olunan geniş araşdırma yazısından bəzi parçaları təqdim edirik: “… Əli Əsədovun “ulduzu” Dənizkənarı parkın və sonradan “Bayraq meydanı”nın inşası ilə əlaqədar parlamağa başladı. O, qısa müddətdə təkcə Buzovna qəsəbəsində hər kvadrat metri üçün büdcədən 1.659 manat silinərək, guya mağazaları sökülən şəxslərə kompensasiya kimi veriləcəyi adı altında inşa etdirdiyi 158 ədəd bir və iki mərtəbəli mağazalara sahib çıxdı. Onları icarəyə verdi. İcarə haqlarını mənimsədi və ildırım surəti ilə varlandı. Qısa müddət keçmədi ki, artıq özünü Azərbaycanın oliqarxı saydı və bu titula uyğun qoçu və mühafizə dəstəsi saxlamağa başladı. Eyni zamanda “restoranlar kralı”na çevrildi”.

“… Beynəlxalq bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində “kölgə kabineti” üzvlərinə və onlara yaxın olan dırnaqarası oliqarx-biznesmenlərə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov təşkilatçı qismində çıxış etmişdir.

Əli Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və “Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarmışdır. Əli Əsədov İstanbulda “Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayon İH Başçısı Gülağa İsmayılovun adına 3 ədəd mehmanxana almışdır…”.

“... Ən dəhşətlisi budur ki, Prezidentin sərəncamı ilə 2011-2013-cü illər üzrə Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Agentliyinin sifarişlərinə daxil edilmədən, bütün işlər qapalı şəkildə Əli Əsədova məxsus “Azimport” MMC tərəfindən həyata keçirilmişdir…”

“Musavat.com” saytında 21 oktyabr 2015-ci il tarixində yayımlanan ““MTN işi”ndə Əli Əsədovla TV Musanın da adı hallanır” adlı məqalədə isə Əli Əsədovun “ulduzu”nun hansı səbəblər üzündən parlamasına aydınlıq gətirilir və bildirilir ki, Əli Əsədovla Eldar Mahmudov qrup yoldaşı olublar və tələbə vaxtı bir otaqda qalıblar.

Rəşad Məmmədovun əməllərinin qurbanlarından biri olan tanınmış vəkil Ramiz Zeynalov isə mediaya açıqlamasında bir çox maraqlı nüanslara da aydınlıq gətirib. Vəkil qafqaznews.az saytına açıqlamasında Rəşad Məmmədovun azadlığa buraxılması istiqamətində intensiv işlərin getdiyini təsdiqləyib:“Rəşad Məmmədovun arxasında Əli Əsədov (Prezidentin İqtisadi məsələlər üzrə müşaviri – red.) və qaynı Azər Əsgərov durub. Bu işlərin əsas rəhbəri Əli Əsədov olub. Rəşad Məmmədov sadəcə fiqurdur, amma onunla əlbir olan Əli Əsədov və Azər Əsgərov məsuliyyətə cəlb olunmur. Rəşad Məmmədovun işbirliyində olduğu “Azərenerji” və Dövlət Əmlak Məsələləri Komitəsindəki rəhbər şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Onlar milyonlarla vəsaitin ölkədən oğurlanmasına, qanunsuz tikinti və söküntü işlərinə cavabdehdirlər”.

Vəkilin sözlərinə görə, Rəşad Məmmədovun tezliklə azadlığa buraxılmasına hazırlıq gedir. “Təsəvvür edin, Əli Əsədov gedib 50 minə ağaclar alıb gətirib. 50 minə dünyada ağac yoxdur. Bunlar Azərbaycanın iqliminə yaramır. Kimə lazımdır bu?”

O vurğulayıb ki, müxtəlif maxinasiyalara əl atan Əli Əsədov tərəfindən oğurlanan pulların hamısı Rəşadın boynuna qoyulub. ““Azimport” həm vergidən, həm də büdcədən nə qədər pul oğurlayıb, bunun hamısını Rəşadın boynuna yıxmaq istəyirlər”.

R.Zeynalov əlavə edib ki, Əli Əsədovun göstərişi ilə və bilavasitə Azər Əsgərovun da iştirakı ilə ona məxsus olan Zağulbada 360 kvadrat metrlik “Rəvan” kafesi sökülüb, kompensasiyası verilməyib. Vəkilin sözlərinə görə, təkcə onun yox, bir çox vətəndaşın evi və mağazası sökülüb, yerində isə müxtəlif biznes obyektləri və mülklər tikilib, amma sahiblərinə kompensasiya verilməyib. “Bu faktlar nədənsə müxtəlif instansiyalarda ört-basdır edilir. Xəzər RİH başçısı Gülağa İslamov da bu işlərdə onlara kömək edib”, – deyə Ramiz Zeynalov əlavə edib.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov 12 may 2015-ci il tarixdə həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. O, hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

Onu da qeyd edək ki, virtualaz.org saytı R.Məmmədovun anasının erməni olduğunu iddia edib: “R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir”.

Bakının “yarısını” heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıdan,  kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atan , hətta fəhlələrin pulunu belə mənimsəyən R.Məmmədov, anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!

Maraqlıdır ki, Eldar Mahmudov işdən çıxarıladan, MTN-dəki bandanın cinayətləri açılandan sonra R.Məmmədov və himəyəçiləri aktivləşib. Onun da adını günahsız həbs edilənlərin siyahısına yazdırmağa çalışdıqları müşahidə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar