Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Niftəliyev Baş Prokurora müraciət etdi


"Cənab Baş prokuror, qatillər istintaqdan yayınır"


Bu gün hüquq-mühafizə orqanlarından mediaya verilən məlumatda Anar Niftəliyevin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyeva) ölümünə anestezioloqun (Firuz İbrahimov) düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağ ciyərin funksiyasının pozulması səbəb kimi göstərilir. Beləliklə, bütün günahlar təkcə anestezioloqun boynuna yüklənir.

Bununla bağlı zərərçəkmiş Anar Niftəliyev Respublikanın Baş prokuroru Zakir Qaralova özünün açıq məktubunu ünvanlayıb. Açıq məktubda deyilir:
 
Hörmətli cənab Baş prokuror!
 
Bu gün hüquq-mühafizə orqanlarından mediaya verilən məlumatda həyat yoldaşım, tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyeva) ölümünə anestezioloqun (Firuz İbrahimov) düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağ ciyərin funksiyasının pozulması səbəb kimi göstərilir.
Bu açıqlama isə faktiki olaraq əməliyyatda iştirak edən həkimlərdən yalnız anestezioloqun məsuliyyət daşıdığı haqqında rəy yaradır və mənim Sizə əvvəlki iki rəsmi müraciətimdə ifadə etdiyim narahatlığı doğruldur.
 
Bir daha təkrar edim ki, əməliyyatda iştirak edən həkimlər məsuliyyəti anestezioloqun üstünə yıxmaqla, özlərinin məsuliyyətdən yaxa qurtardıqlarını artıq bir neçə dəfə bəyan ediblər və hətta həmin şəxslərin cinayət işinin aparıldığı Nəsimi Rayon Prokurorluğu ilə “anlaşdığı” barədə qeyri-rəsmi məlumat aldığımı artıq ötən məktubumda Sizin diqqətinizə çatdırmışam.
 
Əlbəttə, həyat yoldaşımın vəfatının və iki körpə balamın anasız qalmasının birbaşa səbəbkarı həm də anestezioloqdur. Ancaq bu əməliyyatın zəruri olmadığı, bizim yalnız tamah məqsədi ilə aldadıldığımızı, məndən daha çox pul alınması üçün bu kiçik əməliyyatın böyüklüyü görüntüsü yaradıldığı, heç bir ehtiyac olmadığı halda əməliyyatın narkozla həyata keçirilməsində həkimlərin israr etdiyini bir daha vurğulayıram. Bununla bağlı Nəsimi Rayon Prokurorluğuna zərərçəkən kimi verdiyim iddialar üzrə bu vaxta qədər heç bir istintaq hərəkətinin aparılmaması təbii ki, məndə şübhələr yaratmaya bilməzdi və məhz buna görə də Sizə müraciət etdim!
 
Cənab Baş prokuror!
 
Əvvəla, bu qətl hadisəsi əməliyyatda iştirak edən hər üç həkimin (onkoloq Mahir Məmmədov, asisstent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov) əlbir olaraq, birbaşa tamah məqsədilə həyata keçirdiyi, ancaq öz iradələrindən asılı olmadan baş tutmamış dələduzluğun acı nəticəsidir. İkincisi, anestezioloqun əməliyyat zamanı heç də öz iradəsi və şəxsi qərarı ilə hərəkət etmədiyini müəyyənləşdirmək üçün müstəntiqin əlavə sorğu verməsinə də ehtiyac yoxdur – bunu özü də təsdiqləyə bilərdi. Bu əməliyyat üçün narkoz tələb olunmadığı halda, niyə narkozdan istifadə edilməliydi? Niyə həkimlər mənim və həyat yoldaşım Elnarə Tofiqqızının israrlarına baxmayaraq, narkozun vacib olduğuna bizi inandırdılar? Ümumiyyətlə, bu əməliyyatın aparılmasına ehtiyac vardımı? Niyə bizi aldadaraq “Medi Sina” klinikasında əməliyyat aparılmasına inandırdılar?
Mən Nəsimi Rayon Prokurorluğuna verdiyim izahat və ifadələrimdə bu məsələni vurğulamışam, bununla bağlı iddialar da qaldırmışam. Amma Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev hələ də heç bir istintaq hərəkəti aparmır və ümumiyyətlə, yekun komisyon ekspertizanın rəyindən sonra həkimlərin məsuliyyətini müəyyənləşdirən sorğu göndərib, cavablar almayıb.
Əvəzində isə komisyon ekspertizanın bu cür yarımçıq, heç bir halda məni və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunur və bununla da istintaq öz yarımçıq işini bitmiş hesab edir?
 
Hörmətli cənab Baş prokuror!
 
Dekabrın 11-də mən Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi tərəfindən dəvət edildim və işin birbaşa Sizin nəzarətinizdə olduğu nəzərimə çatdırıldı, iddialarım, narahatlıqlarımla bağlı şikayətlərim dinlənildi. Mənə vəd olunan müddət hələ tamam olmayıb və inanıram ki, Sizin şəxsi diqqətiniz bu işdə qısa müddətdə öz sözünü deyəcək, bu dələduz qatillərin hər biri ayrı-ayrılıqda layiq olduqları cəzanı alacaq və bu fakt da həkim terrorunun qarşısının alınmasına Respublika Prokurorluğunun, şəxsən Sizin ən dəyərli töhfəniz olacaq.
Ona görə də cinayətdən yaxa qurtarmaq üçün çalışan və müxtəlif vasitələrlə istintaqa, komisyon ekspertizanın rəyinə təsir göstərən, nəticədə çoxlu suallar doğuran ekspertiza rəyini cinayət işinə daxil etdirməklə, əlavə araşdırmalara mane olan qatillərin də, nədənsə bu qatil həkimlərin istəyinə uyğun davranan hüquq-mühafizə orqanı əməkdaşlarının da hərəkətlərinə hüquqi qiymət verilməsi üçün bir daha tapşırıq verməyinizi və istintaqın ədalətli və sürətli keçirilməsini təmin etməyinizi Sizdən xahiş edirəm.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar