Xəbər xətti

22 FEVRAL

14:47 “Rəsmi Moskva Qarabağ probleminə təsir edəcək başlıca güc olaraq qalır”

14:42 “Twitter” “bot”larla mübarizəyə başladı

14:38 Azercell Plus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda

14:35 “Neftçi” klubunda yeni təyinat

14:31 Astana AB-ni Orta Asiyaya çağırdı

14:27 Sərnişin və yük daşıyanların nəzərinə

14:22 Azərbaycanda “plastik düyü” satılır?

14:19 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi

14:15 Səudiyyəli jurnalist: “Məscidlər dağıdılsın”

14:11 Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

14:08 Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”

14:04 Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı

14:00 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:55 “Dilənçilər emosional manipulyasiyadan istifadə edirlər” - Psixoloq

13:51 Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir

13:47 Zakir Həsənov Belarusa səfərə gedib

13:42 Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”

13:39 Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlər - Siyahı

13:36 Sabahın hava proqnozu

13:32 Suriya üzrə məxfi plan hazırlanır

13:28 “Xanımım “hə” desə, arxama dönmədən gedərəm”

13:21 İran azərbaycanlı naziri Bakıya niyə göndərdi?

13:16 “Neftlə zəngin Azərbaycanda hökumət daha çox iş görməlidir”

13:12 Afrin əməliyyatı: “Bu günə qədər 1829 terrorçu məhv edilib”

13:09 Rəsmi Moskvadan YPG-ni məyus edən bəyanat

13:05 ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib

13:01 Millət vəkili: “Onlar tarix qarşısında cavab verəcək”

12:56 Azərbaycanda bu yol pullu olacaq

12:52 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

12:49 “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır”

12:44 “Sovetski”də 40 hektar ərazi boşaldılıb

12:40 “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

12:36 Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

12:33 Abşeron sakini intihar edib

12:27 Bakıda məktəbli qızın meyiti tapıldı

12:23 Gəncə yol polisinin rəisi işdən çıxarıldı

12:19 Tanınmış müğənninin 10 il həbsi istənilir

12:15 SOS: Bu uşaqlar oğurluq edir

12:11 “Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı

12:08 Bakıda yol qəzası: 2 ölü

12:04 Kıvanç Bakıya gəlməkdən imtina etdi

12:00 Deputatdan Qarabağ çağırışı

11:56 Bakıda I sinfə qəbul başlayıb

11:53 Magistraturaya qəbul imtahanı keçiriləcək

11:48 Sizin hekayənin sonu nədir?

11:45 Türkiyədə partlayış baş verib

11:42 Yanvarda Naxçıvana 17 mindən çox turist gəlib

11:38 İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni verdi

11:33 İranı nə gözləyir: Təğyiri-libas olan dərvişlər və... – Şərh

11:29 Avroliqada 1/8 finalçılar müəyyənləşir

11:25 Hökməli sakini özünü öldürüb

11:21 Bu sözlərə görə Türkiyədə bizə gülürlər - Siyahı

11:17 Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video

11:12 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

11:09 Paulo Koelyodan bunu oxumamısız - Esse

11:06 Türk ordusuna əmr verildi: “Dərhal vurulsun!”

11:03 “SSRİ Baş Prokurorluğu cinayət işinin istintaqını obyektiv aparmayıb”

10:59 O dövrdə yaşasaydı, Vurğun kimi o da Rəsulzadəni...

10:55 Azərbaycan ordusu kiberhücumların qarşısını ala biləcək durumdadır?

10:52 Bu gün üç MTN generalının taleyi həll olunur

10:48 Xoşqədəm transı məhkəməyə verir

10:44 ABŞ səfirliyinə əl qumbarası atdı

10:40 Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

10:36 Leyla Əliyevanın sənət bloknotu satışda - Video

10:31 “AS Qrup İnvestment” Xocalı faciəsini “Vətənə qayıdış” intellektual vətənpərvərlik yarışı ilə anır

10:27 Naxçıvan əhalisinin sayı və maaşı artıb

10:23 Gədəbəy rayonunda ev yanıb

10:19 YAP İlham Əliyev üçün imzaları toplayıb qurtardı

10:15 Deputatlar Mehriban Əliyevadan danışdılar

10:11 Beynini aktivləşdirmək üçün klassik musiqi şərtdir

10:07 ABŞ nüvə arsenalına əlavələr edir - Video

10:04 Suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü

10:00 Kitabları yandırmayaq, onsuz da özləri saralacaq

9:55 İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

9:51 Şəmkirdə taksi sürücüsü bıçaqlanıb

9:47 Tramp müəllimlərə silah verilməsini təklif etdi

9:43 Ötən gün yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 4-ü yaralanıb

9:38 “Brit Awards”-ın qalibləri məlum oldu

9:34 Atəşkəs rejimi 96 dəfə pozulub

9:30 Bu gün ATƏT PA-nın qış sessiyası öz işinə başlayır

9:25 Qızıl 6 dollardan çox ucuzlaşıb

9:20 Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək

9:16 Nigeriyada 80-ə yaxın məktəbli qız terrorçulardan xilas edilib

9:12 Yunanıstan sahillərində zəlzələ olub

9:08 Rusiya mediası niyə çabalayır?..

9:04 Aqil Abbas: “Hamı məni soğana görə söyməyə başladı”

9:00 “Azərbaycanda kazinoların fəaliyyəti leqallaşmalıdır”

0:56 Rusiyada 13 min 500 sayt bağlanılıb

0:48 “Google Pay” istifadəyə verildi

0:36 “Sanksiyalar Rusiya büdcəsinə 3 milyard dollar ziyan vurub”

0:27 Ukrayna: “Rusiya 50 ildən tez süqut edəcək”

0:14 “Bu futbolun yazılmayan qanunudur”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 FEVRAL

23:58 Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı

23:41 Lənkəranda naməlum kişi meyiti tapıldı

23:37 Azərbaycan Səhiyyə Nazirliyi nəzarəti gücləndirdi

23:23 Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər

23:14 Rusiya “qanuni oğruları” deportasiya edir

23:07 Bakıda 200-ə yaxın pandus quraşdırılıb

22:56 Türkiyə-ABŞ münasibətləri düzəlir

22:41 Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

22:33 Teyyub Qurban vəfat etdi

22:28 Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər

22:16 “İnsanı bu cür qocaltmaq düzgün deyil”

22:02 ABŞ kosmosda müharibəyə hazırlaşır

21:59 Lavrov Afrinə görə ABŞ-ı günahlandırdı

21:48 “Zeytun budağı” əməliyyatının son statistikası

21:35 Mingəçevirdə qadın əri tərəfindən döyülüb

21:27 Siqaret çəkmək boyun ağrılarına səbəb olur

21:14 Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək

21:09 Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək

20:56 Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

20:48 “Mercedes Benz” avtomobillərini geri çağırır

20:35 Türkiyədə heyvanlara pasport veriləcək

20:29 Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

20:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

20:02 Livan prezidenti Yerevana gedib

19:55 Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

19:50 Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

19:46 Avtobus dərəyə yuvarlandı: 30 ölü



MÜSAHİBƏ

...

Anar Niftəliyev: “İntihar üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur”

Tarix 15.11.17, 9:34

Font ölçüsü : - / +
bitmap-img6


“Xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil”


Həmkarların ad günü olanda sevinc  hissi ilə yanaşı, qəribə bir hüzn də çökür insanın içinə. “Köhnə nəsil jurnalistləri” dediyimiz çevrə yavaş-yavaş gənclikdən yaşlılığa doğru addımlayır. Uğurları,  sevincləri, kədərləri ilə həm də.

Axar.az saytının redaktoru Anar Niftəliyev də “4"ləri qoşalayanda”  bənzər hissi yaşadıq.  Həmkarlarımızın yaşının üstünə yaş, təcrübəsinin üstünə də təcrübə gəlir... Eyni zamanda həyatın da sınaqlarından çıxırlar. Məni bir az ağır söhbətin gözləyəcəyini bilirdim öncədən. Çünki Anar bəy sıradan tale, sıradan jurnalist həyatı yaşanlardan deyil mənimçün. Xüsusən də həyatının son bir neçə ili gözümüzün qabağında, kədərli film səhnələri kimi yaşanıb... İtki, daha çox güc, unutmaq üçün daha çox iş, əmək, zəhmət...

- Anar bəy, oxuculara arayış olsun deyə bildirim ki, müsahibə üçün vədələşib bir araya gəlməmiz çətin oldu. Məlum oldu ki, siz də həyatını kompüter arxasında keçirənlərdən, saytın nəzarətini bir dəqiqə belə olsun buraxa bilməyən redaktorlardansınız, Sıxılmırsız belə həyat tərzindən? Necə deyərlər, fəsillər və həyatları pəncərədən seyr etmək yormur sizi?

- Əksər redaktorların həyatını kompüter arxasında keçirməsi oxucuya hörmətdən, peşə sevgisindən, bir az da məcburiyyətdən qaynaqlanır. Məncə, saytın bütün materiallarına gün ərzində bir şəxs mütləq nəzarət etməlidir, yoxsa təkrarlar və ya eyni xəbərin fərqli təqdimatı, yanlışlar qaçılmaz olur. Mənim timsalımda isə bunun fərqli səbəbi də var...

Sıxılmağa gəlincə, əlbəttə, bəzən çox yorucu və bezici olur. Fəsilləri və həyatı heç pəncərədən də seyr edə bilmirik: bir də ayılırsan ki, həftə, hətta ayın necə keçdiyini görməmisən. Bəzən, ümumiyyətlə, baş götürüb qaçmaq istəyirsən...

- Üstəgəl, artıq ünsiyyəti də sosial şəbəkə, telefon vasitəsilə daha çox həyata keçirməyə çalışırıq. İnsan amili azalır, texniki vasitələr ön plana çıxır. Vaxt qıtlığı yaşayan meqapolis insanı olaraq bu durumdan məmnunsuz, yoxsa 10-15 il öncənin dostluqlarını, ünsiyyətlərini özləyirsiz?

“Üsyan etmirəm, Allahdan dözüm istəyirəm”

- Əslində sosial şəbəkə üzərindən təmaslar işimizi təkcə asanlaşdırmayıb, həm də ünsiyyəti qoruyub saxlamağımıza imkan yaradıb. Yoxsa bu gərgin iş rejimində, ümumiyyətlə, əlaqə çox zəif olardı. Təbii ki, canlı ünsiyyət tamamilə fərqli aura yaradır. Tolstoya xəbər edirlər ki, telefon kəşf olunub, dahi yazar da deyir ki, mən heç vaxt ondan istifadə etmərəm. Səbəbini də belə izah edir ki, mən dediyim sözün qarşı tərəfdə hansı reaksiya doğurduğunu üz cizgilərindən müşahidə etməsəm, həmsöhbət olmaram. İnsanın ünsiyyəti təkcə dediyi və ya yazdığı sözlə olmur ki! Hətta mütəxəssislərin iddiasına görə, sözlər fikrin 7-15 faizini ifadə edir, gerisini “mimikalar” deyə ümumiləşdirdiyimiz göz, üz, bədən dili danışır. Həm də canlı ünsiyyətdə auraların təması var. Yəni canlı ünsiyyəti heç nə əvəz etməz və mən də darıxıram çox zaman o ünsiyyətlər üçün. Ancaq indi ürəyim evdə qalır, işdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram.

- 44 yaş... “Güzgülü” rəqəm deyirlər buna... Bəs həyatınızda hər şey güzgü kimidir? Aydın, təmiz...

- Şəffaf yaşamışam hər zaman, həyatım göz önündə olub - sevgim də, nifrətim də, kədərim də... Həyatımda ört-basdır etmək istədiyim heç nə yoxdur, zatən, gizlədə də bilmərəm. Ancaq xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil, ona görə bacardıqca bu “güzgüyə” baxmamağa çalışıram.

- Bu yaşınızda gəldiyiniz yerdən, olduğunuz nöqtədən razısız?

- Çox böyük və əhatəli cavab istəyən sualdır... Uğurlar da, uğursuzluqlar da ötəridir, biz yalnız mövcud olduğumuzu göstərmək üçün çalışırıq: maşını yüksək sürətlə idarə edən də, qaydaları pozan da, axına qarşı üzən də - hamı yaşadığını nümayiş etdirmək istəyir. Diqqət edirsinizsə, azacıq fürsət tapan kimi, getdiyimiz-gördüyümüz yerin dadını çıxarmaq, gözəllikdən zövq almaq əvəzinə, dərhal bir “mənzərəli yerdən” fotomuzu çəkib paylaşırıq. “Mən varam, mən mövcudam, mən burdayam” eqosudur, özünüifadə formasıdır. Biz isə “xəbər daşımaqla” özümüzü ifadə edirik və bu bütün günümüzü, şüurlu fəaliyyətimizi əhatə edir. Bu baxımdan gəldiyimiz yer də, olduğumuz nöqtə də özümüzü ifadə etdiyimiz yerdir - əvvəl necə idi, indi də elədir və yəqin bundan sonra da elə olacaq. 40-dan sonra başqa sənət öyrənməzlər ki?  

- O gün həmkarım Jalə Mütəllimova 2000-ci illər jurnalistlərini “bizim uşaqlar” adlandırdı öz yazısında. İllər sürətlə keçdi və biz birdən yaşlı jurnalistlərə çevrildik. Amma bununla belə, yeni mediada təmsil olunur, dövrün tələbləri ilə ayaqlaşmağa çalışırıq. Yenə də bir araya gələndə “bizim dönəm” jurnalistikasının daha güclü, daha gözəl olduğunu etiraf edirik çoxumuz. Razısız mənimlə? 

“İşdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram”

- Birmənalı və heç bir tərəddüd etmədən razıyam. Çox vaxt “bizim nəsil” deyirəm öz uşaqlarımıza. Bizim nəsil çox çətinliklərdən keçdi, indiki gənclik istəsə belə, bizim yaşadıqlarımızı yaşaya bilməz. Daha aktiv həyat idi, öyrənməyə daha çox zaman, müzakirə etməyə daha çox mövzu vardı, zaman yetişdirdi bizim nəsli. Diqqət edirsinizsə, hazırda da medianın aparıcı qüvvəsi bizim nəsildir. Bizim nəsil çox doğmadır mənə: hansı qəzetdə, hansı saytda olmaları önəmli deyil, özümü onların yanında hiss edirəm, gücüm çatdıqca dəstək olmağa çalışıram və onlardan da dəstək görürəm. Əksəriyyəti ilə illərdir görüşə bilmirik, ancaq fərq etməz: oxuyuram onları, paylaşıram, hətta statuslarına qədər diqqət edirəm. Bu, təkcə təəssübkeşlik deyil, həm də onların uzun illərin təcrübəsindən doğan gərəkli fikirlərinin cəmiyyətə çatmasına dəstək olmaqdır, o ismarışları bölüşməkdir.

- Xəbər gün ərzində “maşın-maşın” gəlir saytlara az qala. Dəniz misalı, seç seçə bilirsənsə. Bəs bu çoxluq bir redaktor, bir oxucu olaraq sizi qane edirmi? Doyursuzmu? O xəbərlərin içində ölkəmizi görə bilirsizmi?

- Orta məktəbdə oxuyanda komissiya gəlmişdi sinfimizə, 7-8-ci sinifdə olardıq. Sinif yoldaşlarımızdan birini çağırdılar lövhəyə, xeyli sual-cavabdan sonra komissiya üzvlərindən biri xəritəni göstərib soruşdu ki, bax, bu Ob, Yenisey və s. çaylar niyə üzüyuxarı, Şimal Buzlu okeanına axır, axı çay enişə axmalıdır. Sinif yoldaşımız da qayıtdı ki, müəllim, dünya sizin düşündüyünüzdən daha böyükdür, ona görə. Baxmayaraq ki, bu söz müəllimə deyilməz, ancaq komissiya üzvü güldü və o uşağı alqışladı.

Ancaq indi düşünürəm ki, dünya biz düşündüyümüzdən daha kiçikdir. Əgər İraqda baş verən yeraltı təkanlar anında Bakıda hiss edilirsə, Avropadakı “soyuq hava kütləsi” bir-iki gün sonra Azərbaycanda özünü göstərirsə, Ərəbistanda həbslər qısa müddətdə neftin qiymətini qaldırırsa, başqa sözlə, birbaşa Azərbaycanın gəlir-çıxarına və iqtisadi siyasətinə təsir edirsə, hər xəbərin içində ölkəmiz var və yaxud hər xəbər dolayısı ilə bizə də aiddir. O ki qaldı çoxluq məsələsinə... Bəs ona görə saytdan ayrıla bilmirik: xəbər çoxdur, bizim dünyanın bir parçası olduğumuzu və ölkəmizə də dünyada baş verən proseslər çərçivəsində baxış müstəvisi təmin etmək üçün oxucuya onları vaxtaşırı çatdırmalıyıq.

- Mən hər dəfə sizin fotonuzu, yazınızı və ya sosial şəbəkədə profilinizi görəndə içimə bir kədər çökür. Xüsusən də profil fotonuzda bir-birinə sarılan iki qızınız və örtük fotosunda mərhum həyat yoldaşınız Elnarə xanımı görəndə... Azərbaycanda həyat yoldaşını itirən və iki qızına təkbaşına baxan kişi nümunəsi o qədər də çox deyil. Biz baxanda bu qədər sarsılırıq, bəs siz bu kədərin, bu yükün öhdəsindən necə gəlirsiz?

- Allah dərdi verəndə səbrini də göndərir, deyirlər. Yəqin ki, Allah kömək edir, yoxsa dözmək olmazdı...

- Doğrudanmı zaman və iş-güc hər şeyin dərmanıdır? Siz bu iki nəsnənin sayəsində itkilərinizi, kədərlərinizi xəfiflədə bilmisiz?

- Əgər sənin bir qolun, ya ayağın kəsilibsə, ilk günlər dəhşətə gəlirsən, ancaq zamanla qolsuz, ayaqsız yaşamağa alışırsan. Yəni zaman heç nəyi unutdurmur, heç nəyi qaytarmır və əvəz etmir, dərdi azaltmır, sadəcə, o ağrını daşımağa öyrəşirsən. İş-güc o ağrını unutmaq üçün deyil, onu unutmaq mümkün deyil, sadəcə, sanki əlil arabasıdır, o ağrı ilə yaşamaq vasitəsidir. Özünə qapılan kimi, düşünməyə fürsət olan kimi hər şey dəyişir. İş-güc o “güzgüyə” baxmağa mane olan əsas vasitədir. Həm də mənim söykənəcək yerim - iki dünya gözəlim var və bunlara görə Allahıma çox minnətdaram.

- Həyat sizə qarşı ədalətsiz davrandı... hissinə tez-tezmi qapılırsız? Yoxsa tale deyib, keçirsiz?

- Desəm ki, qəti elə düşünmürəm, yalan demiş olaram. Əlbəttə, günün müəyyən anlarında o hiss sarır adamı. “Niyə belə olmalı idi, mən bunu haqq etmirdim” sualına cavab tapacaq, bunları düşünməyəcək səviyyədə müdrik deyiləm. Ancaq üsyan etmirəm, Allahdan dözüm istəyirəm. Bu dünyada heç nə səbəbsiz olmur, hər şeyi nizamlayan var. O ayrı məsələ ki, biz o nizamı nə qədər dərk və ya hiss edirik. Təsəllim də az deyil - dostlarım var, məni anlayan kiçik çevrəm, ən ağır günlərimdə yanımda olan həmkarlarım var. Allah məni kimsəsiz də qoymayıb axı - şükürlər olsun, iki gözəl qızım, doğmalarım... Doğrudur, mənim öz dünyam artıq yoxdur, ancaq elə onlar mənim dünyamdır, o fidanlar öz dünyalarını, hələ ki, mənsiz təsəvvür etmirlər. Yəni sığındığım dünyam onlardır. Necə deyərlər, intihar üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur. Və əlbəttə ki, tale... Orta əsrlərdə “qədərilər” deyə bir təriqət məşhur idi. Hərdən düşünürəm ki, 25 il öncə onlar haqda məlumatı da təsadüfən öyrənməmişəm, yəqin. Tale 20 sentyabra hazırlayırmış məni.

- Nə gözləyirsiz gələn günlərdən, saatlardan... Çox şablon çıxmasın, amma... Ən böyük arzunuz nədir?

- Qızlarım ağıllı, təhsilli, xoşbəxt olsun, ata-analarının taleyini yaşamasınlar və Elnarə xanımın yanına üzüağ gedim... Ən böyük arzum budur.(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Deputatdan Qarabağ çağırışı

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Karqo Şamil”in obyektlərində əməliyyat - Saxlananlar var

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru