Bu gün ən məşhur azərbaycanlılardan birinin doğum günüdür
Əgər yaşasaydı, əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun kapitanının, Azərbaycan parlamentarizmi tarixində ən gənc deputatın və nəhayət, istedadlı və görkəmli insanın – Anar Məmmədxanovun 46 yaşı tamam olacaqdı.
Amma vaxtsız və amansız ölüm bu qeyri-adi azərbaycanlının həyatını yarıda kəsdi.
Biz hamımız - dostları, qohumları və pərəstişkarları özümüzü onsuz çox yalqız hiss edirik.
Allah rəhmət eləsin!
pia.az