Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədovun “Yeni Müsavat”la 4 min manat davası


Hakim nümayəndə olmadan qərar çıxardı; qəzetimiz kassasiya şikayəti verəcək


Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla “Yeni Müsavat” arasındakı məhkəmə çəkişməsi davam etdirilib. Bu dəfə “Yeni Müsavat” qəzetinin Nizami rayon Məhkəməsinin 20 iyun tarixli qərardadından şikayətinə baxılıb. Hakim Azad İmanovun sədrliyi ilə keçən prosesdə “Yeni Müsavat”ın nümayəndəsinin iştirakı olmadan şikayət müzakirə edilib və təmin edilməyib.

Qeyd edək ki, əvvəlcədən “Yeni Müsavat”ın nümayəndəsi Vaqif Hüseyn üzrlü səbəbdən məhkəməyə gecikəcəyi ilə bağlı hakimə ərizə ilə müraciət edib. O, hakimdən xahiş edib ki, proses 1 günlüyə yaxud 1 saatlığa olsa belə, təxirə salınsın. Lakin vəkilin prosesə 10 dəqiqə gecikməsi, hakimin qanunsuz qərarına mane olmayıb. 11-12 dəqiqə çəkən məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. 

“Yeni Müsavat”ın prosesi müşahidə edən müxbiri olaraq, iştirak etdiyimiz məhkəmədə əvvəlcədən sifarişli qərar olacağını gözləyirdik. Hakim Azad İmanov tələsik qərar çıxarmaq üçün əlindən gələni etdi.  Nümayəndəmizin yolda olduğunu və prosesə yetişəcəyini hakimin nəzərinə çatdırsaq da, o, məhkəməni dərhal başladı.  Şikayəti belə oxumadı. Tələbkarın nümayəndəsinin çıxışı da çox qısa çəkdi. Cəmi 10 dəqiqə davam edən prosesdən sonra hakim qərar vermək üçün müşavirə otağına yollandığını elan etdi. 1 dəqiqə keçməmiş müşavirə otağından qayıdan Azad İmanov  “Yeni Müsavat”ın şikayətinin təmin edilmədiyini bildirdi. 

Hüquqşünas Vaqif Hüseyn: “Məhkəmələrin milyarderlərin əlində oyuncaq olduğunu görmək Azərbaycan vətəndaşı kimi ürəyimizi ağrıdır”

Qəzetin hüquqşünası Vaqif Hüseyn məhkəmə qərarının qanunsuz və əsassız   olduğunu  bildirib:  “Mən 3 gün əvvəl məhkəməyə yazılı şəkildə müraciət edərək xahiş etmişdim ki, şəxsi vacib işimlə bağlı  iclası  təxirə  salsın. Habelə iclasa sədrlik edəcək hakim Azad İmanovla şəxsən telefonla əlaqə saxlayıb  xahiş etdim ki, iclas heç olmasa bir saatlığa təxirə salınsın ki, mən yetişə bilim. Hakim demişdi ki, problem yoxdur. İclas saat 12- 30 -a təyin edilmişdi.  Mən  12. 45- də iclas zalının qabağında olmuşam.  İclas zalı bağlı idi. Məlum oldu ki, artıq iclas qurtarıb,  müşavirə olub və qərardad da  elan edilib. Hətta əks tərəfin nümayəndəsi  Nihad Axundov  hələ də iclas zalının qarşısında idi.  Məhkəmənin şikayətçi tərəfin rəsmi müraciətinə baxmadan belə  tələm-tələsik qərar verməsi bir çox mətləblərdən xəbər verir. Biz bundan sonra Ali Məhkəməyə  kassasiya şikayəti ilə müraciət edəcəyik və hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik.  
İşin mahiyyətinə gəldikdə isə bu günkü məhkəmə iclası üçün hazırladığım çıxış mətnini əlavə edirəm ki, Azərbaycanda məhkəmələrin qanunla yox, necə qanunun ziddinə işlədiklərinə şahid olsunlar.  Məhkəmələrin bəzi milyarderlərin əlində oyuncaq olduğunu görmək Azərbaycan vətəndaşı kimi ürəyimizi ağrıdır. Bircə məqamı əvvəlcədən deyim ki, bizimlə çəkişmə aparan Anar Məmmədov  istəmişdi, məhkəmə bizim mənafeyimizə uyğun qərar çıxarmışdı. Sonra Anar Məmmədov 5 ay sonra fikrini dəyişdi  və yenə eyni hakim İmran Burcayev   onun müraciətindən bir gün belə keçməmiş  heç bir yeni hal olmadan,  hətta tərəfləri məlumatlandırmadan  özü – öz qərarını ləğv etdi. Hazırladığım çıxış mətnini də ona görə dərc edirik  ki, məhkəmədə iştirakımızın işin ədalətli həlli üçün necə önəmli olduğunu və məhkəmələrin milyarderlərin əlində oyuncaq olduğunu hamı görsün. Hər kəs əmin olsun. ” 

Cavanşir ABBASLI
P.S. Hüquqşünasımız Vaqif Hüseynin hazırladığı məhkəmə çıxışının mətni musavat.com saytında ayrıca dərc olunacaq.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar