Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədovun təşkilatı Amerika ermənilərindən qorxur


Azər Ayxan: “Öz ölkəsinin mətbuatı ilə düşmənçilik edir, amma erməni lobbisinə tutarlı cavab verə bilmir”


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verdiyi günlərdə ABŞ erməniləri Konqresə antiAzərbaycan çağırışı etdilər. 

İlk baxışdan bu iki məsələnin bir-birinə aidiyyatı olmadığı deyilə bilər. Amma bir qədər məsələyə dərindən yanaşdıqda xeyli paralellər, üst-üstə düşən məqamlar tapmaq mümkündür. 

Mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxanla söhbət etdik. O məsələni özünəməxsus formada şərh etdi: “Anar Məmmədov Azərbaycan-Amerika Alyansının rəhbəridir. Nazir oğlu vaxtaşırı dünyanın əsas demokratiya mərkəzlərindən sayılan Vaşinqtonda amerikalı senatorlara, konqresmenlərə, qəzetçilərə, lobbi və PR şirkətlərinin nümayəndələrinə, diplomatlara qonaqlıqlar verir. 

A.Məmmədovun bu qonaqlıqlardan çəkilmiş şəkilləri ABŞAzərbaycan mediasında yayılıb. Mətbuatla, söz azadlığı ilə, jurnalistlərlə düşmənçilik edən, qəzetləri tez-tez məhkəməyə verib onları fantastik məbləğdə cərimələtməyə çalışan bir nazir oğlunun ABŞ-da belə isti qarşılanması, konqresmen və senatorların bu gənc iş adamının mənbəyi məlum olmayan vəsaitləri hesabına qurulan məclislərində iştirak etmələri, tost demələri, onunla şəkil çəkdirmələri də bir ayrı tənqid olunası məqamdır. 




“Müstəqil mətbuatı susdurmaq istəyən, ən tirajlı qəzetin baş redaktorunun həbsinə çalışan bir nazir oğlunun Vaşinqtonda dolma qonaqlığı verməsi olduqca məntiqsizdir” 

Məmmədovların adları reportyor döydürməkdən tutmuş korrupsiya əməllərinə qədər bir çox bəd işlərdə hallanır. Belə biri ilə ABŞ nümayəndələrinin ilişkisi ilk öncə Amerikanın imici üçün öldürücü effektə malikdir. İki gün öncə ABŞ-ın Bakıdakı səfirliyində bir neçə baş redaktorun iştirakı ilə keçirilən görüşdə də biz bu məsələni qaldırdıq. Onlara dedik ki, hazırda Anar Məmmədov “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunu üç maddə ilə xüsusi ittiham qaydasında məhkəməyə verib. Belə biri ilə Amerika siyasətçilərinin münasibət saxlaması, onun təşkil etdiyi qonaqlıqlarda iştirak etməsi, şəkil çəkdirmələri demokratiyanın beşiyi adlandırılan ABŞ üçün ciddi xətadır. Öz ölkəsində müstəqil mətbuatla, müstəqil jurnalistlərlə düşmənçilik edən, Azərbaycanın ən tirajlı qəzetinin və saytının baş redaktorunu məhkəmənin əli ilə həbs etdirməyə çalışan bir ərköyün nazir oğluna Vaşinqtonda qucaq açmaq bizim üçün anlaşılmazdır”.  




“Məmmədovların adları reportyor döydürməkdən tutmuş korrupsiya əməllərinə qədər bir çox bəd işlərdə hallanır. Belə biri ilə ABŞ nümayəndələrinin ilişkisi ilk öncə Amerikanın imici üçün öldürücü effektə malikdir”

A.Ayxan dedi ki, A.Məmmədovun yaxın ətrafı tez-tez deyir ki, o, Amerikada ölkəmiz üçün böyük işlər görür, lobbi fəaliyyəti ilə məşğul olur, Azərbaycan həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırır: “Amma Anar Məmmədovun bu istiqamətdəki fəaliyyətinin həddən artıq şişirdildiyi göz önündədir. Bu günlərdə ABŞ erməniləri Konqresə antiAzərbaycan çağırışı etdikdə niyə A.Məmmədovun, onun rəhbəri olduğu Azərbaycan-Amerika Alyansının fəaliyyəti görünmədi? Niyə bəyanat yoxdur ortada?! Hanı xərclənən o milyonlar?! Anar Məmmədov həmin təşkilatı Amerikada dolma qonaqlığı vermək üçünmü yaradıb? Ermənilərə cavab verə bilmirlərsə, onların çağırışlarına reaksiya bildirmirlərsə onda Məmmədovlar klanının üzvləri və onların ətrafındakılar niyə hamıya minnət qoyurlar ki, Anar müəllim Amerikada Azərbaycan üçün böyük işlər görür?!”

A.Ayxan Azərbaycanın mətbuat nümayəndələrini nazir oğlunun ABŞ-dakı fəaliyyətini araşdırmağa çağırıb: “Anar Məmmədov öz ölkəsinin mətbuatı ilə, jurnalistləri ilə düşmənçilik edir, amma əlində o boyda imkan ola-ola erməni lobbisinə bircə bəyanatla cavab verə bilmir. Ona görə də mən təklif edirəm ki, onun ABŞ-dakı fəaliyyəti ciddi şəkildə araşdırılsın, təftiş edilsin. O zaman məlum olacaq ki, Ziya Məmmədovun oğlu həm ölkəmizin ictimaiyyətini, həm də dövlət rəhbərliyini aldatmaqla məşğul olur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar