Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədli kimdir?


Seçki eksperti Anar Məmmədlinin həbsi Britaniyanın xarici işlər naziri Uilyam Heyg və başqa dövlət rəsmilərinin Azərbaycana səfəri ərəfəsinə təsadüf edir


Azərbaycanlı və beynəlxalq ictimai fəallar Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heygin Bakıdakı görüşləri zamanı insan haqları məsələsini qaldırması üçün sosial media kampaniyasına başlamışdılar.

Dekabrın 17-də Bakıya gələcək Heyg “Şahdəniz” layihəsinin ikinci mərhələsinin son investisiya qərarının qəbul olunması mərasimində iştirak etməlidir. Həmin gün onun prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.

SMDT-nin üzvləri indiyədək Azərbaycan Respublikasında keçirilən 12 seçkini (əlavə və təkrar parlament seçkiləri, referendum, parlament, prezident və bələdiyyə seçkilərini) müşahidə ediblər. Bu seçkilər dövründə 10000 nəfərdən artıq könüllü müşahidəçiyə 600-ə yaxın təlim keçirilib və onların seçki komissiyalarında akkreditə olunmaları üçün hüquqi-texniki yardım göstərilib.
Beynəlxalq müşahidəçilik:
 
SMDT ATƏT-ə üzv 17 ölkədən 22 QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. İndiyədək SMDT-nin 360 nəfərdən artıq üzvü ENEMO-nun təşkilatçılığı ilə Beynəlxalq Seçki Müşahidə Missiyalarında iştirak edib. SMDT üzvləri ENEMO və ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Kosovo, Moldova və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər.
Qeyd edək ki, oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.
 
Baş Prokurorluq Mərkəzin fəaliyyətində pozuntular aşkar etdiyini bildirir.

Təşkilatsa bildirir ki, onlar hər zaman hesabtlı və şəffaf işləyiblər. 

Təşkilatın donorları arasında Frifrix Ebert Fondu, ATƏT-in Bakı Ofisi, German Marşal Fondu (ABŞ), Demokratiyanı Milli Himayə Fondu (ABŞ), Milli Demokratiya Institutu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Kanada və Britaniya hökumətləri var. 

"ANAR MƏMMƏDLİNİN HƏBSİ DÜNYAYA MEYDAN OXUMAQDI"

Hüquqşünas İntiqam Əliyev deyir ki, Anar Məmmədli seçkilərdə obyektiv mövqe tutduğuna görə həbs edilib: "2008-ci ildə uzun dava- dalaşdan sonra Anar Məmmədlinin təşkilatını qeydiyyata almışdılar və prezident seçkiləri ərəfəsində təşkilatın qeydiyyatı ləğv edildi. Elə o zaman Anar Məmmədliyə xəbərdarlıq edilmişdi. 2013-cü ildə prezident seçkiləriylə bağlı dünyaya SMDT-nin yayılmış olduğu hesabatı hakimiyyətin səbr kasasını doldurdu. İnsanları həbslə qorxutmaq istəyirlər. Amma bu mümkün deyil".
 
Hüquqşünasın fikrincə Britaniyanın xarici işlər naziri William Hague-nin Azərbaycana səfəri ərəfəsində Anar Məmmədlini həbs etmək hakimiyyətin isterika içərisində olduğunun göstəricisidir:
 
«Yerli və beynəlxalq arenada nüfuzlu təşkilatın sədrini həbs etmək dünyaya meydan oxumaqdı. Amma əslində bu həbsin arxasında hakimiyyətin qorxusu dayanıb. Bundan əlavə hökumət çox ciddi iqtisadi böhranlarla üzləşib. Hakimiyyətin ölkədə nüfuzu çox düşüb. Azərbaycanın beynəlxalq arenada imici çox aşağı düşüb. Hakimiyyət özünü çox narahat hiss edir. Anar Məmmədlinin həbsi də bu narahatçılığın göstəricisidir».
 
ANAR MƏMMƏDLİ KİMDİR?

Anar Məmmədli 1995-2002-ci illərdə Azərbaycan Dillər Universitetində german dillərinin filologiyasi üzrə bakalavr və magistr təhsili alıb.

2001-2008-ci illərdə Seçki Monitorinq Mərkəzinin İcraçı katibi və direktoru olub. 2008-ci ildə isə SMM-in qeydiyyatı məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi olub. Hazırda həmin qurumun sədridir.

A.Məmmədli indiyədək ölkədə keçirilən 12 seçkinin monitorinqi, həmin seçkilər dövründə seçici fəallığı və seçicilərin məlumatlandırlması yönündə proqram və tədbirlərin, habelə material və hesabatların yazılımasında iştirak edib.  (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar