Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anamın oğruları

Aysel Əlizadə yazır...


Biz də deyirik, bizə də deyirlər.

Nəsə bir itkimiz, zərbəmiz olanda, günah özündədi deyirlər.

Kimsə bizi incidibsə, günah özümüzdədi?

Onda niyə evi soyulanı yox, oğrunu tuturlar?

Niyə canini tuturlar?

O zaman cinayət edənlər suçsuzdu. Suçlu qarşı tərəfdi. Günah özündədi.

Niyə onu öldürüblər? Niyə evini yarıblar?

Mən insanlara inanıram, kimsə bundan istifadə edir, günahkaram?

Kiməsə nədəsə güvənmisən, səni aldadıb. Günahkarsan?

Anamın çantasından həmişə pulqabısını çıxarardılar.

Ağlım kəsəndən belə görmüşəm. 

Çantasından telefonunu çıxarıblar, pulunu götürüblər.

Anama dərs olmurdu. Elə hey çantasının ağzını açıq qoyurdu.

O, möcüzədi. Ətrafda baş verənlərin ona dəxli yoxdu.

Ona facebook səhifəsi açmışdım. Yarım ildən sonra girib rəfiqəsinin ona ad günü təbriki yazdığını gördü. Belə də olmalıymış kimi altı aydan sonra təşəkkür yazdı. Anam bir dəfə illər öncə bir iş üçün qohumdan borc almışdı. Yolda oğrulara “vermişdi” o pulu. Çantasını açıq qoyub onlar da çıxarıblar. Evə gəlib ağlamışdı.

Anama baxıb niyə hər dəfə pulunu itirib, sonra ağladığını düşünürdüm. Ondansa pulunu dərin yerə qoysun, çantasının da ağzını bağlasın. Oğru yarım saat çanta eşələməz axı. Pul üzdə olur, oğru da götürür. Bu, illərlə davam etdi. Çox şükür, günlərin bir günü anamın çantasını da pulqabı qarışıq oğurladılar. Nə yaxşı içində telefonu da vardı. Xeyli dincəldik ailəlikcə. 

Təsəvvür edirsiz? Burnunun dibindən çantasını götürüblər. Ondan sonra anamın pul itirdiyi yadıma gəlmir. Oğrularmı yoxa çıxıb, anammı diqqətli olub, onu bilmirəm. Bəlkə də hökumət yaxşı işləyir. Oğruları tutub. Yoxsa, mən artıq anamın o oğrularla əlbir olmasından şübhələnirdim. İnsan niyə hər dəfə pul itirsin? 

Bir hadisə insanın başına tez-tez gəlirsə, toparlanmağa borcludu.

“İnsan dəfələrlə fərqli ilişkiyə girib, eyni cür ayrılırsa, problem özündədi. Çünki münasibət qurduğu adamlar ayrı-ayrı adamlardı. Nəticə eyni olursa, düşünsün”

Dediyim odu ki, situasiyalar fərqli olur. İnsan dəfələrlə eyni səhvi edirsə, suç ortağıdı. Dəfələrlə aldanırsa, aldanışda payı var. Həmişə bir problemə yaxalanırsa,  səbəbkardı.

O özündən sitat gətirənlər olur e: “mən bir şeirimdə deyirəm ki” - onların sözü olmasın, mən bir çıxışımda deyirəm ki, insan dəfələrlə fərqli ilişkiyə girib, eyni cür ayrılırsa, problem özündədi. Çünki münasibət qurduğu adamlar ayrı-ayrı adamlardı. Nəticə eyni olursa, düşünsün. Səhvlərimiz üzərində düşünməyimiz gərəkdi. Bir dəfə, üç dəfə, fərqli-fərqli situasiyalarda suçsuz ola bilərik. Dəfələrlə eyni situasiyada eyni nəticəni alırsansa, hadisələrə baxışını, reaksiyanı dəyişmək zorundasan. 

Bu yaxınlarda bir xanımla danışdıq. Həmişə ailəsi, uşağı olmasını arzulayıb. 38 yaşı var - üfüqdə heç nə görünmür; ana da olmayıb hələ. Bundan da dəhşətli dərəcədə üzgündü. Sevgililərdən həmişə eyni cür ayrılıb. Bütün münasibətlərin sonunda özünü gərəksiz hiss edib. Belə nəticəyə gəlib ki, özünə qiymət vermədiyi üçün bu cür olur. Dünyada nələr baş verir, bizim elədiyimiz söhbətlərə bax. Yapon kosmik aparatında Venera planetini izlərkən İR2 kamerası Veneranın bu günədək görünməyən şəklini çəkib. NASA səkkiz ekzoplanet tapıb. Atlantik okeanında ölü ərazilər aşkarlanıb. Zərərli maddələrin okeana tökülməsi nəticəsində oksigeni yeyən bakteriyalar əmələ gəlib. Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçəcək; yaxın deyəndə ki, Yerdən 4 milyon kilometr aralı. Narahat olmayın, NASA var, NATO, BMT - hər şeyi yoluna qoyacaqlar.

Qarşıdan orucluq gəlir. Görəsən oruc tutanda tüpürmək olar?

Öz aramızda sizə bir söz deyim? O xanımın günahı yoxdu. Saf adamdı deyə onu həmişə aldadırlar. Elə anam da daha güvənli cəmiyyətdə yaşayası adamdı. Son illər ölkəmiz çiçəkləndiyi üçün anam pul itirmir... (müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar