Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana qatili olan oğlan danışdı


Dünən Xırdalanda baş verən qətlin təfərrüatları bəlli olub


PİA.AZ vesti.az-a istinadən xəbər verir ki, qətl hadisəsi Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli yeni yaşayış binasının 11-ci mərtəbəsində baş verib.

Günün qurbanı olan 1971-ci il təvəllüdlü Qurbanova Fatimə Oruc qızı öz oğlu, Rusiya vətəndaşı Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə qətli törədəndən sonra dərhal polis idarəsinə gedərək təslim olub.

Məlumata görə, H.Nağızadə Sankt-Peterburq şəhərində yaşayır və Bakıya da təxminən bir ay öncə tətilə gəlibmiş.

H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb. Hümbət deyib ki, Qafqaz Universitetində oxuyan kiçik qardaşı onunla söhbətində anasından başqa kişilərlə oturub-durmasından şübhələndiyini deyib.

Lakin Hümbət Nağızadə müstəntiqlərin ona ünvanladığı “sizin və qardaşınızın bu şübhələri düz çıxdımı” sualına “yox” deyə cavab verib. O anasının günahsız olduğunu bildirib.

Buna baxmayaraq gənc oğlan anasına inanmayıb və onu boğaraq qətlə yetirib.

“Öldürülən qadının əri Elşən Nağzadə iki il bundan əvvəl vəfat edib. Fatimə Qurbanova yüngül əxlaqlı qadına oxşamayıb. Heç qonşuları da onun haqqında pis heç nə demirdilər. Deyirdilər ki, başıaşaağı qadındır. Amma sadəcə yalnız quru şübhə qətllə nəticələnib” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onu da bildirək ki, mərhumə F.Qurbanova üç uşaq anası olub. Onun ən kiçik uşağı qızdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar