Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana ölümlərinin səbəbi nədir?


Ginekoloq: “Bölgələrdə ana və körpə ölümlərinin artmasının səbəbi anaların özlərinə qarşı məsuliyyətsiz olmalarıdır”


Azərbaycan səhiyyəsi nə qədər inkişaf etsə də, hələ də dünyaya gəlməmiş körpələri ana qatilinə çevirən həkimlər  var. Oktyabrın 24-də  İsmayıllı rayon mərkəzi xəstəxanasında ana doğuş zamanı ölüb. Rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. 

Xəstəxananın baş həkiminin müavini Abdullətif Maqsudov APA-ya bildirib ki, doğuşu həyata keçirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şuranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb.

 A. Maqsudovun sözlərinə görə, 31 yaşlı Afət Ağayevanın hamiləliyinin gedişi və doğuş normal keçib: “Qadının vəziyyəti doğuşdan 5 dəqiqə sonra qəflətən pisləşib, kəskin qanaxma olub və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.
 Ailə üzvlərinin APA-ya verdikləri məlumata görə, bu, mərhum Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhhətində heç bir narahatlıq olmayıb.
 Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Azərbaycanda bu birinci və ya sonuncu fakt deyil. Azərbaycanda ana və uşaq  ölümləri haqqında vaxtaşırı xəbərlər alırıq. Bəs bu halların əsas səbəbkarı kimdir? Həkimlər, yoxsa analar? 

Bu suala verilən cavablar birmənalı deyil. Həkim-ginekioloqlar problemin səbəbini hamilə qadınların diqqətsizliyində, analar isə həkimlərin qeyri-peşəkarlığında görürlər. 

 30 ilə yaxındır bu sahədə işləyən ginekoloq  Arzu Məhərrəmova deyir ki, ana və körpə ölümlərinə daha çox analar günahkardır: “Bölgələrdə doğuş zamanı ana ölümlərinin baş verməsinin əsas səbəbkarı analar özləridir. Mən həkimlərin günahsız olduğunu demək istəmirəm, bəzən onlar da səhv edirlər və bu araşdırma zamanı ortaya çıxır. Ancaq bölgələrdə qadınlar vaxtında gedib qeydiyyata durmurlar. Bu zaman anada mövcud olan xəstəliklər həkimlər tərəfindən vaxtında aşkarlana bilmir və doğuş zamanı həyati təhlükə yaradır. Məsələn, arterial təzyiq, şəkərli diabet və sairdən əziyyət çəkən  xəstələrə vaxtında diaqnoz qoyulur, doğuşun necə aparılacağı öncədən müəyyənləşir. Ancaq elə analar var ki, son anda doğuş şöbəsinə müraciət edirlər və həkim də çətin durumda qalır. Bilmir ki, ananı təbii doğuşla azad etsin, yoxsa qeysəriyyə əməliyyatı ilə”. 

Ginekoloq deyir ki, bölgələrdə ana və körpə ölümlərinin artmasının səbəbi anaların özlərinə qarşı məsuliyyətsiz olmalarıdır: “Şəhərdə isə analar vaxtında qeydiyyata dururlar və həkimlər öncədən doğuşun necə aparılmasını planlaşdırmış olurlar. Rayon yerlərində bəzən qadınlar evdə doğuşa üstünlük verirlər. Bu da savadsızlıqdan, maddi problemlərdən, psixoloji amillərdən evdə doğuş həyata keçirirlər. Evdə doğuş isə çox zaman bədbəxt hadisələrlə nəticələnir. 

Hamilə qadınlar hər hansı klinikada qeydiyyata durarkən onlarda hamiləliyin necə getməsi izlənilir, qadının nədən əziyyət çəkdiyi və onda hansı xəstəliklərin olduğu həkim tərəfindən nəzər altında saxlanılır.  
Mən 30 ilə yaxındır ki, bu sahədə işləyirəm. Bizdə hamilə qadınlar özlərinə qarşı çox diqqətsizdirlər. Hamilə qadının ailəsi və ətrafı  da ona qarşı diqqətli olmalıdır. Anada başgicəllənməsi olarsa, hər hansı travma alarsa, hər hansı fizioloji problem baş verərsə, bunlar hamısı hamiləliyə təsir göstərir. Birinci növbədə hər şey qadından başlayır, o, özündə baş verən dəyişiklikləri izləməlidir və bununla bağlı həkimə məlumat verməlidir”. 
Arzu Məhərrəmova deyir ki, ana və uşaq ölümlərində həkimlərin də günahı istisna deyil: “Əgər həkim ananın keçirdiyi xəstəlikləri, anemiyaları, şəkərli diabet, uşaqlıqdakı çapıq və digər problemləri nəzərə almalıdır. Məsələn, əgər ana birinci uşağı qeysəriyyə əməliyyatı dünyaya gətiribsə, həkim onu ikinci uşaqda təbii doğuşa götürübsə, bu zaman uşaqlığın yırtılması və qanaxma baş verə bilər. Bu da ananın həyatı üçün çox böyük təhlükədir. Doğuş zamanı həkimin taktikasının da böyük əhəmiyyəti var. Əgər qeysəriyyə əməliyyatı ilə olmalı doğuşu həkim təbii yolla həyata keçirirsə, bu zaman ananın həyatına təhlükə yaranarsa günahkar həkimdir. Hamilə qadınlara məsləhət görərdik ki, doğuşa getməmişdən öncə, həkimlə psixoloji söhbət aparmalıdır. Uşağın çəkisi nə qədərdir, necə doğuş keçirilsə daha yaxşı olar”. 

Azərbaycanda analar üçün uşaq dünyaya gətirməyin nə  qədər çətin olduğunu isə yalnız ana olanlar bilir. Maddi imkanı zəif olduğundan özəl xəstəxanalara müraciət edə bilməyən analar, bəzən dövlət xəstəxanalarında da laqeyd münasibətlə üzləşirlər. 2012-ci il sentyabrın 3-də Gəncə şəhərində övladını dünyaya gətirən Səbinə Qarayeva (ad şərtidir) başına gələnləri “Yeni Müsavat”a danışdı: “Birinci uşağımın doğuşunda gecikmə baş vermişdi, 10-cu ayına keçmişdi. Getdiyim xəstəxanada həkimlər doğuşu öz növbələrinə salmaq üçün ağıla gələn hər şeyi edirdilər. Mənə də doğuşu tezləşdirmək üçün iynə vurdular. İynənin  təsiri ilə uşaq gəldi, ancaq doğuş baş tutmadı. Həkimlər nə edəcəklərini bilmirdilər. 6 saat yarım doğuş əməliyyatı keçirildi. Bu prosesdə mən huşumu itirdim. Həkimlər məni ayıltmaq üçün o qədər döymüşdülər ki, bütün bədənim göyərmişdi. Uşaq doğuldu, ancaq başından yaralanmışdı. 
İkinci uşağımda daha dəhşətli oldu, doğuş sancılarım tutanda təcili yardım vasitəsi ilə qeydiyyatda olduğum Gəncə şəhəri Dəmir Yol xəstəxanasına getdim. Uzun sürən gözləmələrdən sonra həkim gəlib müayinədən keçirdi. Lakin üz-gözünü turşudaraq otaqdan çıxdı. Bir neçə dəqiqə gözlədikdən sonra gördüm ki, heç kim mənimlə maraqlanmır. Həkimlər anama bildirdilər ki, qızınızda doğuş sancısı deyil. Ya evə aparın, ya da ki, başqa xəstəxanaya. Səbəbini isə bildirdilər ki, ola bilsin uşaq çətinliklə dünyaya gəlsin. Üstəlik anama demişdilər ki, deyəsən uşaq artıq ölüb, çünki nəfəs almır. Anam məni çətinliklə taksiyə oturdub evə aparmaq istəyirdi. Mənim vəziyyətim pis idi. Anamdan xahiş etdim ki, onların sözlərinə inanmasın məni təcil başqa xəstəxanaya apardın. Güc-bəla ilə taksiyə əyləşib Abbas Səhhət adına xəstəxanaya getdik. Növbədə olan həkim məni müayinədən keçirən kimi bildirdi ki, təcili doğuş palatasına yerləşdirilsin. Çünki, uşaq artıq dünyaya gəlirdi. Bir neçə dəqiqədən sonra oğlum dünyaya gəldi. Əgər anam onların dediyinə əməl edib məni evə aparsaydı körpəmin və  mənim vəziyyətim necə olardı??? O vəziyyətdə xəstəxanaya getmişdim, bir neçə dəqiqə sonra doğuş baş verməli idi, həkimlər isə məni evə göndərdirlər?  Bir neçə dəqiqə geciksəydik yolda həm mən, həm də körpəm ölə bilərdik”. 

Digər bir müsahibim Vəfa Əliyeva (ad şərtidir) da doğuş zamanı xəstəxanalarda başına gələn dəhşətlərdən danışır: “İlk uşağımı 7 saylı doğum evində həkimlərin səhvi ucbatından itirdim. Bu bir neçə il əvvəl baş verib. İmkanımız zəif olduğundan pul verməmiş, məni heç bir xəstəxanaya götürmədilər. Xəstəxanada saatlarla ayaq üstə qaldım. Artıq doğuş başlamışdı, həkimlər isə mənə yaxın durmurdu. Mən aparıb bir otaqda atdılar, heç kim yanıma yaxınlaşmırdı. Uşaq çətinliklə doğuldu. Həmin gün küveysə qoydular, ancaq heç bir müdaxilə etmədilər. İkinci gün mənə xəbərdarlıq etmədən uşağı küveysdən çıxartdılar. Bir neçə saat sonra öldü. Halbuki, vaxtaşırı müayinələrdən keçmişdim, özüm də, uşaq da çox sağlam idi. Həkimlərin laqeydliyi ucbatında körpəmi itirdim”. 
Həkimlərin və anaların dediyi faktlar bir-birini təkzib etsə də, əslində eyni problemin müxtəlif səbəbləridir. Günahkarın kim olmasından asılı olmayaraq nəticə dəyişmir. İtirdiklərimiz gənc analar və gələcəyimiz olan körpələrdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar