Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana olmağa hazırlaşan Oksana həyatını dəyişən gizli şəxsdən yazdı

"Yanında səni xoşbəxt edən insan varsa, hər şeyə dözmək və öhdəsindən gəlmək olar"


Bu sözləri ana olmağa hazırlaşan rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə paylaşıb.

Keçmiş həyat yoldaşı, reper Elşad Xosedən ayrıldıqdan sonra verdiyi müsahibələrdə həyatında heç kim olmadığını deyən aktrisa #love (sevgi) həştəqi qoyduğu bu paylaşımı ilə artıq tək olmadığını elan edib.

Qeyd edək ki, keçən ay rəqqasənin süni mayalanma yolu ilə hamilə qaldığı xəbəri yayılmışdı. Uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzən, instaqram hesabında da yeni fotolar paylaşmayan O.Rəsulova hamilə olması xəbərini təsdiq edib. Lakin o, süni mayalanma yolu ilə ana olacağı xəbərinin yalnış olduğunu söyləyib. Əldə etdiyimiz məlumata görə, rəqqasənin dünyaya gələcək övladının atası adını gizli saxladığı sevgilisidir.

Yeri gəlmişkən, reper Elşad Xose də bir neçə gün əvvəl istirahət məkanında bir xanımla səmimi söhbət edərkən görüntülənib. Daha sonra Elşad Xose həmin xanımla fotosunu paylaşaraq "Əl-ələ verib getdilər mikrorayon tikməyə" sözlərini qeyd edib.

Azərbaycan şou-biznesinin Leyli və Məcnunu adlandırılan Oksana və Elşad bununla da münasibətlərinin tamamilə bitdiyi mesajını veriblər.

Onu da xatırladaq ki, Oksana Rəsulova ilə Elşad Xose 2013-cü ildə ayrılıb, lakin onlar tez-tez barışmaları və küsmələri xəbələri ilə gündəmə gəlirdilər. Hətta Elşad Xose keçən il Oksananın dəvəti ilə "Mələyin öpüşü" filmində baş rola çəkilmişdi. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar