Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika və Rusiya Yaxın Şərqdə Türkiyəsiz iş görməyin mümkünsüzlüyünü etiraf edir


Sərdar Turqut (Vaşinqton)

Habertürk, 25.06.2018


Türkiyə diqqətini öz seçkilərinə cəmləşdirdiyi bir vaxtda ən yaxın gələcəkdə böyük ehtimal payı ilə xarici siyasətdə qarşımızda problem kimi dura biləcək hadisələr baş verir.

Amerika administrasiyası Türkiyənin yeni siyasi sisteminin hər şeydən qabaq Amerikaya münasibətdə Türkiyənin siyasəti baxımından nəyi bildirəcəyinə cəmləşdiyi bir dövrdə gözlənilir ki, Türkiyə də tez bir zamanda diqqətini iki önəmli məsələ üzrə cəmləşdirəcək. Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyədə, az qala, seçkilər bitən kimi Putin və Trampın Vyana sammitinin tezliklə keçirilməsinə hazırlığa başlayıb və bu niyyətlə Moskvadakı həmkarlarilə danışıqlar aparır.

Qeyd olunur ki, nəhayət, Suriyada konkret addımlar atmaq istəyən Tramp bu görüşü xüsusən istəyir. Bu görüşün lap tezliklə keçirilməsi istiqamətində Ağ Evlə yanaşı Konqres tərəfdən də yetərincə böyük təzyiq var. Konqres ABŞ Mənbicdə Türkiyə ilə birgə işə başlayandan sonra bilmək istəyir ki, Amerika administrasiyası Xalq Özünü Müdafiə Dəstələri (YPG) haqda uzunmüddətli perspektivdə nə düşünür. Və Konqres buna görə də administrasiyaya deyib: “Ən yaxın müddətdə bölgədəki strategiyanızı aydınlaşdırmasanız, sizə bunun üçün pul verməyəcəyik”.

Başqa sözlə, Tramp administrasiyası Putinlə görüşdən qabaq Suriyadakı planlarını açıqlamalıdır  – hər şeydən əvvəl kürdlər kontekstində.

Baş plan formalaşdırılır
 
Vaşinqtondakı şərhçilərin sözlərinə görə, bu, sıradakını bildirir: həm Putin, həm də Tramp ikitərəfli Vyana sammitinə Suriya üzrə özlərinin konkret planlarıyla gələcək. Və sammitdə iki liderin mövqeyi arasında uzlaşma tapmağa cəhd ediləcək.

Başqa sözlə, anladığınız kimi, ən yaxın aylarda Suriya üzrə Amerika və Rusiyanın anlaşacağı hansısa baş planın meydana çıxma ehtimalı böyükdür.

Vaşinqtondakı qaynaqlar deyirlər ki, bu, Türkiyədə seçkilərdən sonra xarici siyasət üzrə yeni sistemin qarşısında duran ilk böyük məsələ olacaq. Həm Rusiya, həm də ABŞ bölgənin gələcəyinin formalaşdırılması üçün Türkiyə ilə əməkdaşlığın gərəkdiyini etiraf edib. Amma hər iki fövqəldövlət habelə bilir ki, kürdlərə münasibətdə dəqiq mövqe tutmaq lazım gəlir.

İndi hər ikisi üçün ümumi problem bundan ibarətdir ki, kürdlər haqda qurulacaq plan elə formulə olunmalıdır ki, Türkiyə ilə qarşılıqlı fəaliyyətin gərəkdiyini təhdid etməsin.

Bu plan Boltonun indi hazırlıq apardığı Suriya üzrə sammitdə aydınlaşacaq və bu, böyük ehtimalla Türkiyənin yeni sistemi üçün xarici siyasətdə ilk ən b öyük problemi ifadə edəcək.

Cared Kuşnerin təmasları

Con Bolton bu sammitə hazırlıq apardığı bir vaxtda Trampın kürəkəni və Yaxın Şərq siyasətinə məsul Cared Kuşner Yaxın Şərqdə Fələstin-İsrail barışığının böyük planını təqdim etmək məqsədilə  İsraildə və bölgədə təmaslar həyata keçirir.

Amerika səfirliyinin Qüdsə köçürülməsinə ən kəskin qıcıq sərgiləyən ölkə kimi Türkiyənin bu yeni plana nə deyəcəyi haqda məsələ Amerika administrasiyasını narahat edir. Türkiyənin öz mövqeyini hansısa dərəcədə yumşaldıb-yumşaltmayacağı haqda Vaşinqtonda hələlik aydın təsəvvür yoxdur, amma aydındır ki, bu yöndə gözləntilər var.

Ayrıntıları hələlik məlum olmayan bu sülh planı böyük maraqların toqquşduğu Aralıq dənizi bölgəsində qüvvələr balansına da təsir edəcəyindən bu məsələ Türkiyə üçün xarici siyasətdə ikinci ən böyük problem olmaq iqtidarındadır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar