Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika və Çin agentləri arasında əlbəyaxa dava olub

Britaniya mətbuatından "The Guardian" yazır ki, ötən il prezident Donald Trampın Çinə səfəri zamanı Pekində ABŞ və Çinin xüsusi xidmət agentləri arasında əməlli-başlı əlbəyaxa dava-dalaş olub


ABŞ-ın Axios xəbər portalında dərc olunmuş məlumatda deyilir ki, ABŞ prezidentinin Çin səfərinin birinci günündə böyük qanqaraçılıq baş verib.

Davanın düşməsinə səbəb Amerika prezidentinin "nüvə topu" şərti adını qazanmış nüvə çantasının Mao Tze Dun zəmanəsindən qalma Böyük Xalq Zalına gətirilməsi olub. ABŞ prezidenti qara dəridən olan bu çantanı daim öz yanında gəzdirir. Ölkənin strateji raketlərinin düymələri bu çantanın içərisində kodlanıb.

Tramp Çin prezidenti Xi Jinping-lə məhz burada görüşürdü.

Bir neçə mənbəyə istinad edən Axios yazır ki, əvvəlcə Çin rəsmiləri nüvə çantasını daşıyan hərbi müşavirin qarşısını kəsiblər.

Bu vaxt Amerika rəsmilərindən biri qonşudakı otağa qaçaraq məsələni Prezident Administrasiyasının rəhbəri Con Kelli  bildirib. Kelli otaqdan çıxaraq ABŞ rəsmilərinə heç kimə məhəl qoymadan yollarına davam etməyi tapşırıb.

Bundan sonra əlbəyaxa başlanıb. Bir Çin agenti Kellini qamarlayıb, Kelli isə ona əllə danışmamaq xəbərdarlığı edib. Elə bu zaman Amerika xəfiyyələrindən biri Kelli ilə höcətləşən Çin rəsmisini yerə uzadıb.

Ara sakitləşdikdən sonra hər iki tərəfin rəsmiləri baş verənlərin elə oradaca qalması barədə razılığa gəliblər.

Bu xəbərin müəllifi Conatan Sven yazır: "Mənə deyiblər ki, dava-dalaş vaxtı bir dəfə də olsun, heç bir çinlinin əli nüvə çantasına toxunmayıb. Mənə bunu da deyiblər ki, sonradan Çin təhlükəsizliyinin başçısı amerikalılardan anlaşılmazlığa görə üzr istəyib".

ABŞ məxfi xidmətinin rəsmiləri əvvəlcə bu xəbərləri saxta adlandırıblar, lakin sonradan etiraf ediblər ki, "bir balaca dartışma" yaranıb.

"The Guardian" yazır ki, bu, Amerika prezidentinin Çinə səfəri zamanı yaşanmış ilk "anlaşılmazlıq" deyil. Belə ki, 2016-cı ilin sentyabrında Pekin hava limanında prezident Barack Obamanın təyyarəsinə trap verilməsi yaddan çıxıb. Obama Airforce 1-in çox az istifadə olunan arxa qapısından enməli olub.

Jurnalistlər amerikalılarla çinlilər arasında təyyarənin yanında baş vermiş mübahisənin şahidi olublar. Bu vaxt Çin agentlərindən biri əsəbi halda qışqırırmış: "Bura bizim vətənimzidir, bizim aeroportumuzdur".

Vaşinqtonda mənzillənmiş Çin eksperti Bill Bishop deyib ki, xəbər tamamilə inandırıcıdır və Pekinin özünü dünya səhnəsində getdikcə daha özünəgüvənli apardığını göstərir.

Amma ekspert bunu da əlavə edib ki, "itələşmək" təhlükəsizlik agentlərinin tez-tez yol verdikləri hərəkətdir.

O bildirib ki, görünür, ABŞ tərəfi bu hadisənin çox da açıb-ağarmasını istəməyib, çünki Tramp bu səfərə yüksək qiymət verirdi.

Meksikanın Çindəki keçmiş səfiri Jorge Guajardo isə xatırlayır ki, Çin təhlükəsizlik xidmətinin əməkdaşları xarici qonaqlarla belə dava-dalaşlara tez-tez düşür.

Çindən bu hadisəyə dair heç bir şərh alınmayıb.

"The Guardian" yazır ki, orada hamının başı Çin yeni ilinə qarışıb (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar