Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



ANALİZ

...

Amerika seçkidə Kremlə “sürprizlər” hazırlayır

Tarix 13.01.18, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Çoxşaxəli hücum taktikası ilə xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaq planı baş tutacaqmı...


Rusiyada martın 18-də prezident seçkisi keçiriləcək. 

Seçki yaxınlaşdıqca ABŞ-dan Rusiyaya, xüsusilə də Vladimir Putin iqtidarına basqı artır. Artıq ABŞ Rusiyaya qarşı bundan sonrakı sanksiyalar üçün dörd sfera müəyyən edib. Bu halda, Rusiya prezidenti Putin üçün ən təhlükəli zərbə rus oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlər ola bilər.

Bu barədə strateq.az ABŞ özəl kəşfiyyat-analiz şirkəti olan “Stratfor”un hazırladığı materiala istinadən bildirib.  Qeyd olunur ki,  hazırda ABŞ tərəfindən tətbiq edilən əsas sanksiyalar Rusiyanın Ukraynaya münasibətinə Donbasdakı münaqişədə iştirakına, MH17 sərnişin təyyarəsinin qəzaya uğramasına və Krımın ilhaqına görə tətbiq edilən sanksiyalardır. Bu tədbirlərə aşağıdakılar daxildir:

-Rusiyanın 6 ən böyük bankı, 4 dövlət neft kompaniyası və 4 müdafiə müəssisəsinə avrobondların buraxılışının məhdudlaşdırılması;

-Rusiyanın enerji sahəsinə yönəlik olan, ABŞ kompaniyalarına dərin sularda neft və qaz çıxarılması üçün mal və texnologiyanın verilməsini və ixracını qadağan edən sanksiyalar;

-İkili təyinatlı malların göndərilməsinə qadağa qoyulması;

-Yüzlərlə rus hüquqi və fiziki şəxsinə qarşı sanksiyaların (səfərlərin məhdudlaşdırılması və aktivlərin dondurulması) tətbiqi.

Hazırda qüvvədə olan sanksiyalar bəzi rus şirkətlərinə (“Sberbank” və neft nəhəngi “Rosneft” kimi) qərb investorları üçün istiqrazlar buraxmağa imkan vermir, ancaq onlar Rusiya hökumətinə veksellər (borc öhdəlikləri) buraxmağa mane olmur. Beləliklə, Kreml öz üzərinə suveren borc götürür və onu sanksiyalar altında olan şirkətlərə verir. 2017-ci ildə xarici investorların Rusiya dövlət borcuna investisiyası buraxılan istiqrazların ümumi həcminin (cəmi 25 mlrd. dollar) 5%-dən 30%-dək artdı. Ötən il inkişaf etməkdə olan bazarlarda rus dövlət istiqrazları qərb maliyyə şirkətləri arasında ən yaxşı olanlardan biri hesab edilirdi.

2018-ci ildə Rusiya hökuməti artıq çox zəifləmiş olan federal büdcəsini düzəltmək üçün əlavə olaraq 18 mlrd. dollar borc götürmək niyyətindədir. Rusiya iqtisadiyyatı resessiyadan (geriləmə) çıxır, lakin uzunmüddətli staqnasiya (durğunluq) dövrünə girir.

Bundan əlavə, Rusiya əhalisi və ölkənin çoxlu mühüm şirkət və bankları daha böyük çətinliklərlə qarşılaşır, iqtisadi sistemin sabitsizləşməməsi üçün Kremli öz üzərinə böyük maliyyə yükü götürməyə məcbur edir. Kreml, böyük ehtimalla, “üzdə” qala bilməsi üçün öz ehtiyat fondlarının əhəmiyyətli hissəsini sərf edəcək və beynəlxalq səviyyədə daha çox borc götürəcək. ABŞ-ın sanksiyaları Rusiyanı borcdan asılı hala gətirə bilər.

Məlumatda deyilir ki, sanksiyaların daha bir variantı prezident seçkisinə cəmi 1 ay qalmış ABŞ Maliyyə Nazirliyinin fevralda nəşr ediləcək ikinci hesabatının bir hissəsi olacaq. Bu hesabatda ən önəmli rus oliqarxları, onların gəlirləri, korrupsiya sübutları, onların xaricdəki biznes əlaqələri və aktivləri, həmçinin gəlir mənbələri təqdim ediləcək. Onların ailələri və yaxın çevrələri, eynən aktivləri kimi, sanksiyalara məruz qalacaq. Bundan əlavə, onların uşaqlarına xaricdə təhsil almaq qadağan edilə bilər.


Məhdudlaşdırıcı tədbirlərin bu variantının tətbiq sferası qüvvədə olan fərdi sanksiyalardan kəskin fərqlənir. Artıq sanksiyaya məruz qalmış oliqarxlar öz aktivlərini əsasən Rusiya daxilndə saxlayırlar və onlar da Rusiyanın xarici siyasətilə, konkret olaraq Ukraynadakı münaqişə ilə birbaşa bağlıdırlar. Bu siyahının Putinin şəxsi dostları olan oliqarxlar hesabına genişləndirilməsi, işin birbaşa Rusiya prezidenti Putinə hücuma yaxınlaşdığını göstərir.

Daha sonra qeyd olunur ki, əgər iri biznesmenlər məsuliyyət daşımadıqları Rusiya xarici siyasətinə görə ABŞ-ın hücumlarına məruz qalarlarsa, o halda onlar Putinə və onun administrasiyasına qarşı mübarizəyə qalxa bilərlər, bu da Rusiyanın elitar sistemini silkələyə bilər. Seçki dövründə belə bir vəziyyətin yaranması isə hakimiyyətə ciddi problemlər yarada bilər.


Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ sanksiyaları genişləndirməklə Rusiyada prezident seçkilərinin gərgin keçməsinə, seçkilərdə və seçkidən sonrakı dönəmdə Putin hakimiyyətinə qarşı elitanın da qatıldığı xalq etirazlarının baş qaldırmasına nail olmaq istəyir. Vaşinqton martda keçiriləcək seçkiləri Kremli sıxmaq üçün fürsət görür. Bu fürsətdən maksimum istifadə etməyə çalışacaqlar: 

“Rusiyadakı ictimai rəyin yönləndirilməsi, onun xüsusilə mənfi çalarla yönləndirilməsi ABŞ xarici siyasətinin qarşısında duran əsas işlərdən biri sayıla bilər. Sanksiyaların kəskinləşdirilməsi narazılıqları daha da artıracaq. Fevral ayında Rusiyaya qarşı sanksiyaların yeni və daha kəskin variantları tətbiq ediləcək. Seçkiyə az qalmış buna gedilməsi təsadüfi deyil. Vaşinqton strateqləri hesab edir ki, bunun nəticəsində ölkədə sosial gərginliyin artması, əhalinin maddi güzəranının aşağı düşməsi və bir sözlə proseslərin sosial etirazlar formasına keçməsi mümkündür. Düzdür, bunu şübhəsiz Kreml də bilir və anti-təbdirlər hazırlayır. Amma sanksiyalar tətbiq ediləndən sonra Rusiyanın iqtisadi, sosial vəziyyəti şübhəsiz ki, aşağıya doğru inkişaf edəcək. Belə vəziyyətdə isə əhalinin hakimiyyətin mövcud siyasətindən narazılıqlarının artacağı dəqiqdir. Xalq etirazları fonunda keçirilən seçkinin nəticələrini böyük ehtimalla ABŞ və müttəfiqləri tanımayacaq. Bunun elan edilməsi də kütlələrin, xüsusən də müxalifətin daha da hərəkətlənməsinə təkan verəcək. Odur ki, Rusiyadakı seçkilərdə beynəlxalq təşkilatlar tərəfindən əsas diqqət ona yönləndiriləcək ki, seçkilərin qeyri-şəffaf olduğu və beynəlxalq normalara uyğun olmadığı barədə rəy yaradılsın. Bununla da Rusiya hakimiyyətinə əlavə təzyiq mexanizmi əldə ediləcək. Bir sözlə, Qərb, xüsusən də ABŞ seçki ilində Rusiya hakimiyyətinə çoxşaxəli hücum taktikasını tətbiq edir və edəcək. Kremli qarşıda ABŞ-ın ”sürprizləri" gözləyir". (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru