Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika ekspertindən Suriya kürdlərini Türkiyəyə təslim etmək təklifi


“Qərb-Türkiyə münasibətlərinin bitməsi bizə böyük zərbə olacaq” – Təhlil


Gevorq Mirzəyan, RF hökuməti yanında Maliyyə Universiteti politologiya departamentinin dosenti

RİA Novosti, 18.03.2018

Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə Afrikadan qayıdaraq diqqətini Yaxın Şərq istiqamətinə cəmləyib. Martın 14-də Moskvada türk həmkarı Mövlud Çavuşoğluyla danışıqlar aparıb, martın 16-da isə Astanada İran xarici işlər idarəsinin başçısı Məhəməd Zərif Cavadla görüşüb. Əlbəttə, Suriyanı, habelə artıq dövlət başçıları səviyyəsində oxşar müzakirə hazırlayıblar. “Aprelin 4-də Türkiyədə Rusiya, Türkiyə və İran prezidentlərinin sammiti keçirləcək və BMT TŞ-nın bəyəndiyi və Astana prosesi tərəfindən fəal dəstəklənmiş tənzimləmə prinsiplərinin irəliləyişi üzrə yeni əlavə üsullar uzlaşdırılacaq”, – deyə Lavrov bildirib.

Zərif Astana prosesini “Suriyada savaşın deeskalasiyası üzrə yeganə uğurlu addım” adlandırıb (bununla da Cenevrəyə salam göndərib). Lakin iranlı həmkarına bütün sayğısıyla yanaşı Lavrovun bu danışıqlarda əsas vəzifəsi Suriya məsələsində ABŞ-Türkiyə-Rusiya üçbucağında münasibətləri düzgün qurmaq idi. Yəni elə etməliydi ki, bu fiqurun bütün tinləri Rusiya maraqlarına uyğun gəlsin.

ABŞ-Rusiya xətti üzrə Moskvanın vəzifəsi Ştatların Suriya münaqişəsinə daha fəal müdaxiləsinə yol verməməkdir. Vaşinqton Suriyada vətəndaş savaşının  maksimal şəkildə uzanmasında maraqlıdır, buna görə də, Lavrovun dediyi kimi, “Qərbdən bəzi həmkarların terrorçuların döyüş potensialını qorumaq cəhdi görünür”. Lakin indi durum daha da qəlizləşə bilər. Hər şeyə əsasən, amerikalılar Suriya ordusuna qarşı hərbi əməliyyat imkanını nəzərdən keçirirlər – məsələn, guya prezident Bəşər Əsədin kimyəvi silah işlətməsinə “cavab” kimi. Trampın milli güvənlik üzrə müşaviri, general Makmaster  bildirib: “Görünür, heç bir hökumət (Rusiyaya salam – RİA Novosti-nin qeydi) və ya beynəlxalq qurum (BMT TŞ-yə salam – RİA Novosti-nin qeydi) onu dayandırmağı bacarmır və ya istəmir. O, özbaşınalıqdan faydalanarq hakimiyyətə çatmayınca və qorunmasını təmin etməyincə və yaxud qarşısı alınmadıqca mülkilərə indiyədək cəzasızcasına hücumu davam etdirir”.

Rusiya tərəfdən əks-tədbirlər artıq görülüb (amerikalılara xəbərdarlıq olunub ki, Dəməşqə zərbə endiriləcəyi halda Rusiya qoşunları təkcə atəş vasitələrini deyil, həm də daşıyıcıları vuracaqlar). Diplomatik tədbir isə Astana danışıqlarında tərəflərin birliyinin nümayişi olmalıdır.  

Ekspertlər etiraf edirlər ki, ABŞ triumviratın ən zəif bəndi  Türkiyə ilə qarşılıqlı anlaşa əldə edəcəyi halda Amerikanın zərbə şansı kəskin şəkildə yüksələcək.

Bəli, bu gün Ankara və Vaşinqton arasındakı münasibətlər dərin böhrandadır. Birinci növbədə amerikalıların Türkiyənin düşmənlərini –Suriya kürdlərini bəslədiyinə və Suriyanın şimal və şərq ərazilərini onlar üçün möhkəmlətmək niyyətinə görə. “Hətta terrorçuları oradan qovanda bildiriblər ki, onlar – ABŞ və kürdlər – Suriyanın İraqla bütün sərhədlərini göz altına götürürlər və kürdlər hər şeydən əvvəl, onların dedikləri kimi, bu zonanın güvənliyini təmin edəcəklər, – Sergey Lavrov bildirib. – Vaşinqtonda bu bəyanatı verənlər Türkiyənin sakitcə oturub nələr baş verdiynə baxacağına araxalanırdılarsa, onların ümumiyyətlə Yaxın Şərqdə və xüsusən də Suriyada qüvvələr bölgüsünün necə olduğu haqda təsəvvürləri yoxdur”.

Əslində, amerikalılar da türkləri gərəyincə dəyərləndirməyiblər – onlar Afrində kürdlərə qarşı “Zeytun budağı” əməliyyatına başlayıblar və NATO üzrə müttəfiqlər hərbi əməliyyatlar həddində görünürlər. Hətta praktik olaraq Afrini tutan türklər dayanmaq niyyətində deyillər – onlar Suriya sərhədi boyunca bütün ərazini Amerikayönlü kürdlərdən təmizləməyə hazırlaşırlar.

Qərb ekspertləri bu durumda birbaşa  mətnlə amerikalılara kürdləri təslim etmək təklifi verirlər. ABŞ-ın Avropa komandanlığının başçsı, general Kyortis Skaparotti bəyan edib: “Rusiya Türkiyə və NATO üzrə müttəfiqlər arasındakı siyasi mübahisələrdən səmərə götürərək inam və birliyi  sarsıtmaq üçün bundan istifadə edir”.

Məşhur Amerika politoloqu Çarlz Kupçan isə Türkiyə və ABŞ münasibətlərinin normallaşması üzrə hətta yol xəritəsi təklif edib. Buna əsasən, Vaşinqton kürdlərin Mənbicdən çıxarılmasını təmin edir və bölgədə hakimiyyəti “yerli qruplara” qaytarır, türklər isə cavabında hərbi əməliyyatı dayandırırlar. ABŞ-ın bədbəxtliyindən bu planda zəif bir məqam var. Amerika hətta kürdləri təslim etsə də, türklər bunda dayanmayacaqlar. Ərdoğan amerikalıların Suriyadan total şəkildə qovulması uğrunda çıxış edir. “Suriyada 20 baza yaradılıb. Bunlar niyə yaradılıb? – o deyib. – Bunlar Türkiyə və ya İrana qarşı yönəlib. Yəqin ki, Rusiyaya qarşı deyil, çünki bu, üçüncü dünya savaşını ifadə edəcək”. Birləşmiş Ştatların üərkləndirdiyi çevriliş cəhdi (2016-nın yayı) Türkiyə prezidentinin yaddaşına möhkəm çöküb – o, amerikalılara inanmır və onlara müttəfiq kimi yanaşmır. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib: “Onların birinci növbədə bizə münasibətdə özlərini aparmağı və sayğı öyrənməyi gərəkdir”.

ABŞ-ın Ərdoğan Türkiyəsini “totalitar islam diktaturası” adlandıran yeni dövlət katibi Mayk Pompeo bu planda, çətin ki, münasib danışıqçı kimi nəzərdən keçirilsin.

Belə ki, Türkiyə-Amerika münasibətləri tənəzzülü sürdürür. Çarlz Kupçanın fikrincə, bu tənəzzül Türkiyə və Qərbin müttəfiqlik dövrünü başa çatdıracaq və “hər iki tərəfə ağır zərbə vuracaq”.

Lakin Rusiya “Türkiyəni Avrasiya layihəsinı daxil etmək illüziyasından uzaqdır”.

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakızın düz qeyd etdiyi kimi, “Rusiya-Türkiyə münasibətləri əsla səmimi deyil, işgüzardır”.

Sergey Lavrov qeyd edib: “Əbədi düşmən olmur. Sənin xəttini nəzərə alacaq və eyni zamanda tərəfdaşının maraqlarına toxunmayacaq xətti yürütmək bacarıqsızlığı var”.

Rusiya da Suriya istiqamətində Türkiyə ilə sırf praqmatik əsasda əməkdaşlıq etmək niyyətindədir.

Astana qarşısında bu əməkdaşlıqda problemlər meydana çıxıb. (Suriyanın bütün “mötədil” döyüşçülərini öz nəzarəti altına toplamağa çalışan) Ankara Şərqi Qutada Suriya-Rusiya-İran əməliyyatını kəskin tənqid edib, Suriya ordusunu dinc əhalini əhatəli bombardmanda ittiham edib və bu anklavda terrorçularla məsələni onun qaydasınca həll təklifini irəli sürüb. Ərdoğanın mətbuat katibi İbrahim Kalın bildirib: “İran rejimi və Rusiya “ən-Nusra”nın 300-dən minədək döyüşçüsünün Şərqi Qutada olması səbəbindən orada əməliyyat keçirir. Və bizim kəşfiyyat hazırda “Nusra”nı və başqa ünsürləri Şərqi Qutadan uzaqlaşdırmağa cəhd edir”.

Bəzi məlumatlara görə, Türkiyə Qutada barışıq layihəsini Astana danışıqlarının nəticələri üzrə yekun kommunikeyə daxil etməyə səy göstərib. Lakin Rusiya tərəfi Ankaranı iddiaları azaltmağa inandıra bilib. Türkiyəyə Afrin və Mənbicdə öz problemlərini həll etməyə imkan verilib, lakin (onsuz da tezliklə “mövzu” olmağı buraxacaq) Qutanı rahat buraxmaq tövsiyə olunub (ordu anklavın artıq 70%-i azad edib). Müsbət faktlar varsa, praqmatik Rusiya-Türkiyə münasibətlərini korlamaq nəyə lazım: mədəniyyət və turizm naziri Numan Kurtulmuş ümid edir ki, 2018-də altı milyon rusiyalı – keçən ilkindən 1,3 milyon nəfər çox –  Türkiyəyə səfər edəcək. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar