Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Rusiyanın Xəzərdəki obyektlərini vura bilərmi?


Qabil Hüseynli: “Kreml Birləşmiş Ştatlardan ehtiyatlanmağa başlayıb”


Rusiyanın Xəzər dənizində hərbi təlimlər keçirməsi son günlərin əsas müzakirə edilən məsələlərindən biridir. Əksəriyyət bunu Kremlin dünyaya güc nümayiş etdirməsi kimi qəbul edir. Şimal qonşumuzun təlimlərinin Qərb tərəfindən heç də susqunluqla qarşılanmayacağı bildirilir.

Rusiyanın sərhədlərində NATO-nun hərbi təlimlər keçirməsinə və ABŞ tanklarının onun sərhədlərinə yaxınlaşmasına cavab olaraq mübahisəli zona sayılan Xəzərdə hərbi təlimlər keçirdiyi ehtimal edilir. Bu cavabı isə ABŞ-ın cavabsız qoymayacağı söylənilir. Hətta Amerikanın Xəzərdəki bir sıra Rusiyaya məxsus obyektləri vura biləcəyi ilə bağlı da fikirlər var. İstənilən halda Xəzəryani ölkələrin bu təlimlərdən sonra təhlükə yaşaya biləcəyi proqnozlaşdırılır.

Azərbaycan acısından da həyəcan təbili çalınır. Ekspertlər proseslərin bu şəkildə davamının Rusiya-ABŞ müharibəsi ilə nəticələnə biləcəyini deyirlər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiya-ABŞ toqquşmasını hələ real görmür: “Ümumiyyətlə, Xəzərə Amerikanın daxil olması məsələsi hələ real deyil. Düzdür Rusiya həddini aşsa, Qərbə neft satan Azərbaycanın platformalarına xələl gətirən addımlar atsa, bölgədə digər qanunsuz hərəkətlərə yol versə, o zaman Kremlə qarşı hansısa tədbirlər görülə bilər. Amma indiki şəraitdə Rusiyanın hərbi təlimlər keçirməsi Amerikanı zərrə qədər əndişələndirmir. Çünki bu təlimlərdə elə də güclü döyüş vasitələri nümayiş etdirilmir, Amerikanın qorxacağı silah növləri yoxdur, sıradan bir təlimdir. Düşünürəm ki, Rusiyanın bu addımları həm Xəzərin statusunu müəyyən etməyə hesablanıb, həm də ətrafdakı dövlətləri öz ətrafına toplamağa xidmət edir. Amerikaya güc nümayiş etdirmək istəyirsə, o zaman Suriya Rusiya üçün daha geniş meydandır. ABŞ-ın Suriyadakı son əməliyyatına Rusiyanın yalnız təcili BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaqla cavab verməsi göstərir ki, Kreml Birləşmiş Ştatlardan ehtiyatlanmağa başlayıb, hərbi qarşıdurma variantı isə gündəmdə deyil”.

Картинки по запросу Sabiq dövlət müşaviri, politoloq <a href=Qabil Hüseynli">

Politoloq Rusiyanın təlimlərinin Azərbaycan üçün təhlükələrindən də söz açdı: “Qulağımızın dibində Rusiya hərbi gücünü göstərirsə, təbii ki təhlükələr var. Bu təlimlər həm də döyüşlərə hazırlıq məqsədi güdür. Rusiya Xəzəryani ölkələrin bəzilərini özünün həm potensial rəqibi, həm də düşməni görür. Ona görə də burada hərbi təlimləri həyata keçirir. Sözsüz ki, Rusiyanın hərbi gücü danılmazdır və bu baxımdan Xəzəryani ölkələrin hər birinə güc gələ bilər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar