Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alpinistlərin axtarışı bu gün davam edib


Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib


APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.
 
Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
 
Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.
 
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.
 
Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar