Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın “Arirang” ansamblı Gəncədə - Foto


Konsert Gəncədə Heydər Əliyev adına park-kompleksdə yerləşən amfiteatrda baş tutub


Almaniyanın “Arirang” ansamblı Gəncədə konsert proqramı ilə çıxış edib. Dörd min nəfərə yaxın tamaşaçı “Milli Musiqi Günü” nə həsr edilmiş konsert proqramını izləyib.

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin və “Aznur” MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunmuş konsertdə Almaniyanın “Arirang” nəfəsli alətlər kvinteti maraqlı proqramla çıxış edib.

Konsertdən əvvəl Azərbaycan dövlətinin ölkədə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Bu sahədə böyük uğurlar qazanıldığı diqqətə çatdırılıb. Konsertdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili Volfqanq Mössinqer də iştirak edib.

Qeyd edilib ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təbliğ olunur. Xüsusilə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları geniş əks-səda doğurur.

Konsertdə Sakura Kindznisin, Monika Şnayderin, Yörg Şnayderin, Stefen Dilnerin və Sebastian Şindlerin kimi çalğıçıların daxil olduqları nəfəsli alətlər kvintetinin ifasında maraqlı musiqi nömrələri səsləndirilib. Böyük anşlaqla keçən konsertin sonunda tamaşaçılar maraqlı ifa üçün Almaniyanın incəsənət ustalarına minnətdarlıqlarını bildiriblər.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar