Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada vəkilə dayanmadan pulsuz pizza göndərilir

Polis bu maraqlı əhvalatı araşdırır


Bir almaniyalı hüquqşünasın ofisinə 100-dən çox pizza gəlib. Pizzaların heç birini sifariş edən özü deyil. Artıq polis araşdırmalara başlayıb.

Almaniya mediasının verdiyi məlumata əsasən, iki həftə ərzində ona gələn pizzalardan sonra, Guido Groll indi də sifariş etmədiyi Currywurst (alman sosiskası) və suşilər alır. Ölkənin qərbində yerləşən Dortmund şəhərində yaşayan hüquqşünas deyir ki, qapısına gələn çoxsaylı pizza sifarişlərindən təngə gəlib. Sifarişləri edənin kimliyi müəyyənləşdiyi halda, həmin şəxs üç ilə qədər həbs oluna bilər. Kiminsə şəxsi məlumatlarındən sui-istifadə edərək sifarişlər vermək, Almaniya qanunlarına görə təcavüz hesab olunur.

Bir mülahizəyə əsasən, internet sifarişləri hansısa narazı müştəri tərəfindən gələ bilər. Cənab Grollun işlədiyi ünvanda başqa hüquqşünaslar da işləyir. Lakin fırıldaq və şantaj ehtimalı aşağıdır, çünki cənab Grolle sifariş etmədiyi pizzaların pulunu ödəmir və sifarişlər müxtəlif pizza şirkətləri üzərindən verilir. Cənab Groll, pizza sifarişlərinin sayına baxaraq kompüter xətası və ya hansısa zərərli kompüter kodu olması ehtimalını irəli sürüb.

“Bir səhər 27 dəqiqə ərzində 15 pizza gəlib”-, deyə o bildirib və əlavə edib ki, öz kompüterindəki yoxlanışda heç bir şey aşkarlanmayıb. Cənab Groll işdən qabaq duş qəbul edərkən artıq nahar vaxtı üçün pizza sifarişləri gəlməyə başladığını söyləyib: "İnsanın sinirlərinə toxunur, işləmək olmur," – o, “Ruhr Nachrichten” xəbər səhifəsinə deyib. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar