Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq


Virtualaz.org bu xəbəri yerli “Llokalo24” nəşrinə istinadən yaymışdı.

Alman nəşri qeyd etmişdi ki, fransız pasportu daşıyan adamın azərbaycanlı olduğu müəyyənləşdirilib. Hadisə vaxtı o, güclü sərxoşluq vəziyyətində olub. Şəxs 500 avro həcmində cəriməni ödədikdən sonra sərbəst buraxılmışdı.

Hadisənin təfərrüatlarını öyrənmək və partlayış törətməkləalman polisini hədələmiş “azərbaycanlı”nın kimliyi ilə bağlı daha müfəssəl məlumat almaq üçün saytımızın əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı DİN müəyyən araşdırma aparıb və həmin şəxsin kimliyi artıq tam müəyyən olunub.

“Qeyd olunan hadisəni törətmiş şəxs 3 sentyabr 1976-cı il tarixdə Azərbaycanda anadan olmuş, hazırda Fransada daimi yaşayan erməni milliyyətinə mənsub Sarkisyan Artur Rudolfoviçdir”, - Ehsan Zahidov deyib.

Göründüyü kimi, keçmiş “həmvətənlərimiz” fürsət düşdükcə özlərini azərbaycanlı kimi təqdim etməyi unutmurlar. Xüsusilə, söhbət bu cür nalayiq əməllərdən gedirsə. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi araşdırma ermənilərin Azərbaycana qarşı növbəti qara yaxma cəhdinin qarşısını almağa kömək edib və onların maskalarını çıxararaq, dünyaya kimin kim olduğunu göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar