Almaniyanın Saarbryuken şəhərində silahlı şəxs insanlara atəş açıb
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, insident nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Polislərin məlumatına əsasən, insident yerli vaxtla saat 14:30-da Fexingen rayonunda baş verib. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
pia.az