Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadədən Türkiyə ilə bağlı mesaj


“Türkiyəyə qarşı yönələn hər bir addım Azərbaycana qarşı atılan addımdır”


Modern.az-ın məlumatına görə, bunu bu gün Bakıda Heydər məscidində Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olanların ildönümü münasibətilə qılınan vəhdət namazı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini, bu dostluğu qısqananlar var:
 
"Ötən ilin 15 iyulunda Türkiyədə törədilən terror hamımızın acısıdır. Bəzi qüvvələr FETÖ-çuların əli ilə Türkiyədə terror törətdi, türkü türkə qarşı qoydu. 250 şəhid verən Türkiyə bu terrorun qarşısını aldı. Əgər bu cəhd baş tutsaydı, həmin hadisə Azərbaycanın da müstəqilliyinə xələl gətirəcəkdi. Biz terrorun nə olduğunu bilirik və acısını çəkmişik. Biz həmişə Türkiyənin yanındayıq və sona qədər də belə olacaq. Türkiyə bizə qardaş ölkədir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qardaşlıq bu gün də davam edir. Biz bir millət, iki dövlətik".
 
A.Paşazadə bildirib ki, bəzi qüvvələr bu cür terror törətməklə İslam dinini dünyaya terror dini kimi tanıtmaq istəyir: "Amma onların bu cəhdləri baş tutmayacaq. İslam həmrəylik, sülh, qardaşlıq dinidir".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar