Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə Rusiyaya gedir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfərə yola düşür


QMİ-nin Mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-PeterburqRusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil etdiyi "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda konfransda iştirak etməkdir.
 
Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq konfransda Azərbaycanın Milli Məclis üzvləri, AMEA-nın İnstitut rəhbərləri, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
 
Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafı üçün əhəmiyyət kəsb edən beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər, ənənəvi dini konfessiyaların başçıları - Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar