Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alkoqolizmin əsas səbəbi açıqlandı


Böyük Britaniyanın Ekseter universitetindən olan tədqiqat qrupu yüksək arterial təzyiq və yüksək miqdarda şəkər və alkoqol qəbuluna səbəb olan "FGF21" (allel) gen variantını aşkarlayıb


Tədqiqat haqqında məqalə "Cell Reports" jurnalında dərc olunub.

"FGF21" geni qaraciyərin ifraz etdiyi, insulinə yüksək dərəcədə həssaslığa cavab verən hormonu kodlaşdırır.  Yüksək hormon səviyyəsi qaraciyərin qeyri-alkoqol piy xəstəliyindən, həmçinin kökəlmədən əziyyət çəkən insanlarda müşahidə olunur.

"FGF21"in bəzi mutasiyaları fərqli xassələri olan allellərin meydana gəlməsinə gətirib çıxarır.

Alimlər "UK Biobank"ın uzun müddət ərzində apardığı tədqiqatda iştirak edən 500 min nəfərin məlumatlarını təhlil edib. Könüllülər DNT müayinəsi üçün qan, tüpürcək və sidik nümunələri verib. Onlar eyni zamanda müntəzəm olaraq qəbul etdikləri qidalarla bağlı anketi doldurub.

Alimlər insanların 45 faizində rast gəlinən və müvafiq hormonun aşağı aktivliyi ilə şərtlənən "FGF21" geninin allellini üzə çıxarıb.  Məlum olub ki, bu gen variyantın olması yüksək şəkər və alkoqol qəbulu və aşağı zülal və yağ səviyyəsi ilə əlaqədardır.

Sonuncu göstərici bilavasitə bel-omba nisbətindən (WHR) asılı olsa da, indiki halda bu asılılıq əks mütənasib olub; yəni yağların azalması bel-omba nisbətinin çoxalması ilə əlaqədar olub.

Gen variantının yüksək qan təzyiqi ilə qarşılıqlı əlaqəsi aşkarlansa da, bu asılılıq nikotin, alkoqol və duzun qəbulu azaldıldıqda belə aradan qalxmır. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar