Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlərə pul mükafatı veriləcək


AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülən alimlərin adları məlum olub


Akademiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilən növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Belə ki, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyev A3 B6 laylı kristalların fizikası və Non-Lineer xüsusiyyətlərinin lazerlərdə istifadəsi, həmçinin Lidar və tətbiqləri sahəsindəki elmi nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayev Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayev dərin mikozların törətdiyi xəstəliklərin müalicə və diaqnostikasındakı elmi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Vaqif Fərzəliyev yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.

Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar