Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər ölümdən sonra həyat olduğunu təsdiqlədilər


Təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb və...


“Ölümdən sonra həyat var”. Alman alimləri 4 il davam edən ciddi araşdırmalarından sonra bu qənaətə gəliblər. Belə ki, Berlin Texniki Universitetinin həkimlərindən ibarət mütəxəssislər qrupu bu günlərdə maraqlı açıqlama verib. Onlar kliniki müşahidələrlə sübut ediblər ki, ölümdən sonra həyat mövcuddur.

Araşdırmalarda çoxlu sayda könüllü şəxslər iştirak edib. Onlar tibbi müşahidə altında 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurub. Pasientlərin kliniki ölümü 20 dəqiqə çəkib.

Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.  944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.

Araşdırmanın maraqlı tərəfi ondan ibarətdir ki, bu təcrübədə müxtəlif dindən olan insanlar iştirak edib. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər.

“Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var” deyə Akkerman qeyd edib.

Qeyd edək ki, ölümdən sonrakı həyat haqqında bütün dini kitablarda məlumatlar var. İnanclara görə o biri dünya, ya da axirətə bağlı Bərzəx (Limbus), Cəhənnəm (Hell), Cənnət (Heaven-Paradise) kimi vəziyyətlərin yaşanması üçün ruhun bədənini tərk etmiş olması lazımdır. Bütün bunların ola bilməsi üçün ruhun insan bədənindən ayrılması bir məcburiyyətdir. Dini inanclara görə ölən şəxs bunları həm bədəni və həm də ruhuyla birlikdə yaşaya bilməz. Çünki ölmüş birinin bədəni hələ bu dünyada qalır və illər sonra belə bu şəxsin sümüklərinin olduğu məzarda uzun müddət çürümədən qaldığı və o biri aləmə getmədiyi bilindiyini üçün bütün bunları yalnızca şəxsin ruhunun yaşayacağına inanılır.

Alman alimlərindən öncə də Avstriya, ABŞ, İngiltərə alimləri bu barədə araşdırmalar aparıb, sonda ölümdən sonra insan şüurunun öz fəaliyyətini dayandırmadığını kəşf ediblər. Məsələn, uzun müddət Harvard Universitetində dərs keçən və əla neyrocərrah imici qazanan həkim Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axirətə inanmayıb, hətta Allahın olduğuna inananları ciddi qəbul etməyib. Lakin 2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Məhz o zaman Aleksandr bir həftə ölümlə həyat arasında olub, onun fikirlərə və emosiyalara cavab verən beyin qabığı fəaliyyətini dayandırıb. Tanınmış cərrahın sözlərinə görə, o özü isə axirət dünyasına, eləcə də cənnətə səyahət edib.

Həkim qeyd edir ki, bütovlükdə onun baş çəkdiyi mistik məkan kliniki ölüm və ya başqa sərhəd vəziyyətlərini yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı. Həkim bu qəribə dünyanın necə göründüyünü təsvir edə bilib. O danışır ki, səyahəti buxara çevrilərək buludlarda yüksəyə qalxmasından və tezliklə “səmada uçan, sayrışan və dalınca xəttə oxşar uzun izlər qoyan şəffaf varlıqları” görməsindən başlayıb. Bundan başqa, həmin varlıqlar çox gözəl mahnıya bənzər qəribə səslər çıxarırdılar və ona elə gəlirdi ki, bu varlıqlar bununla onları əhatə edən sevinci və xoşbəxtliyi ifadə edirdilər.

Bəs İslam dini ölümdən sonrakı həyatı necə izah edir?

Mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb:"Ölümdən sonrakı həyat mövzusu bütün dinlərdə ana xətti təşkil edir. Xüsusən də səmavi dinlər adlandırılan musəvilik, xristianlıq və İslam dinində ölümdən sonrakı həyata və ya başqa adla axirət inancı imanın əsas şərtlərindən biridir. Müqəddəs kitabların hamısında yazılır ki, insanın ölməsi həyatın başa çatması deyil.

İslama görə, insan ruhu üç əsas qüvvədən ibarətdir: ağıl, qəzəb və şəhvət qüvvələri. İnsanın bütün əməlləri bu qüvvələr vasitəsilə idarə edilir. Onlardan hansı biri üstünlük əldə edərsə, bütövlükdə insanın xarakterini öz təsiri altına alır. Quranda buyrulur ki, Allah insana öz ruhundan üfürüb. Yəni ruh həm də ilahi bir mahiyyətlidir. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”

Ancaq ruhlar barədə ayədən də göründüyü kimi detallı bilgilər yoxdur. Sadəcə bu mövzuda yozumlar var".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar