Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər arasında da ev davası gedir - “Hamısı ağıllı deyil ki!”


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub. Bəzi alimlər müqavilədə göstərilən şərtlərə əməl olunmadığını deyirlər


PİA.AZ xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli Modern.az-a açıqlamasında deyib ki, narazılıqların əsası yoxdur:

“AMEA mənzil bölgüsü zamanı ilk növbədə ciddi ehtiyacı olan elmlər doktoru və elmlər namizədlərinə üstünlük verib. Bu da sənədlərdə öz təsdiqini tapıb.
 
Qaldı ki, mənzil məsələsində narazılığa, bunu araşdırmaq lazımdır. Çünki mənzil davası edənlərin hamısı ağıllı deyil ki! AMEA-da ümumi prinsiplər əsas götürülür. Real stajı, ehtiyacı olan, yataqxanada yaşayan elmlər doktoru və elmlər namizədinin hamısı ev alıb. Konkret bir-iki adamın narazılığı barədə dəqiq məlumat bilmirəm. Hesab edirəm ki, AMEA-nın prinsipləri doğrudur”.
 
Qeyd edək ki, alimlərə mənzil verilməsi AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən həyata keçirilib. Belə ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar