Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali təhsilli şəxslərin kollecə qəbulu qaydaları dəyişir


Azərbaycanda ali təhsilli şəxslər kollecə müsabiqədən kənar qəbul oluna biləcəklər


Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda ali təhsilli şəxs ikinci ali təhsil alması üçün müsabiqədən kənar, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kənar ali məktəbə qəbul oluna bilir: “Bakalavr təhsili almış bir şəxs kollecə qəbul olmaq istədikdə o, mütləq Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etməlidir. Bununla bağlı yeni təkliflər hazırlanarkən Dövlət İmtahan Mərkəzi də bizimlə razılaşdı ki, ali təhsilli şəxsin kollecə qəbul olması üçün müsabiqədə iştirakı vacib deyil. Qanuna edilən yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır”.

S.Kazımov deyib ki, hazırda hər hansı şəxs kolleci bitirdikdən sonra ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir: “Qanunun yeni təsdiq olunmuş variantı orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar