Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali təhsili olmayan şəxs maliyyə idarəsinə necə rəhbərlik edir? - Cəlilabadda


Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bir adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər?


Əksər rayon maliyyə idarələrindən mətbuatda neqativ məlumatlara rast gəlmək olar. Bəzi media quruluşlarında gedən xəbərlərə görə, Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?

Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyevin yeni icra başçısı Namiq Zeynalovla dil tapa bildiyi deyilir. FİA.Az sosial şəbəkələrə istinadən xəbər verir ki, maliyyə rəisi ilə təzə başçının yola getdiyi söylənir. Əmlak Komitəsi sədri Kərəm Həsənovun kadrı olan icra başçısı üçün maliyyə müdiri ilə işləmək çətin olmayıb. Buna səbəb həm reyestr xidmətində işlədiyi dövrdə N.Zeynalovun müxtəlif qeyri-rəsmi məsələlərdən təcrübəsinin olmasıdırsa, digər səbəbin Ə.Quliyevin ustalığıdır. O, icra hakimləri ilə necə işləmək lazım gəldiyini bilir. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr artıq vərdişə çevrilib. İndiyə qədər şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib. 

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir. Ona görə də Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır. 

Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz. Amma Ə.Quliyev bir neçə icra başçısı ilə işləməyə nail olub və postunda əbədiləşməyə söz verib. İddialara görə, hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir. 

Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? 

Bildirilir ki, Ə.Quliyev korrupsiya və rüşvət yolu ilə qazandığı pullara mal-mülk, biznes obyektləri əldə edib. İdarə rəisinin fəaliyyətdən şikayətçi olanlarrayon maliyyə idarəsinin yoxlanılmasını istəyirlər. Nazirdən Cəlilabada komissiya göndərilməsi xahiş olunur. Lakin şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görmür.

Bu da azmış kimi, Cəlilabad maliyyə idarə rəisi bəzi KİV-lərdə özü haqda tərif yazıları yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir. Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər. Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.

Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır. 

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq. 

Mənbə: fia.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar