Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblərin bəzi ixtisaslarına qəbul müsabiqədənkənar ola bilər


Azərbaycanda tələbələr bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul oluna bilər


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən verilən xəbərə görə, bu məsələ nazirlik tərəfindən Nazirlər Kabinetinə göndərilən təklifdə öz əskini tapıb. Nazirliyin təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.

Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilə bilər. Tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirə bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabinetinin qarşısında təkliflə çıxış edib. Təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduğu təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar