Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblərə və kolleclərə qəbul qeydiyyatı başa çatıb


Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı sabah başa çatıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 8-dən aparılıb. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, proses bu gün saat 17:00-dək uzadılıb.
 
Bu gün həmçinin, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Kolleclərə qəbul olanların qeydiyyatı avqustun 13-dən başlayıb və 22 avqust saat 17:00-dək davam edib.
 
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər daxil olduqları təhsil müəssisəsində qeydiyyatı isə avqustun 28-də yekunlaşacaq. Bu prosesə avqustun 15-dən başlanılıb və avqustun 28-dək davam edəcək. 
 
Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar