Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Məhkəmənin qərarı icra olunmur - Gəncədə


Qarabağ müharibəsi veteranı, Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev “Media forum” saytına şikayət məktubu göndərib


2011-ci il dekabrın 20-də Fikrət Hacıyevin Gəncə Dövlət Universiteti ilə əmək müqaviləsi ləğv edilib. Universitetdən qanunsuz çıxarıldığını iddia edən Fikrət Hacıyev iki uzunmüddətli aclıq aksiyası keçirib və işə bərpa tələbi ilə məhkəmə çəkişmələri aparıb. 2013-cü il mayın 23-də Ali Məhkəmə onun işə bərpa olunması haqda qərar çıxarıb.

İşə bərpa olunandan sonra Fikrət Hacıyev məcburən işburaxmaya görə itirilən əməkhaqqının ödənilməsi barədə iddia qaldırıb. Bu il iyulun 25-də Ali Məhkəmə Fikrət Hacıyevə 17 aylıq məcburi iş buraxmaya görə itirilən əməkhaqqının verilməsi barədə qərar çıxarıb.

Sentyabrın 18-də sayta məktub göndərən Fikrət Hacıyev bildirir ki, Gəncə Dövlət Universiteti ona 17 aylıq əməkhaqqını hələ də ödəməyib: “İtirilən 17 aylıq əməkhaqqımı hələ də ala bilmədiyim üçün bankdan kredit götürmüşəm, faiz ödəməyə pulum çatmır. Kəsilmiş pulları vermək əvəzinə rektorun adına ərizə yazdırıb mənə 50 manat yardım etdilər. Ötən dərs ilinin məzuniyyət pulunu da ala bilmirəm. Məmurlar sağlamlığını itirmiş müharibə veteranını ələ salırlar”.

Fikrət Hacıyev əlavə edir ki, Gəncə Apellyasiya Məhkəməsi oktyabrın 13-də onun maddi və mənəvi zərərə görə təzminatın verilməsi iddiası üzrə şikayətinə baxacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar