Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniya prezidenti Azərbaycana səfər edəcək

Albaniya prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək


Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə Albaniya prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub.

İlir Metanın Forumda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunmuş panel müzakirələrdə iştirakı gözlənilir. Tədbir çərçivəsində həmçinin, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Ötən ilin aprelindən ölkəsinə rəhbərlik edən İlir Meta daha əvvəl Albaniyanın Baş naziri, Xarici işlər naziri və Parlamentin sədri vəzifələrində çalışıb.

Forumun işində İlir Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pexhep Meidani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar