Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib


Albaniya Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Təbrikdə deyilir: 

"Zati-aliləri. İcazə verin, Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım, uzun ömür və xoşbəxtlik arzulayım.

Mən çox şadam ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə xüsusilə son 10 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib, Azərbaycan xalqının rifah halı xeyli yaxşılaşıb. Ölkələrimiz arasındakı münasibətlər də əvvəlki illərdə heç zaman olmadığı qədər möhkəmlənib və inkişaf edib. İqtisadi əlaqələr və Trans-Adriatik boru kəməri layihəsinin həyata keçirilməsi ölkələrimizin ortaq gələcəyi üçün möhkəm təməl yaradıb.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçiriləcək VI Qlobal Forumunda iştirak etməklə bağlı dəvətini böyük məmnuniyyətlə qəbul etdiyimi bildirmək istəyirəm.

Bakıda olacağım və Forumda iştirak edəcəyim müddətdə Sizinlə şəxsən görüşüb qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan çox məmnun olaram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan həyat və daha böyük inkişaf arzulayıram. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin". (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar