Xəbər xətti

27 İYUN

10:53 İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

10:46 Astara sakini narkotik vasitədən ölüb

10:40 Trampdan 6 ölkəyə tətbiq edilən qadağa ilə bağlı açıqlama

10:31 Polad Bülbüloğlu: “Bununla heç vaxt barışmayacağıq”

10:22 Atəşkəs 158 dəfə pozuldu

10:15 Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi

10:08 “Ağıllı” yorğan hazırlanıb - Video

10:03 Sabunçu bazarında dava: 1 yaralı

10:00 Bu gün bürcünüz nələr vəd edir?

26 İYUN

23:56 Lavrov və Tillerson arasında telefon danışığı olub

23:42 Pakistanda yanğından ölənlərin sayı 157-yə çatdı çatdı

23:34 AZAL-dan “erməni yeməyi” olayına reaksiya

23:27 Rusiyada təyyarə qəzası: pilot öldü

23:10 “Şehiç “Qarabağ”dan getməli idi”

22:56 Mançesterdə təyyarə təcili eniş edib

22:46 Qətərin XİN rəhbəri Vaşinqtona səfər edəcək

22:39 Arif Hacılı Tbilisiyə gedir

22:27 Pərpətöyünün faydaları

22:14 “Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”

22:08 Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

21:56 Eynşteyn zəkasını belə inkişaf etdiribmiş

21:41 Ağdamda 22 yaşlı gənc bıçaqlandı

21:32 NATO: “Breksit bizə təsir etməyəcək”

21:24 Sabirabadda 33 yaşlı kişini cərəyan vurub

21:11 “Hakimiyyətə təhlükə yaradan qüvvələr daha çox hakimiyyətin içindən çıxanlardır” - Qüdrət Həsənquliyev

21:03 “Azadlıq”ın redaktoru Hollandiyadan deportasiya edilir

20:55 Akopyan: “Azərbaycanın bu addımından nəticə çıxardıq”

20:47 Lavrov: “ABŞ onları qoruyur”

20:34 Tanınmış aktyor xəstəxanaya yerləşdirilib

20:30 Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

20:24 Yanğında ölənlərin sayı 157 nəfərə çatıb

20:18 Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

20:12 Azərbaycan prezidenti Polşaya rəsmi səfər edib

19:55 “Qətərin 4 ərəb ölkəsinin tələblərinə əməl etməsi çətindir”

19:40 Sevgilisi tutulan aktrisa tətilə çıxdı

19:33 “Dedim ki, qızım, bu sənə lazım olan əməliyyat deyil”

19:20 Sergey Lavrov ABŞ-ı terrorçulara göz yummaqda ittiham etdi

19:05 Trampın müsəlmanlarla bağlı qadağası ləğv edilmədi

18:55 Almaniya Ərdoğanın mühafizəçilərinə qadağa qoydu!

18:40 “Təhlükəsizlik satılıq mal deyil, onu idxal etmək olmaz”

18:33 Ermənistanda baş nazirlik uğrunda savaş qızışır

18:20 Stalin ən dahi tarixi şəxsiyyət adlandırılıb

18:12 Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

18:05 Oksana küsülü olduğu Natavan haqda: “İstəsəm barışaram“

17:50 İranda neft emalı zavodunda yanğın – 100-ə yaxın yaralı var

17:44 “Demokratiya olmadan da illərlə yaşamaq mümkündür”

17:40 Salvador Dali qəbirdən çıxarılacaq –İspaniya məhkəməsindən gözlənilməz qərar

17:33 “Ölkədəki bütün problemlərin səbəbi investisiyaların gəlməməsidir”

17:24 Mağaza sahibi ölümcül döyüldü

17:18 CNN-də Rusiya ilə bağlı sərt senzura tətbiq olunub

17:12 Bakıda top mərmisi tapılıb

17:00 Yağış Xaçmazın və Qubanın gilas bağlarına ciddi ziyan vurub –Foto

16:56 Cəlilabadda maşıb aşıb: sürücü ölüb

16:51 BP: İran dünyanın ən zəngin qaz ehtiyatlarına malikdir

16:45 Beyonsun əkizləri hələ də xəstəxanada müalicə alırlar

16:39 “Hambruqda keçiriləcək G-20 zirvəsində “böyük fırtına” əsəcək” –Alman mediası

16:33 AŞPA-nın yay sessiyasında Pedro Aqramuntun istefası gündəliyə çıxarılıb

16:27 İraq may ayında neft ixracının həcmini 0,35% artırıb

16:21 “Ginnesin rekordlar kitabı”na düşən azərbaycanlı: “Riski çoxdur”

16:15 Aleksandr Proxanov Azərbaycanda - Foto

16:09 Restoranda qanlı olay: 11 nəfər güllələndi

16:03 “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

15:58 Ermənistanlı deputat AŞPA sədrinin müavini seçilib –Foto

15:52 Ağdaşda yol qəzası baş verib, 17 yaşlı sürücü ölüb, xəsarət alanlar var

15:46 Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

15:40 İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb

15:34 Moskva-Bakı aviareysinin sərnişinlərinə “ermənisayağı” yemək təklif edildi

15:28 Sergey Lavrov ABŞ-ı terrorçulara göz yummaqda ittiham etdi

15:22 Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

15:16 “Hababam sınıfı”ndakı o səhnənin sirri 40 il sonra açıldı - Fotolar

15:10 Ağ Evdə 20 illik Ramazan Bayramı ənənəsindən niyə imtina edildi?

15:04 Qərb böyük təşviş içindədir:uşaqlar sürətlə “kötükləşirlər”

14:59 Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

14:53 Məşhur ərəb müğənnisi hava limanında kokainlə tutuldu - Foto

14:48 Rusiya 10 qırıcısını bu ölkəyə göndərir

14:42 Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

14:37 Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, biri yaralanıb

14:31 Qənirə Paşayeva Malavinin keçmiş prezidenti ilə görüşüb - Foto

14:25 Salyanda 20 yaşlı iki uşaq anası intihara cəhd edib

14:19 “Bakıdan yüz erməni əsiri apardıq Yerevana...” - Boris Pastuxov

14:13 Ruslar Stalini tarixin ən dahi şəxsi seçdilər

14:07 İki avtomobil toqquşdu: ölən və xəsarət alan var

14:02 Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə

13:57 Xalq artisti Qəndab Quliyeva vəfat etdi

13:52 Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

13:48 “Sevgi insanı yerdən-yerə vurur” - Tünzalə

13:43 Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

13:39 “Yol terroru” iki gündə beş can aldı

13:34 An-148 təyyarələrinin istehsalı dayandırılır

13:30 “Tezliklə qoca və xəstə OPEC-ə nekroloq yazılacaq”

13:22 Qubada ana və qızını maşın vurub - Qız ölüb

13:15 Sabah havanın temperaturu 38 dərəcəyədək yüksələcək

13:04 Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

12:55 Bakının “Formula 1”-lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq

12:48 Gənc qadın dərmandan zəhərləndi - Biləsuvarda

12:40 “Proxanovun Putin elitasına yaxınlığı onun söylədiyi fikirlərin əhəmiyyətini artırır”

12:33 Xameneyi: “Problemlərlə bağlı islam ölkələri birmənalı mövqe sərgiləməlidir”

12:26 Füzulidə iftar süfrələri təşkil olunub - Fotolar

12:20 İzmirdə bir ayda 2-ci zəlzələ

12:13 Ucarda 3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb

12:06 Şamaxıda Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilib

11:59 Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

11:53 Avropa İnvestisiya Bankı TAP və TANAP layihələrini maliyyələşdirə bilər

11:45 Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

11:33 Şəkidə 17 yaşlı oğlan qəflətən öldü

11:16 ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

11:11 DİM: 16 nəfər qaydaları pozduğu üçün buraxılış imtahanlarından xaric edilib

11:05 Qəndab Quliyevanın həkimi: “Xalq artisti süni tənəffüs aparatına qoşulub”

11:00 Rus politoloq: “ABŞ-la razılaşma heç vaxt olmayacaq”

10:54 Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

10:45 Yəməndə vəba xəstəliyindən 1300 nəfər ölüb

10:30 “Bəzi dövlətlər bizim daxili işimizə qarışır, dini ayrı-seçkilik etmək istəyənlər var”

10:22 Dünya birjalarında neft bahalaşıb

10:15 Rusiyada meşələr yanır

10:10 Ramazan münasibətilə bayram namazı qılınıb

10:05 General-leytenant Hüseyn Rəsulbəyov - 100

10:00 Ermənistan silahlı qüvvələri atəşkəsi 155 dəfə pozub

9:00 Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir

25 İYUN

21:55 Bakıda iş qurmaq istəyən qadınlara külli miqdarda pul “atdılar”

21:40 4 gündən sonra toyu olacaq Fahriye ilə Burak küsdü



ANALİZ

...

Alayarımçıq mətbuatın “hay-küy və hiddəti”

Tarix 30.04.17, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Gülşən Şərifin yazısı


Mətbuatımızın indiki vəziyyəti qəfəsdə yaşamağa öyrəşmiş  quşun azadlığa buraxılması və özünü tam ifadə edə bilməməsi qədər “azad”dır.

Azərbaycan mətbuatının inkişaf mərhələsi ilə bağlı bir yazı oxuyurdum. Yazılmışdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyulmuşdu. Ta ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Belə demək olarsa, Azərbaycan mətbuatı azad günlərini yaşamağa başladı.

Düzünü demək lazımdırsa, mətbuat sahəsində özünəməxsus yer tutan bir neçə jurnalistdən Azərbaycan mətbuatının 90-cı illərdə ölməsi ilə bağlı fikirlər eşitmişəm. Yəni ki, 90-ci illərdə azad Azərbaycan mətbuatı bir biznes mərkəzinə çevrilməyə başlayıb. Mətbuatın o dövrlərdəki vəziyyəti barədə konkret olaraq, fikir söyləmək yəqin ki, mənə düşməz. Çünki mənim yaşımdan dolayı o dövrkü mətbuatla bağlı bildiklərim ancaq  oxuduğum yazılar qədərdir. Oxuduqlarıma və canlı müşahidə edə bildiyim indiki mətbuatımız barədə isə fikir bildirməyə haqqımın çatdığını düşünürəm.

İndiki dövrdə Azərbaycan mediasını  müstəqil institut kimi qəbul etmək olarmı?

Yəqin ki, çox insanın cavabının necə olacağı bəllidir. Mənə elə gəlir ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, sovet illərində yetişən orta və yaşlı nəsil nümayəndələri yeni nəsil gəncləri jurnalistika sahəsində düzgün yönləndirmirlər. Təbii ki, Azərbaycan mətbuatının inkişafı üçün dövlət tərəfindən yüksək qayğı göstərilib və göstərilir. Ancaq bu bizi qane edirmi? Məncə, yox. Əgər mövcud mediamızda mətbuat və söz azadlığının olduğunu deyiriksə, bəs nəyə görə mediamız və jurnalistlər bu qədər sıxışdırılır? Nəyə görə jurnalistikamız mühacirət həyatı yaşayır? Ölkə mətbuatı üçün böyük faydaları ola biləcək onlarla gənc jurnalistlərimiz ölkəni tərk edirlər, təhdidlə üzləşirlər, həyati təhlükə ilə yaşamağa məcbur olurlar. Hətta ən bərbadı - öldürülürlər. Jurnalistlərin “gözüm çıxdı”ya salınması qədər mətbuatın özü də çıxılmaz dalana dirənib. 

Bu gün mətbuatda gedən xəbərlərin məzmununa baxsaq, görərik ki, mətbuatımız çox cılızlaşıb və ya cılızlaşdırılıb. Mən mediamızın yüksək səviyyədə inkişaf etdiyini deyə bilmirəm. Mövcud vəziyyətdə  mətbuatımız xalqa xidmət etməkdən çox, xalqın əsəblərini tarıma çəkmək, hansısa şəxslər barədə yanlış məlumatlar yaymaq və psixoloji sarsıntı verməklə məşğuldur. 

Sizə yüzdəyüz əminliklə deyirəm, bu cəmiyyətdə intihar etmək istəyib, “adıma min söz çıxaracaqlar, ondansa, intihar etməyib yaşayım” -düşüncəsində olan minlərlə insan var. Demirəm, intihar yaxşı haldır. Sadəcə bu insanlar niyə vedrə qoşmağa belə meyllidirlər? Və ya mətbuatımız niyə bu qədər ucuz həddə çatıb. Ki hansısa məlumatı dəqiqləşdirmədən çəkinmədən tirajlaya bilir? Mətbuatda gedən yanlış xəbərlərdən dolayı, lazım olan yerdə sözünü deməyə qorxanlar tanımadıqları insanların şəxsi həyatının mərkəzində özlərini “söz sahibi” hiss edirlər. Eləcə də, “mətbuat ölüb” deyənlərin yüzdə doxsanı  mətbuatı özləri öldürür. Gic-gic, səviyyəsiz mövzularla...

Gic-gic mövzular dedim. Yəqin ki, nümunələrlə bunu göstərmək yerinə düşər. Baxın, yaxın zamanlarda mətbuatımızda Gəncədən əminin qardaşı qızını qaçırması ilə bağlı xəbər yayımlandı. Kütlə əmini elədi biqeyrət. Amma sonra nə oldu? Məgər xəbər yazılan kimi deyilmiş. Ondan sonra ağzı köpüklənə-köpüklənə “əxlaq dərsi” keçənlərin səsi-səmiri çıxmadı. Onlardan biri belə KİŞİ KİMİ yazmadı ki, küyə getdim. Tanımadığım adamın günahını aldım.

Yenə Gəncədə iki qızı sevgili edib, qaçdığını dedilər. Amma sonradan açıqlama verildi ki, elə deyilmiş. Qəlbi, fikri qara olanlar bu açıqlamaya inanmadı. Niyə? Çünki biz özümüzün formalaşdırdığımız cəmiyyəti səviyyəsiz həddində görmək istəyirik. Və qəlbimiz o qədər qaradır ki, hər şeydə mütləq pozğunluq axtarırıq. 

Əminəm, heç kim göydən düşmüş mələk deyil və heç kim deyə bilməz ki, mən əxlaq nümunəsiyəm. Doğru və ya yanlış səhvlərimiz mütləq olub. O halda, niyə özünüzü əxlaqlı, başqalarını əxlaqsız, cinsi azlıq nümayəndəsi kimi qələmə verməyə can atırsınız? Çoxmu əxlaqlısınız?! Məsələn, başqalarının şəxsi həyatına burun soxacaq qədər əxlaqlı?! Tutaq ki, həqiqətən cinsi azlıq nümayəndəsi idilər. Cinsi azlıq barədə heçmi məlumat oxumamısınız? Demirəm e, ölkədə hamı imam övladıdır. Sadəcə bu cür mövzuları tirajlamaqla nə qazanırsınız? Hələ də tirajlanan xəbər yalan çıxanda heçmi narahat olmursunuz? 

Əslində birmənalı şəkildə medianı günahlandırmaq da olmur. Çünki bu vəziyyətə yaradılan şərait yarıbayarıdır. Əgər bu ölkənin mətbuatında maarifləndirici, ciddi müzakirəyə açıq xəbərlər azdırsa, deməli xalqın marağı ciddi mövzulardan çox uzaqda qalıb.

Bir neçə gün öncə evlənən polkovnikin toyunun sensasion xəbər kimi saytlarda tirajlanması məsələsi də vardı. Məsələn, mən yaş fərqi çox olan evliliklərə qarşıyam. Bu, əlbəttə subyektiv fikirdir və heç bir halda obyektivlik daşıya bilməz. Bu cür mövzularda subyektiv yanaşma olan hansısa hadisə ictimaiyyətə “Şok” xəbər adı altında çatdırıla bilməz. Məsələn, 60 yaşlı polkovnik 24 yaş kiçik qızla evləndi xəbəri niyə tirajlanmalıdır? Adamın məhz polkovnik olmasına görə? Bu haqq qazandırmır axı, kiminsə şəxsi seçiminə burun soxasan. Ki, polkovnikin də maşallahı varmış. Bəzi subaylar evlənməyə bir qız tapammır. Nəysə ki, adam şou-biznes insanı deyil. 

Niyə onun həyatı saytların manşetində olmalıdır? “Flash”da yer tutmağa layiq görülməlidir?! Bu azmış ki, evləndiyi qızın adi günlərdə çəkilmiş şəkilləri yayılmalı, polkovnikin keçmiş həyat yoldaşı danışdırılmalı və şou yaradılmalıdır?!

Xalqın marağı nəyədirsə, müzakirəsi də o cür olur. Amma mənə elə gəlir ki, xalqın marağını formalaşdıran da mətbuatdır. Məsələn, biz Fransanın yeni prezidenti ola biləcək E. Makronun Minsk Qrupu həmsədri kimi Qarabağ münaqişəsinin həllində təsiri ola bilərmi məsələsini müzakirə etməkdənsə, adamın arvadını müzakirə edirik. 

Yadımdan çıxmamış bunu da deyim. Mətbuatımız kimi, cəmiyyətimiz də ciddi mövzulardan qaçmağa meyllidir. Məsələn, biz itlərin toyunu, hansısa ailədaxili məsələləri, Makronun şəxsi həyatını çox gözəl müzakirə obyekti edə bilirik. Ağıla gəlməyən təhlillərlə baş sındırırıq. Lakin bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir etməsinə biganə yanaşırıq. 

Rəsmi nümayəndə Azərbaycan mətbuatında bəzi önəmli yazıları  “kobudluq, qanmazlıq, ədəbsizlik” adlandırır, jurnalistləri və dolasıyla mətbuatımızı təhqir edir. Ancaq xalq olaraq biz buna susuruq və reaksiyanın yalnız Mətbuat Şurasından, sayt rəhbərlərindən, rəsmi qurumlardan gəlməsini gözləyirik. Olmaz ki, cəmiyyət olaraq “it toyu”nu müzakirə etdiyimiz qədər mətbuatımız və jurnalistlərimizin təhqir edilməsini də müzakirə edək, etirazımızı bildirək. Hamıdan hər şey gözləyib, özünü kənara çəkmək doğru deyil axı.

Ola bilər ki, Azərbaycanda medianın inkişafı üçün göstərilən diqqətə dünyanın inkişaf etmiş ölkələrində rast gəlinir. Ancaq mətbuatımızın indiki vəziyyəti qəfəsdə yaşamağa öyrəşmiş  quşun azadlığa buraxılması və özünü tam ifadə edə bilməməsi qədər “azad”dır. 

Mətbuatımızın indiki halı  hörmətə layiq görülməyən qeyri-ciddi insan təsirini bağışlayır. Bəlkə yavaş-yavaş mətbuatı şoudan çıxaraq və əsl mətbuatı formalaşdıraq?! 

Gülşən ŞƏRİF
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

CNN-də Rusiya ilə bağlı sərt senzura tətbiq olunub

bitmap-img3

Rakurs

Maşın qiymətinə semest imtahanı – Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?

bitmap-img3

Seçmələr

Taksi sürücüsü Artur Rasi-zadənin kortejinə belə “protiv” getdi - Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru