Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alabala möcüzələr ölkəsində



“Maraqlıdır, nazirliklərdə bu böcəyəbənzər insan tipi necə yetişdirilmişdi?


Erkən yaşda kökəlmiş bütün kişilər özlərinin əyri, yerə yapışan ayaqları, əsəbi əl-qol hərəkətləri, piy basmış sifətləri və xırda, ifadəsiz gözləri ilə sanki biri-birinin eyni idilər. Partiyanın hakimiyyəti altında bu insan tipinin daha geniş yayıldığını görməmək mümkün deyildi”. 


(Corc Oruell, “1984" romanından)

Baş nazirin müavini, uzun illərdir dəyişilmədiyindən öz kreslosunda artıq iy verməyə başlayan Abid Şərifovdan yanan binanın təmirini hansı şirkətə tapşıracaqlarını soruşdular. Normal dövlətdə belə işlər tenderlə, müsabiqə ilə, cəmiyyətə açıq keçirilir. Amma avtoritar hakimiyyətlərdə oğurluq və korrupsiya yolu ilə, tapşırıqla, kiminsə ailə şirkəti vasitəsiylə aparılır. Ona görə də axırda bina yananda məlum olur ortada heç bir müqavilə yoxdur. Bu baxımdan, Şərifovun azacıq məsuliyyət hissi olsa “Hələlik bunu bilmirik, yəqin tender, müsabiqə olar, iş bacaran bir şirkət seçilər” deməliydi. Amma Şərifov tipik yapist olduğunu göstərdi və telekanalizasiya zəhmətkeşinə “Sənə nə dəxli var? Alabalaya verəcəyik” söylədi. Telekanalizasiya zəhmətkeşi də mikrofonu bu sarsaqlamanın müəllifinin təpəsinə geydirmək yerinə pis-pis irişdi, dağılışıb getdilər. 

Prinsipcə, Abid müəllim doğru deyir: binaların gələcək təmiri və üzlənməsi elə Alabala müəllimə tapşırılacaq. Siz onu çox yaxşı tanıyırsınız. Alabala müəllim Penoplast prospektində (camaat artıq qara yumorla Azadlıq prospektinə bu cür ad qoyubdur) yanan binanı vaxtilə üzləyən Ağabala müəllimin qardaşıdır. Bir qardaşları da var: Alabula müəllim. Alabula müəllim Beynəlxalq Bankın kredit şöbəsinin müdiri idi, pulları basıb yeyibdir. Bunların bir bacıları da var: Alabacı müəllimə. Alabacı müəllimə Abid Şərifovla yaxın münasibətləri olan məktəb direktorudur, bütün seçkilərdə yapistlər üçün sinəsində, yeddi qatlı milli tumanının altında bülleten və protokol daşımaqla dünya şöhrəti qazanmışdır. Hamısı bir yerdə isə ailə korporasiyası yaradıblar, beynəlxalq aləmdə “Ala-holdinq” adıyla tanınan bu transmilli iqtisadi qurum Virgin adalarından Panamaya, Floridadan Fransa Lacivərd Sahilinə, Davos forumundan Dubay qumluqlarına qədər hər yerdə ala itdən məşhurdur. 

Təşkilatın adı niyə “Ala”dır, bu haqda bir neçə versiya vardır. Bir söhbətə görə bu, qədim türk tayfaları olan alagözlərin adından irəli gəlir. (Holdinqin qeyri-rəsmi himni “Alagöz” mahnısı imiş). Başqa versiyaya görə, haçansa massaget və sak tayfaları bu tayfadan neft gəlirləri istəyiblər, bunlar isə üç barmağın milli mentalitetimizə aid məşhur konfiqurasiyasını göstərib “Ala” deyiblər. Versiyalar çoxdur, biri bunu hətta fransız mənşəli sayır: “A lya” demək imiş. Misal üçün, ilkin dönəmlərdə guya şirkətin adı “A lya bala” imiş. Fransızcadan dilimizə çevirsən, yəni, Bala kimi. 

Bilirsinizmi, bunlar hamısı savadsızlıqdan irəli gəlir. Əgər orta məktəbdə yaxşı oxusaydıq Abid müəllimin nə demək istədiyini, hansı milli kodları açdığını anlayardıq. Elə savadsızlıq üzündən millət neçə vaxtdır girinc qalıb, heç bilmirlər onları yandırıb öldürən maddənin adı nədir. Biri deyir penoplastdır, o biri deyir, səsini kəs, sənin qandığın qrafa yoxdur, yanan poliuretan idi. Bəziləri isə hətta deyir plastilindir. Kim bilir, bəlkə də postmodernizmdir. 

Söhbət ondadır ki, hal-hazırda Azərbaycan təhsil sistemində (orta məktəbdən ali məktəbə qədər) ən bərbad sahələrdən biri kimya sahəsidir. O biri fənnləri yenə pis-yaxşı öyrədənlər var, kimya tam yiyəsiz qalıbdır. Fikrimcə, bunun iki ciddi səbəbi vardır.

Birincisi, orta məktəblərdə kimya dərslərini əyani təcrübələrlə aparmaq üçün demək olar heç bir laboratoriya-filan qalmamışdır. Kimya tədrisinin başqa fənnlərdən vacib fərqi isə təcrübələrdir, bunlar olmasa şagirdə maddələrin dəyişilməsini, reaksiyaların nəticələrini izah eləmək çətin və həm də mənasızdır. Ona görə indi hərə bir tində əlinə penoplast qırığı alıb “yanır, yanmır” çobanyastığı falına baxmaqla məşğuldur. Belə təcrübələr məktəblərdə aparılmalı idi. 

İkincisi, kimyanın canı elə bayaq yazdığım “dəyişmə” sözündədir. Kimya maddələrin tərkibini, onların bir-birinə təsirlə dəyişilməsi özəlliklərini öyrənir. Bax, burda yekə bir “Stop” işarəsi gəlir. Çünki yapistlər dəyişikliyi sevməyən qruplaşmadır. Onlar nə siyasi, nə kimyəvi dəyişikliyi sevməzlər. Cəmiyyəti də buna alışdırıblar. Guya bu cür bir çuxurda (kolbada, kresloda, kabinetdə) qalıb iylənmək sabitlik imiş. 

Amma belə deyil. Hətta mal peyinini də uzun müddət üst-üstə yığıb saxlasan həmin peyin çürümək və öz-özünə alışmaq xüsusiyyətinə malikdir. İndi beyinsiz peyinlərin alabula leksikonuna səbəb olan həmin çürümə prosesləridir. (musavat.com)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar