Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aktyorun evini soyan oğru hələ də tapılmayıb

Ötən ilin sentyabrında evi soyulan aktyor Elnur Kərimov oğrunun tapılmadığını deyib


Axşam.az-ın məlumatına görə, Elnur ona dəyən ziyandan danışıb:

“55 qram qızıl, iki min manat nəğd pul və akssessuarlar var idi. Ümumilikdə bizə beş mindən çox ziyan dəyib. Bəzən deyirlər ki, canın sağ olsun, gedib da. Bunu yüz mini olan üçün deyirlər. Mənim beş minim olub, o da gedib axı...”.

Aktyor polislərin işə məsuliyyətsiz yanaşmasından gileylənib:

“Polis bölməsinin rəisi bizi çağırıb dedi ki, ərazimizdə belə bir şeyin olmağı acınacaqlı hadisədir. Bununla razı ola bilmərik. Bizə bir həftə vaxt verin, bu barədə mətbuata da açıqlama verməyin. Biz sizə nəticəni göstərəcəyik. Həmin hadisə sentyabrın 8-də baş verib. Ancaq beş aydır unudulub gedib. Hətta mənə irad da bildirdilər ki, niyə mediaya açıqlama vermisən. Mən incəsənət adamıyam. Nəsə olanda da mətbuatla bölüşürəm. Onlar mənə ucalıq gətirir. 

Suraxanı rayonundakı polis bölməsindən zəng vurub maraqlandılar. Heç bir irəliləyiş yoxdur. Amma iş bağlanmayıb. Həmin günü işin üstünə düşmək lazım idi. Qızılların şəkli ətrafda zinət əşyaları satılan mağazalara göstərilməli idi. Qızıl alış-verişi yalnız şəxsiyyət vəsiqəsi ilə baş verir. Bir həftə sonra xahiş etmişəm ki, gəlin sizə şəkilləri, məlumatı verim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar