Xəbər xətti

22 APREL

22:00 Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var

21:49 Elman Allahverdiyev Almaniyada gözlənilmədən müflis oldu

21:35 Şəhriyar Məmmədyarov uduzdu

21:20 Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq

21:12 Teymur Rəcəbov: “Dünya çempionluğunun öz üstünlükləri var”

20:58 Türkiyədə zəlzələ olub

20:43 İmperatorun büstü tapılıb

20:28 Prezident Makron: “Suriyadan çıxmamalıyıq, İran müharibə hazırlayır”

20:13 Jurnalisti canlı yayımda güllələdilər

20:05 İrəvanın mərkəzində keçirilən aksiyada 10 min nəfər iştirak edir

19:59 Erməni artistlər fəxri adlardan imtina edirlər

19:45 Ermənistan prezidenti xalqa müraciət etdi

19:33 Xalq artisti: “Bir daha qadın kimi xoşbəxt olmayacam”

19:15 Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

19:13 Futbolçular Mourinyodan narazıdır

18:56 Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

18:44 İmtahan nəticələri açıqlandı

18:30 Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları bilindi

18:14 Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb - Yenilənib

17:59 Rusiyada Google bloklandı

17:44 Azərbaycan cüdoçuları Tunisdə 15 medal qazandı

17:35 Yerevanda etiraz aksiyalarını təşkil edən 3 deputat həbs olunub

17:23 Türkiyədə ağır yol qəzası: 25 yaralı

17:17 “Mançester Yunayted” “Arsenal”a çatdı

17:10 Şəkidə zəncirvarı yol qəzası olub, 6 nəfər xəsarət alıb

16:58 Dünyanın ən yaşlı adamı 117 yaşında vəfat edib – Yaponiyada

16:45 Dubayda məşhur biznes mərkəz yanır

16:25 “Qaçqınkom”un yeni sədri: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb“

16:00 Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

15:56 Dövlət qulluğuna qəbul imtahanı keçirilib

15:52 Boksun canlı əfsanəsi Ərdoğanla görüşmək istədi

15:47 Oqtay Şirəliyev bu vəzifəli şəxslərlə bağlı əmr imzaladı

15:41 Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb

15:35 DİM abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib

15:29 Əfqanıstanda gün ərzində ikinci partlayış: 7 nəfər ölüb, 10-u yaralanıb

15:23 Metroda intihar edən qadının kimliyi məlum olub

15:17 Sabah hava necə olacaq? - Proqnoz

15:11 Səudiyyə kralının sarayında nə baş verir?

15:05 Türkiyə silkələndi

15:03 Barcelona azarkeşləri İspaniya kralına məhəl qoymadı

14:59 İŞİD Kabildəki terrora görə məsuliyyəti üzərinə götürüb

14:54 Nigar Röya ilə bağlı sualları cavabsız qoydu

14:52 Yerevan yenə qaynayır - Canlı yayım

14:48 İrəvanda polis etiraz aksiyasını dağıdıb, onlarla aksiyaçı saxlanılıb

14:45 Bakı meri postuna ehtimal olunan namizəd - İddia

14:42 ““Barselona”da yadplanetlilər oynayır” - Montella

14:36 Polisdən Paşinyanla bağlı açıqlama: Aradan çıxardıq

14:33 Ermənistanın yeni prezidenti Qarabağdakı separatçıların lideri ilə görüşdü

14:30 “Bir daha qadın kimi xoşbəxt olmayacam” - Məleykə

14:24 Müsəlman ölkəsində partlayış: 31 ölü, 50-dən çox yaralı

14:18 Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb

14:12 Bakı metrosunda dəhşət: Qadının başı bədənindən ayrıldı

14:06 “Erməni soyqırımı” aksiyalarına azərbaycanlı mühacirlər qoşula bilər

14:00 Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı

13:44 Prezidentin vəzifə verdiyi İnam Kərimov kimdir?

13:38 Dərbənddə 9 silahlı məhv edildi

13:31 İngiltərənin Championship divizionunda çempion rəsmiləşdi

13:25 “Novruz Məmmədov heç bir qruplaşmada olmayıb”- Komitə sədri

13:19 Göygöldə işləyən Bakı sakini yıxılaraq ağır xəsarət alıb

13:13 “Titanik”də ilk naharın menyusu 140 min dollara satılıb

13:07 Bakıda palçıq vulkanı belə püskürdü - Foto

13:01 Vladimir Nabokov Dostoyevski haqqında nə yazırdı?

12:56 “Hesab edin ki, artıq problemlər həll olunub” - “Qaçqınkom”un yeni sədri

12:50 Kabildə partlayış - 4 ölü, 15 yaralı

12:44 Levandovskidən yeni rekord

12:38 “İran ABŞ-la dustaqları dəyişməyə hazırdır”

12:32 Müşfiq Vasifə “Matışka” dedi - Efirdə biabırçılıq

12:26 Müdafiə Nazirliyindən Ermənistanın təxribatı ilə bağlı açıqlama

12:20 Ağstafada piyadanı avtomobil vurub

12:14 Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəman

12:10 Erməni polisi etirazçıları mühasirəyə alıb, müxalif lider Paşinyan saxlanılıb - Video

12:08 ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

12:02 Sarkisyanla Paşinyan arasında gərgin görüş - Video

11:57 Çilidə partlayış nəticəsində 50 nəfər xəsarət alıb

11:57 Bu gün Şəmkir turnirində V turun görüşləri keçiriləcək

11:51 Moskvada qasırğa: iki nəfər həlak oldu

11:45 “Barselona” 30-cu dəfə İspaniya kubokunu qazandı

11:39 Sumqayıtda dənizə çıxmış 2 gənc batıb

11:33 Alişanın Buseyə evlilik şərti var

11:27 Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

11:21 Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

11:15 Ərdoğan: “ABŞ Türkiyə üçün təhlükədir”

11:09 Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir?

11:03 İran nüvə proqramını bərpa etməyə hazırdır

10:59 Bu gün rus bölməsinin məzunları imtahan verir

10:53 Bakıda mənzildən kişi meyiti tapılıb

10:47 Bakı Şəhər İcra Hakimiyyətinə hazırda o rəhbərlik edir

10:41 Oğuzda zəlzələ olub

10:35 Yeni nazirlər hansı tanınmışların övladıdır?

10:29 Cəbhədə bu gecə də sakit keçməyib

10:23 “Novruz Məmmədov hökumətin ən təmiz məmurlarındandır”

10:18 AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

10:13 Sərkisyan: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”

10:09 Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

10:04 Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi - Video

10:00 Bu gün bürcünüz nələr vəd edir?

21 APREL

21:58 Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

21:49 Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub

21:38 Eyni gündə həm nişanlandı, həm də ərə getdi

21:30 Goranboy sakini dəm qazından zəhərlənib

21:17 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21:04 Dərbənddə əməliyyat: 9 silahlı məhv edildi

20:48 “Azərbaycan Kubokunun finalı Naxçıvanda və ya Lənkəranda keçirilməlidir”

20:33 Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

20:26 Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı

19:59 Londonda Sarkisyan əleyhinə nümayiş keçirilib

19:48 Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb

19:35 Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:23 “Lokomotiv”dən ardıcıl 2-ci çempionluq

19:17 Bahçeli: “Seçkilərdə partiyamızın prezidentliyə namizədi Ərdoğandır”

19:10 Hökumətdəki bu postlara təyinat olmayıb - Siyahı

18:56 Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşdü

18:47 Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - Dosye

18:41 Bu il tütün idxalı və ixracı azalıb

18:33 Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib

18:26 Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır

18:14 Azərbaycanda işsizlərin sayı azalıb

18:08 Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

18:00 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

17:55 ASAN Xidmətin rəhbəri kənd təsərrüfatı naziri təyin edilib



CƏMİYYƏT

...

Akif Çovdarov öldürülməkdən qorxur – iddia

Tarix 12.01.18, 9:26

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq idarə rəisi təcridxanada kimsəylə əl verib görüşmür, ünsiyyətdən belə qaçır...


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarov müəmmalı şəkildə həyatla vidalaşmaqdan qorxur. 

Əldə etdiyimiz məlumatlara görə, o, saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında son dərəcə ehtiyatlı davranış sərgiləyir. Kimsəylə əl verib görüşmür, ünsiyyətdən belə qaçır. İddiaya görə, Akif Çovdarov zəhərlənməkdən çəkinir. Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə etiraz etməsi də bununla bağlı olub.

Yada salaq ki, bir müddət əvvəl A.Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinin səhhəti ilə bağlı bildirmişdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Çovdarovu müalicə edə biləcək həkim yoxdur və təqsirləndirilən şəxs müalicə müəssisəsinə köçürülməkdən imtina edib. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli isə vəkilin fikirlərinə münasibət bildirərkən müalicə müəssisəsinin son illərdə müasir tibbi avadanlıqlarla təchiz edildiyini açıqlamışdı.

Sitat: “Müalicə müəssisəsində peşəkar mütəxəssislər çalışır, məhbuslara yüksək səviyyədə tibbi xidmət göstərilir. Akif Çovdarov özü orada müalicə almaq istəmirsə, onu Penitensiar Xidmət rəhbərliyi müalicəyə məcbur edə bilməz. Akif Çovdarov həmin müəssisədə yox, başqa müəssisədə müalicə almaq istəyir. Amma bu onu deməyə əsas vermir ki, müalicə müəssisəsində şərait yoxdur, xidmət səviyyəsi aşağıdır”.

Müalicə müəssisəsində peşəkar mütəxəssislər çalışırsa, bunu Akif Çovdarov bilməmiş deyil. Belə bir halda Eldar Mahmudovun “vuran əli” olmuş Akif Çovdarovun barəsində yayılan iddialar daha inandırıcı görünür. Yada salaq ki, Akif Çovdarovun eyni aqibəti bölüşmək istəmədiyi İlqar Əliyev və Hacı Məmmədov   təcridxanada müəmmalı şəkildə dünyalarını  dəyişib.

İlqar Əliyev Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra - 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı. 2015-ci il dekabrın 20-də onun meyitini kəndirdən asılmış vəziyyətdə saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır...



Hacı Məmmədov da Eldar Mahmudovun şəxsi arestantı kimi 11 ilə yaxın qanunsuz olaraq MTN-də saxlanmışdı. Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov bəyanat verib “Qara Kəmər” işinin yenidən araşdırılmasını tələb etməyə başlamışdı. Vəkil tutub Ali Məhkəməyə müraciət etməklə işin yenidən araşdırılmasını tələb etmişdi. Həmin vaxt MTN-ə giriş-çıxış icazəsi olan hüquq müdafiəçisi Elçin Behbudova da müraciət edərək təcili şəkildə onunla görüşməsini istəmişdi. Belə bir vaxtda hüquq müdafiəçisi qəfil şəkildə dünyasını dəyişdi. Az sonra Hacı Məmmədovu Penitensiar Xidmətin vərəmli məhbuslar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürdülər. Ali Məhkəmə Hacı Məmmədovun müraciətini rədd etdi. 2017-ci il dekabrın 3-də isə onu müalicə müəssisəsindəki kamerasında asılmış vəziyyətdə aşkar etdilər. Sonradan isə gizli şəkildə dəfn etdilər. 

Akif Çovdarovun MTN-də çalışdığı illərdə adı müxtəlif ölüm işlərində təşkilatçı və icraçı  kimi hallanıb və onun “qəfil ölüm”lərin səbəbləri ilə bağlı məlumatlı olmadığını   söyləmək çətindir. İlqar Əliyevin ölümündən sonra onun vəkili vasitəsilə açıqlaması da zamanında geniş rezonans doğurmuşdu. Vəkili Kamandar Nəsibov Akif Çovdarovun fikirilərini belə ifadə etmişdi.

Sitat: “Akif Çovdarov bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Bir müddət əvvəl isə Akif Çovdarovdan da Eldar Mahmudova qarşı ifadə alındığı, arestant generalın sabiq nazirin üzünə dayandığı haqda xəbərlər yayılmışdı.


Lakin az keçmədi ki, A.Çovdarov yenə də vəkili vasitəsilə deyilənlərə münasibət bildirdi.

Sitat: “Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”.

Vəkil bildirmişdi ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.

“Nə istintaq dövründə, nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil”.

Bu açıqlamalar verildiyi günlərdə 2 illik gözləntilərdən sonra Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilmişdi. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov 1 həftə ərzində ardıcıl istintaqa çağırılıb, bütün gün ərzində dindirilmişdi. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saatlarla ifadə alırdılar. Sonradan isə Eldar Mahmudovun istintaqa çağırılması səngidi. Onu daha istintaqa çağırmırlar. Hazırda mətbuatda “MTN işi” adı almış işdə müşahidə edilən sükut İlqar Əliyevin ölümü ərəfəsində də vardı. Belə bir halda Akif Çovdarovun qorxuları real da ola bilər... (musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru