Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov hər gün evə niyə zəng edir?

Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan MTN general; Akif Çovdarov hər gün ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi saxlayır


Bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən bildiriblər. Məlumata görə Çovdarov Pentensiar Xidmətin saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə saxlaması üçün nəzərdə tutulan stasionar telefonundan istifadə etməkdə sərbəstdir.

Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Xidmətdən bu barədə onlarda dəqiq məlumat olmadığını bildirdilər.

Sabiq MTN generalalırnın müdafiəçisi vəkil Arif Əliyevdən ötən həftə telefon aşkarlanması faktına gəlincə isə “vəkillərin qanunsuz əşya keçirməsi dəfələrlə aşkarlanıb və bu faktlar ictimaiyyətə açıqlanıb”- deyə qurumdan bildirilib.

“İstintaq təcridxanalarının intizam qaydalarına əsasən hər bir məhkumun həftədə iki dəfə ailə üzvləri ilə əlaqə saxlamasına icazə verilir. Amma cəzaçəkmə rəhbərliyi tərəfindən buna məhdudiyyətlər qoyula bilər”- Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən deyilib.

Vəkil Fuad Ağayev saytına açıqlamasında deyib ki, qanuna əsasən təqsirləndirilən və ya şübhəli şəxs qismindəki şəxslər ailə üzvləri ilə əlaqə saxlaya bilərlər: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 19.7-ci maddəsində göstərilir ki, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra yaxın qohumlarına bu barədə məlumat vermək üçün bir dəfə zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər isə həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər”.

Lakin Çovdarova yaradılan bu güzəştli şəraitin səbəbləri məlum deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar