Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademiklər Putinə qarşı – Prezidentin namizədi səs ala bilmir


Rusiya Elmlər Akademiyasında seçkilərin təxirə salınmasının əsl səbəbi üzə çıxıb


Martın 27-də səlahiyyət müddəti başa çatan Rusiya Elmlər Akademiyasının prezidenti Vladimir Fortovun xələfinin kim olacağı məsələsi açıq qalıb.

 Belə ki, martın 22-də yeni prezidentin və rəyasət heyətinin müəyyən edilməli olduğu seçkilər noyabr ayına təxirə salınıb. Rəsmi olaraq, səbəb kimi seçki sənədləşməsində problemlər meydana çıxdığı və ümumiyyətlə seçki qaydalarının dəyişdirilməsi zərurətinin yarandığı göstərilib.

“Azpolitika.info” Rusiya mətbuatına istinadən bildirir ki, Elmıər Akademiyasına seçkilərin təxirə salınmasının əsl səbəbi tamamilə başqa imiş. Məlum olub ki, seçkiyə qatılan 3 namizəddən biri – Vladislav Pançenko Rusiya prezidenti Vladimir Putinə yaxın adam hesab edilsə də, onun seçkidə toplayacağı səs 0-a yaxın proqnozlaşdırılır. Digər iki namizəd – hazırkı prezident Vladimir Fortov və Molekulyar Biologiya İnstitutunun direktoru, akademik Aleksandr Makarov daha şanslıdır. Hətta Makarovun seçilmə şansının yüksək olduğu da ehtimal edilir.

Məlum olub ki, seçkidə iştirak edən Rusiya elminin aparıcı simaları akademiyanın hökumətin buyruq quluna çevrilməsini istəmirlər və daha azad, mütərəqi təşkilat olmasına tərəfdardırlar. Bu səbəbdən də Putinin adamına səs verməyəcəkləri bəlli olub.

Müxalifyönlü mətbuat bildirir ki, məsələ ilə bağlı hazırkı prezident Fortovla ölkə başçısı Putin arasında bir neçə saat davam edən və mətbuatın gözündən uzaq, gərgin görüş keçirilib. Bundan sonra Fortov namizədliyini geri götürüb. Və hətta noyabrda keçiriləcək yeni seçkilərə qədər akademiyaya rəhbərlikdən də imtina edib. Hazırda bu vəzifəni akademiyanın vitse-prezidenti Valeri Kozlov həyata keçirir. Vəziyyətin onun əleyhinə çevrildiyini görən Putinin təmsilçisi V.Pançenko seçkinin keçirilməsi qaydalarından rəsmən şikayət edib və namizədliyini geri götürüb. Makarov da eyni addımı atmaq məcburiyyətində qalıb. Nəticədə alimlər seçkinin təxirə salınmasından başqa çıxış yolu olmadığı qənaətinə gəliblər.

Rusiya mətbuatı bildirir ki, Pançenko Putinə olduqca yaxın hesab edilən Mixail Kovalçukun akademiyadakı dəstəsinə aiddir. Kurçatov adına instituta rəhbərlik edən Kovalçukun kiçik qardaşı Yuri isə “Rossiya” bankının prezidentidir. O da öz növbəsində Putinin ən inanılmış və toxunulmaz kadrlarındandır. Bütün bunlardan xəbərdar olan alimlərin məhz bu səbəbdən Pançenkoya səs verməyəcəkləri məlum olub.

Yaranmış situasiyanı isə baş nazir Medvedev Rusiya elmində az qala kollapsa səbəb olacağından ehtiyatlandıqlarını söyləyib. Həmçinin, ölkə rəhbərliyinin akademiya prezidentinin seçkisilə bağlı qanuna dəyişiklik etmək istədiyi bildirilir. Bu dəyişikliklərə görə, akademiyanın rəhbəri reyasət heyətinin təqdim etdiyi akademik namizədlər sırasından birbaşa prezident Putin tərəfindən seçiləcək. Və böyük ehtimalla o namizəd də elə Mixail Kovalçukun özü olacaq.

Göründüyü kimi, hökumətin bütün təzyiqlərinə baxmayaraq, elm adamları müqavimət göstərir, elm sahəsinin müstəqilliyini saxlamasına çalışırlar. Bunu Azərbaycanın elm həyatı və alimlərilə müqayisə etdikdə, həsəd aparmaqdan başqa bir şey qalmır…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar