Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailənin tək oğlu cəbhəyə getməlidir?


Müəyyən mənada elə etmək olar ki, ailənin tək oğlan övladının ön cəbhədən arxadakı hərbi hissələrdə xidmət keçə bilsin. Ancaq müharibə aparılan bir ölkədə hərbi xidmətə göndərilən şəxsin cəbhədə, yaxud arxada olmasının fərqi yoxdur”


Bu sözləri Yenicag.az-a açıqlamasında ailənin tək oğlan övladının cəbhəyə göndərilməməsilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclisin deputatı Əflatun Amaşov səsləndirib:

"Bu məsələnin müzakirəsi üçün müəyyən təhlillər aparılmalıdır. Ailənin tək oğlan övladının cəbhədə hərbi xidmət keçməsi və dinc dövrdə onun həlak olması doğrudan da həmin ailənin saxlanılmasında müəyyən problemlər yaradır. Ancaq məsələ ondadır ki, son zamanlar Azərbaycanda tək övladlı ailələrin sayı da xeyli artıb. Bu baxımdan onlara möhlət verilsə, Azərbaycanı kimlər qorusun? Bu məsələnin fikrimcə, kifayət qədər müzakirəyə ehtiyacı var. Vətən hamı üçündür. Müharibə vəziyyətində olan ölkəyik. Torpaqlarımızın 20 faizi işğal olunub. Sülh yolu ilə danışıqlarda irəliləyiş olmasa, ekspertlər hesab edir ki, müharibə qaçılmazdır. Belə bir vəziyyətdə həmin məsələni gündəmə gətirməyin nə dərəcədə düzgün olmağı sual doğurur. Məsələ geniş müzakirə aparılmasını tələb edir”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, ailənin tək oğlan övladının cəbhəyə göndərilməməsi məsələsi Milli Məclisdə müəyyən anlayışla qarşılanmır: "Ona görə ki, əksər ailələr təkuşaqlıdır. Belə vəziyyətdə ailənin tək övladının orduya çağırılmaması səfərbərlik planının dolmamasına gətirib çıxara bilər. Ölkəmizdə alternativ xidmət olsaydı, tək övladın arxa cəbhədə istifadə olunması nəzərdə tutula bilərdi. Amma indiki şərtlərdə bunu etmək real deyil.
Ailənin tək övladı orduya çağırılsa da, cəbhə bölgəsində deyil, ölkənin digər ərazilərində hərbi xidmət keçməsinə gəldikdə isə, düşünürəm ki, bunun özü də müəyyən qeyri-bərabərliyə yol açacaq. Yəni insanların böyük əksəriyyəti bərabərhüquqlu xidmət anlaşıyına sahib olmaq istəyir. Ancaq tək övladın cəbhə bölgəsində deyil, digər hərbi hissələrdə xidmət etməsi müəyyən problemlərə yol açacaq, bəzi çətinliklər ortaya çıxacaq”.

Milli Məclisin deputatı Asim Mollazadə bu istiqamətdə hər hansı bir dəyişikliyə ehtiyac yoxdur: "Hələlik Milli Məclisdə belə bir məsələ qaldırılmayıb. Ona görə indi ola bilər, kimsə bununla bağlı müəyyən fikir bildirib. Ancaq təklif olmayana qədər onu şərh etmək düzgün deyil. Amma fikrimcə, bu günə qədərki qərar düzgündür. Ona görə də bu istiqamətdə hər hansı bir dəyişiklik etməyə ehtiyac görmürəm”.

Qeyd edək ki, bu günlərdə düşmənin növbəti təxribatının qarşısını alarkən Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Adil Tatarov şəhid olub. Hansı ki, ailənin tək oğlan övladı idi. Bu fonda ailənin tək oğlan övladının cəhbə xəttinə göndərilib-göndərilməməsi məsələsi yenidən cəmiyyətin diqqət mərkəzində olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar