Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə TV-nin sahibinin başı dərddə - Fərid Sadıqov xaricə qaçmaq istəyir?


“TNH”, “Astoriya” MMC, Ailə TV-nin və digər böyük və gəlirli layihələrin sahibi olaraq bilinən iş adamı Fərid Sadıqov həbs təhükəsi ilə üz-üzədir


Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsini yəqin ki, hər kəs xatırlayır.

 Xatırladaq ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş vermişdi. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınmışd.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülümüşdü. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.


Yanan binanın görüntüsü

2016-cı ilin dekabrın 30-na kimi sürən məhkəmə prosesinin nəticələri isə ölkə ictimaiyyətini şoka saldı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin nəticəsi olaraq Fərid Sadıqov və Zaur Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək şərti cəza verildi və onlar məhkəmə zalından azadlığa buraxıldılar. Təsəvvür edin ki, sakinlərə və dövlətə bir milyon manata yaxın ziyan dəyməsi, insanların həyatının təhlükə altına düşməsinə və insanların evlərindən didərgin düşməsi ilə nəyicələnən yanğının günahkarları kimi təqdim edilən insanlar məhkəmə tərəfindən azadlığa buraxıldılar. Halbuki bu yanğın hadisəsinin bu şəxslərin tamahkarlıqlarının və daha çox qazanc əldə etmək məqsədi ilə texniki qaydalara riayət etməkdən yayınmalarının səbəb olduqları hakimlərdə belə şübhə doğurmurdu. Ən əsası bu yanğından sonra eyni səbələr üzərinə Binəqədi rayonunda böyük insan tələfatı ilə nəticələnən və ölkə prezidenti başda olmaqla, bütün ölkəni sarsıdan faciə baş verdi. Bu faciədən sonra belə Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Sadıqov və Zaur Əşrəfov barədə simvolik cəza tətbiq edilməsi təbii olaraq sual yaratdı. Fərid Sadıqov və Zaur Əşrəfovun bu qədər yüngül cəza almalarının səbəbi nədir?



Fərid Sadıqov həbsdən çıxarkən

Bu suala cavab tapmaq üçün həmin hadisədə təqsirləndirilmiş şəxslərin şəxsiyyətinə diqqət yönəltmək lazımdır. Bu barədə Poltico.az saytını məlumatlandıran mənbənin bildirdiyinə görə şirkətin qeyri-rəsmi sahibi Fərid Sadıqovun kimliyi bu sualın əsas cavabıdır?

Kimdir Fərid Sadıqov? O, özünü məhkəmədə F.Sadıqov TNH şirkətinin deyil, “Astoriya” MMC adlı tikinti şirkətinin rəhbəri kimi təqdim edib və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, məhkəmədə qeyd edib ki, “TNH” şirkətinin rəhbəri olan Məmməd Vəliyevlə yollarını ayırıb və bu şirkətin fəaliyyətinə görə cavabdeh deyil. Lakin həqiqət nədən ibarətdir? Mənbə bildirir ki, əslində Fərid Sadıqov “TNH” şirkəti də daxil olmaqla bir çox şirkətlərin qeyri-rəsmi idarəçisidir. Amma onu da düz deyir ki, sahibi deyil. Əslində “TNH”,”Astoriya”, Ailə TV-nin və digər layihələrin sahibi Milli Məclisin deputatı İlham Əliyevdir və Fərid Sadıqov deputatın sağ əli olaraq bu şirkətləri idarə edən adamdır.

Deputat İlham Əliyevin xüsusi təqdimata ehtiyacı olmadığından onun barəsində ayrıca danışmırıq. Məsələ ondadır ki, İlham Əliyevin biznesini müəyyən hissələrə payçılıq edərək faiz almaq şərtilə idarə edən Fərid Sadıqov həbsdən çıxdıqdan sonra qoyub getdiyi şirkətrlərdə ciddi kadr dəyişiliyi olduğunu görüb. Yəni faktiki olaraq o bu şirkətlərin idarəçiliyndən uzaqlaşdırılıb.

Məhkəmədə susacağı müqabilində həbsdən azad ediləcəyi, yenidən biznesinin başına dönəcəyi vədini alan Sadıqov azad olunduqdan sonra görüb ki, idarə etdiyi şirkətlərdən onun kadrları uzaqlaşdırılıb və onların yerinə tanımadığı adamlar gətirilib. Ən əsası isə Fərid Sadıqov üçün xüsusi əhəmiyyət daşıyan Ailə TV-dəki kadrları işdən çıxarılıb və bu gəlirli biznesdən ona çatacaq olan paydan məhrum edilib. Lakin vəziyyət elədi ki, Fərid Sadıqov hara şikayət etsə də xeyri yoxdur. Çünki keçmiş hamisinə gücü çatmır.

Heç olmasa, özünün şəxsi təşəbbüsü, sərmayəsi və icraçılığı ilə qurulan Ailə TV-İP TV-ni geri istəyən Sadıqova rədd cavabı verilib. Mənbə bildirir ki, artıq onu TV-nin həndəvərinə belə buraxmırlar.

Qeyd edək ki, başqa kabel televiziyalara nisbətən rentabelli işləyən Ailə TV Bakıdakı bir çox yeni tikililən binalarda monopoliyaya sahibdir və bir qayda olaraq yeni yaşayış binalarına başqa kabel televiziyalar buraxılmır.

Mənbə bildirir ki, artıq Azərbaycanda hansısa layihə həyata keçirməyin mənasız olduğunu görən Sadıqovun məhkumluğu götürülən kimi xaricə köçmək istəyir və buna görə də heç olmasa məhkumluğunun götürülməsi ilə bağlı keçmiş hamisinə müraciət edib. Lakin Fərid Sadıqovun çox bildiyini nəzərə alan keçmiş hamisi onun bu istəyinə də rədd cavabı verib hətta bəzi iddialara görə Fərid Sadıqovun ölkədən çıxışının qarşısını tam ala bilmək üçün onun yenidən həbs olunmasını istəyir. Çünki Fərid Sadıqov danışsa, çox mətləblərin üstü açıla bilər…

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Politico.az
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar